Məhkəmə qərarları › İş №2(039)-300/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-300/2020

06.02.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-300/2020 06.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum haqqında akt qeydinə düzəliş edilməsi” barədə ərizəsinə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi, Maraqlı şəxs qeyd etməklə, “doğum haqqında akt qeydinə düzəliş edilməsi” barədə ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs tərəfindən tərtib edilmiş xx xxxx 2014-cü il tarixli 246 saylı doğum haqqında akt qeydinə düzəliş edilərək, qızıX1nın doğum tarixinin xx xxxxxxxx 2012-ci il əvəzinə xx xxxxxxxx 2006-ci il kimi yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, o, X2 ilə ailə qurmuşdur. X5 xx xxxxxxxx 2012-ci il tarixdə ölmüşdür. Onların birgə nikahdan xx xxxxxxxx 2006-ci il tarixdə X1 adlı övladları anadan olmuşdur. Lakin onun doğum haqqında şəhadətnaməsində doğum tarixi səhvən “xx xxxxxxxx 2006-ci il deyil” “xx xxxxxxxx 2012-ci il” kimi göstərilmişdir. Bu barədə Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat şöbəsi tərəfindən tələbi təmin edilmədiyinə görə, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 05Q-588/69 №li nikah haqqında şəhadətnamədən görünür ki, X2 ilə Ərizəçi arasında bağlanmış nikah Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsinin 1991-ci ilin iyun ayının 12-ci günündə akt qeydləri kitabında 499 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada isə Məmmədova soyadı verilmişdir. İş materiallarında olan AZ-İİİ seriyalı 293112 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü Nuranə adlı uşağı var. İş materiallarında olan Ağstafa Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxxx 2013cü il tarixdə verilmiş AZ-İ seriyalı 616240 №-li ölüm haqqında şəhadətnaməsindən görünür ki, X2 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2019-cu il tarixli 951 №li məktubdan görünür ki, Maraqlı şəxs tərəfindən xx.xx.2014-cü il tarixdə tərtib edilmiş 246 saylı doğum haqqında akt qeydində ərizəçinin övladının doğum tarixi “xx.xx.2006” deyil, “xx.xx.2012”, kimi qeyd olunduğundan təkrar doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamaışdır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 18 №-li məktubundan görünür ki, Maraqlı şəxs arxivində sənədlər iki il müddətində saxlanıldığından doğuma əsas verən sənədlər təqdim edilə bilimir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə əsasən,müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Ərizəçi, qızı Nuranə Məmmədovanın doğum akt qeydində doğum tarixinin səhv yazıldığını bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmiş və iş materialları ilə də bu hal öz təsdiqini tapmamışdır. Halbuki Azərbaycan Res-pub-li--ka-sı Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi “doğum haqqında akt qeydinə düzəliş edilməsi” barədə ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi “doğum haqqında akt qeydinə düzəliş edilməsi” barədə ərizəsi təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar