Məhkəmə qərarları › İş №2(039)-30/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-30/2025

12.03.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-30/2025 12.03.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 və onun vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 qarşı cavabdehin ona məxsus olan torpaq sahəsindən çıxarılması tələbi haqqında mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 iyul 1997-ci il tarixli JN-0037 saylı (kod ********) torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onun xüsusi mülkiyyətinə verilmiş Yevlax rayonu, Yeni Çobankərə (Bünyadabad) kəndində yerləşən 0,77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsindən istifadə etməsinə cavabdeh tərəfindən törədilən manelərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, hazırda Yevlax rayonu, Nərimankənd kəndində yaşayır. 09 iyul 1997-ci il tarixli JN-0037 saylı (kod ********) torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görürür ki, Yevlax RAİK-nin 24 iyun 1997-ci il tarixli 18 saylı qərarı ilə Yevlax rayonu, Bünyadabad kəndinin ərazisində yerləşən 0.77 ha torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Həmin sənədlərdən göründüyü kimi 0.77 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Lakin ona məxsus olan və onun mülkiyyətində olan torpaq sahəsi 1997-ci ildən bu günə kimi cavabdeh tərəfindən zəbt edilmişdir. Öz torpağına sahiblənə bilməmiş, çünki o dəfələrlə tələb etməyinə baxmayaraq cavabdeh ona məxsus olan torpaq sahəsini ona verməkdən imtina edir. O, hazırda cavabdehin ona məxsus olan torpaq sahəsindən çıxarılmasını tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 iddiaçı ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 vəkili Vəkil1 iddia tələbinin əsassız olduğunu, ekspert rəyinin qanuni əsaslarla verildiyini bildirmiş və qanunamüvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Eyni zamanda Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. Çünki, hesab edir ki, əslində o, İddiaçı məxsus torpaq sahəsini zəbt etməmişdir. O, İddiaçı Yevlax rayonu Yeni Çobankərə kəndində xüsusi mülkiyyətində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğunu bilmirdi və hazırda da hesab edir ki, Yevlax RAİK-nın 24 iyun 1997-ci il tarixli 18 saylı qərarı ilə iddiaçıya Yevlax rayonu Yeni Çobankərə kəndində xüsusi mülkiyyətinə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilə bilməz. Çünki, respublikamızda torpaq islahatı gedən zaman, o cümlədən hal-hazırda da iddiaçının əsas və daimi yaşayış yeri Yevlax rayonu Nərimanabad kəndi olmuşdur. Habelə, İddiaçı Yevlax rayonu Nərimanabad kəndinin sakini olaraq islahat zamanı kənd təsərrüfatı təyinatlı torpaq payı almaq hüququna malik subyektlərin sırasında olmuşdur. İddiaçı torpaq islahatının nəticələrinə uyğun olaraq Yevlax rayonu Nərimanabad kəndində (yaşayış və qeydiyyat ünvanı üzrə) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi almışdır. Necə ola bilər ki, İddiaçı iki kənd ərazisindən torpaq payı alsın. İddiaçı Yevlax rayonu Nərimanabad kənd sakini olaraq həmin kənd ərazisindən Yevlax RAİK-nın qərarı ilə pay torpaq sahəsi-kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən hazırda mülkiyyət hüququ üzrə istifadə edir. Bu halı Yevlax rayonu Nərimanabad kənd Bələdiyyəsi də təstiq edə bilər. Sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər. 2. Torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər, zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır.Yevlax Rayon Məhkəməsinin icraatında olan 2(039)-1072/2024 saylı mülki iş üzrə , mübahisə predmeti olan Yevlax rayonu Yeni Çobankərə kəndində yerləşən 0.77 ha torpaq sahəsinə gəldikdə isə, o həmin torpaq sahəsinin həmkəndliləri X2 və X4 məxsus olduğunu bilir. Ona başqa cizgidə yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəmlə, mübahisələndirilən 0.77 ha torpaq sahəsini dəyişmişdir. Çünki, mübahisələndirilən 0.77 ha torpaq sahəsi onun xüsusi mülkiyyətinə daxil olan torpaq sahəsi ilə yaxın ərazidədir. Mübahisənin tam, hərtərəfli və obyektiv həlli üçün Yevlax rayonu Nərimanabad Bələdiyyəsinin və Yevlax rayonu Yeni Çobankərə kənd sakini X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olaraq işə cəlb edilmələrində fayda vardır. Beləliklə, Yevlax Rayon Məhkəməsinin icraatında olan 2(039)-1072/2024 saylı mülki iş üzrə, iş üzrə cavabdeh olaraq iddia ərizəsinə qarşı etirazda göstərilən xüsusatları nəzərə alasınız və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: JN-0037 KOD 90112038 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, İddiaçı Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 18 saylı qərarı ilə Yevlax rayonu Bünyadabad kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün 0,77 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Yevlax rayonu, Bünyabad kəndində yerləşən İddiaçı mülkiyyətinə verilmiş 0.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən mülkiyyətçinin islahat dövründən istifadəçiliyi mövcud olmadığından koordinatlarını müəyyən etmək mümkün olmamışdır. İddiaçı mülkiyyətinə verilmiş 0.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən naturada mülkiyyətçinin istifadəçiliyinin koordinatlarını müəyyən etmək mümkün olmadığından, onun naturada ölçülərini müəyyən etmək mümkün olmadı. Qeyd edilən torpaq sahəsi Cavabdeh və Füzuli Məmmədov tərəfindən naturada istifadə edilməsini müəyyən etmək mümkün olmadı, Mülkiyyətçilərin naturada torpaq istifadəçiliyi islahadan fərlidir. Torpaqların elektron kadastr uçotu informasiya sistemindəki məlumatlara əsasən iddiaçının torpaq sahəsi cavabdehlər tərəfində istifadə edilmir. Tərəflərin mülkiyyətində olan torpaq sahələri sənəd üzrə və naturada ölçüləri üst-üstə dümür. İddiaçı mülkiyyət hüququnun həmin sənədlə təsdiq edilən güman etdiyi 09 iyul 1997-ci il tarixli JN 0037 saylı 90112038 kodlu torpağın mülkiyyət hüququna dair Dövlət aktı DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında (DVJ) vardır. 09 iyul 1997-ci il tarixli JN 0037 saylı 90112038 kodlu torpağı mülkiyyət hüququna dair Dövlət aktının cizgisi DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında öz əksini tapmışdır. 09 iyul 1997-ci il tarixli JN 0037 saylı 90112038 kodu torpağı mülkiyyət hüququna dair Dövlət aktı əsasında İddiaçı Yevlax rayonu, Bünyadabad (hazırda həmin kənd Yeni Çobankərə kəndi adlanır) kəndində subyekt olaraq kən təsərrüfatı təyinatlı torpaq sahəsi alınmasına dair adı İddiaçı adlı siyahıda vardır. Adı siyahı DƏDRX-nin 17 saylı Yevlax Ərazi idarəsində saxlanılır. 09 iyul 1997-ci il tarixli JN 0037 saylı 90112038 kodu torpağı mülkiyyət hüququna dair Dövlət akı Yevlax rayon Torpaq sahəsinin sələfi olan DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsində saxlanılan dövlət aktlarının qeydiyyat kitabında siyahıda vardır. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/9183 saylı rəyindən görünür ki, ekspert aparılmış tədqiqat nəticəsində belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsinin yerquruşu üzrə mühəndisi Nurlan Eldarlının tərtib etdiyi mütəxəssis rəyinə əsasən Yevlax rayonu, Bünyadabad kəndində yerləşən İddiaçı mülkiyyətnə verilmiş 0.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən mülkiyyətçinin islahat dövründən istifadəçiliyi mövcud olmadığından koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Yevlax rayonu, Bünyadabad kəndində yerləşən İddiaçı mülkiyyətnə verilmiş 0.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən naturada mülkiyyətinin istifadəçiliyinin koordinatlarını müəyyən etmək mümkün olmadığından, onun naturada ölçülərini müəyyən etmək mümükün olmamışdır. Qeyd edilən torpaq sahəsi Cavabdeh və Füzuli Məmmədov tərəfindən naturada istifadə edilməsini müəyyən etmək mümkün olmamışdır. Mülkiyyətçilərin naturada torpaq istifadəçiliyə islahatdan fərlidir. Torpaqların elektron kadastr uçotu informasiya sistemindəki məlumatlara əsasən iddiaçının torpaq sahəsi cavabdeh tərəfindən istifadə edilmir. Tərəflərin mülkiyyətində olan torpaq sahəri sənəd üzrə və naturada ölçüləri üst-üstə düşmür. İddiaçı mülkiyyət hüququnun həmin sənədlə təsdiq edildiyini güman etdiyi 09 iyul 1997-ci il tarixli JN0037 saylı 90112038 kodlu torpağın mülkiyyət hüququna dair Dövlət aktı DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında (DVJ) vardır. 09 iyul 1997-ci il tarixli JN0037 saylı 90112038 kodlu torpağın mülkiyyət hüququna dair Dövlət aktının cizgisi DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsində mövcud olan elektron baz məlumatlarında öz əksini tapmışdır. 09 iyul 1997-ci il tarixli JN0037 saylı 90112038 kodlu torpağın mülkiyyət hüququna dair Dövlət aktı əsasında İddiaçı Yevlax rayonu, Bünyadabad (hazırda həmin kənd Yeni Çobankərə kəndi adların) kəndində subyekt olaraq kənd təsərrüfatı təyinatlı torpaq sahəsi alınmasına dair adı- İddiaçı adlı siyahıda verdır. Adlı siyahı DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsində saxlanılır. 09 iyul 1997-ci il tarixli JN0037 saylı 90112038 kodlu torpağın mülkiyyət hüququna dair Dövlət aktı Yevlax rayon Torpaq sahəsinin sələfi olan DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsində saxlanılan dövlət aktlarının qeydiyyat kitabında siyahıda vardır. Torpaq Məcəlləsi:

3. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının Ümumi Bəyannaməsinin” 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.3-ci maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. 76-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı mülkiyyətlərində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmiş, iddia edilən tələb müvafiq mütəxəssis rəyi, ekspertiza rəyi və iş materialları ilə də təsdiqini tapmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli rəyində və Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, mübahisəli torpaq sahəsinin Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Füzuli Məmmədov tərəfindən istifadə olunmadığı qeyd olunmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 qarşı torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası əsassız olduğundan təmin oluna bilməz. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul və mütəxəssis rəyinin verilməsinə çəkilmiş 95 manat məbləğində pul iddia təmin olunmadığından iddiaçının özünə aid edilməli, ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul isə iddiaçıdan Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 qarşı cavabdehin ona məxsus olan torpaq sahəsindən çıxarılması tələbi haqqında iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul və mütəxəssis rəyinin verilməsinə çəkilmiş 95 (doxsan beş) manat məbləğində pul iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN:**********, Hesab: AZ 41 NABZ ********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar