Məhkəmə qərarları › İş №2(039)-302/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-302/2021

18.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-302/2021 18.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsinə dair mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsini maraqlı şəxs qismində qeyd etməklə, ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək onun 15 sentyabr 1972-ci il tarixdən 07 may 1974-cü il tarixədək və 20 may 1976-ci il tarixdən 14 mart 1999cu il tarixədək Yevlax X4 Birliyində işlədiyi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. (ərizə dəqiqləşdirilmişdir) Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Yevlax şəhər X4 Birliyində (şəhər OBPİT) 1972-ci ildən 1999-cu ilədək işləmişdir. Bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinə və eyni zamanda Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialına müraciət etsə də, 1972-ci ildən 1999-cu ilədək Yevlax şəhər X4 Birliyində işləməyi ilə bağlı qeyd olunan müəssisənin əmr kitabları və əmək haqqında sənədləri mühafizə olunmaq üçün X7 təhvil verilmədiyindən iş stajını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsi tərəfindən ona ünvanlanmış imtina məktubunda 1972-ci ildən 1999-cu ilədək Yevlax şəhər X4 Birliyində işləməyi rəsmiləşmədiyi üçün həmin illərin sosial sığorta stajına daxil edilməsinin mümkün olmadığı bildirilmişdir. Onun həqiqətən 1972-ci ildən 1999-cu ilədək Yevlax şəhər X4 Birliyində işləməyinə onunla birlikdə işləyən iş yoldaşları da şahiddirlər və bunu onlar da təsdiqləyə bilər. Onun əmək stajını müəyyən etmək mümkün olmadığından, hazırda ona pensiyaya çıxması üçün ciddi maneələr yaranmışdır. O, bu maneələrin təsiri altında qalaraq qanunla müəyyən olunan əmək stajının rəsmi qaydada Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yevlax Rayon Şöbəsinə təqdim edə bilmir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək bildirmişdir ki, xx.xx.1955-ci ildə Yevlax rayonu Qaraməmmədli kəndində anadan olmuşdur. Orta məktəbi bitirmiş və 15 sentyabr 1972-ci ildə Yevlax şəhər X4 Birliyində aşbaz kimi işə düzəlmişdir. Həmin dövrdə işlədiyi müəssisə mağazalarda, yeməkxanalarda və başqa X4ndə müxtəlif vəzifələrdə çalışmaq üçün mütəxəssislər cəlb edərək, işləmək üçün həmin iş yerlərinə göndərirdi. İşə qəbul olunduğu gündən o, Yevlax rayonunun ərazisində yerləşən tütün zavoduna aşpaz kimi işləmək üçün göndərilmişdir. Hərbi xidmətə gedənə qədər o, həmin zavodun yeməkxanasında aşbaz kimi işləmiş, 1974-cü ilin may ayında hərbi xidmətə getmiş, iki il hərbi xidmətdə olduqdan sonra qayıdaraq müəssisə ləğv olunanadək, yəni 1999-cu ilədək yenidən tütün zavodunda aşpaz işləmişdir. Onun əmək kitabçası olsa da, əmək kitabçası işlədiyi müəssisisə tərəfindən ona verilməmiş və ona bildirmişlər ki, rayonu 1997-ci ildə su basanda bir çox sənədlər kimi onun da sənədi məhv olmuşdur. Əmək stajı müəyyən edilmədiyi üçün onun pensiyaya çıxmasında maneələr yaranır. Bununla bağlı o, DSMF-nin yerli şöbəsinə müraciət etsə də, tələbi təmin edilməmişdir. Bu faktı başqa cür əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X1 izahatında bildirmişdir ki, ərizəçi qeyd olunan məsələ ilə bağlı şöbəyə müraciət etmiş və yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan sığorta stajı olmadığı üçün onun əmək pensiyası hüququnu təmin etmək mümkün olmamışdır. Ona görə də məhkəmədən ərizənin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, ərizəçinin sinif yoldaşı və dostudur. O, Yevlax şəhər X4 Birliyində 1971-ci ildən 1993-cü ilədək işləmiş və həmin illərdə o, Yevlax rayonunun ərazisində fəaliyyət göstərən müxtəlif yeməkxanalarda aşpaz kimi fəaliyyət göstərmişdir. Ərizəçi də həmin dövrdə tütün zavodunda aşpaz kimi işləmişdir. Sonradan o, iş yerini dəyişsə də, Sabir ictimai iaşə müəssisəsi ləğv olunanadək həmin zavodda aşpaz kimi işləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, Yevlax şəhər X4 Birliyində 1978-ci ildən 1993-cü ilədək işləmişdir. Belə ki, həmin illərdə o, Yevlax rayonunun ərazisində yerləşən müxtəlif yeməkxanalarda aşpaz kimi fəaliyyət göstərmişdir. O, işlədiyi dövrdə Ərizəçi tütün zavodunda aşpaz kimi işləmişdir. Hər ikisi müəssisə ləğv olunduqdan sonra işdən çıxmışlar. Məhkəmə, ərizəçinin izahatını və şahid ifadələrini dinləyib və iş materiallrını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Dövlət Sosial Müdafiə X10 Şəxsinin Yevlax rayon filialı tərəfindən ərizəçiyə ünvanlanmış 29.09.2020-ci il tarixli **********4 saylı məktubdan görünür ki, ərizəçinin 1972-ci il tarixdən 1999-cu il tarixədək Yevlax rayonu İctimai İaşə Müəssisəsində işləməyi əmək kitabçası ilə rəsmiləşmədiyi üçün həmin illərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Dövlət Sosial Müdafiə X10 Şəxsinin 17 saylı Regional Ərazi filialı tərəfindən ərizəçiyə ünvanlanmış 29.01.2021-ci il tarixli, **********8 saylı məktubdan görünür ki, ərizəçinin 1972-ci il tarixdən 1999-cu il tarixədək Yevlax rayonu İctimai İaşə Müəssisəsində işləməyi əmək kitabçası ilə rəsmiləşmədiyi üçün həmin illərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Yevlax filalı tərəfindən ərizəçiyə ünvanlanmış 01.12.2020-ci il tarixli, 253 saylı məktubdan görünür ki, Yevlax şəhər X4 Birliyində (şəhər OBPİT) əmr kitabları və əmək haqqı sənədləri X7 təhvil verilmədiyindən onun həmin müəssisədəki iş stajının müəyyən etmək mümkün olmamışdır. НЗ ******* №-li hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi 02 may 1974-cü il tarixdən 02 may 1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.2-ci bəndində qeyd edilir ki, əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin Qərarın 13.4-cü bəndində qeyd edilir ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi 15 sentyabr 1972-ci ildən 07 may 1974-cü ilədək, 20 may 1976-cı ildən 14 mart 1999-cu ilədək Yevlax şəhər X4 Birliyində aşpaz kimi fəaliyyət göstərmiş, işlədiyi müəssisə ləğv olunmuş və müəssisənin əmr kitabları və əmək haqqı sənədləri dövlət arxivinə təhvil verilməmişdir. Ərizəçi DSMF-nin Yevlax rayon filialına müraciət etsə də, yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan sığorta stajı olmadığı üçün əmək pensiyası hüququnu təmin etmək mümkün olmamışdır.. Qeyd olunan hüquq normalarının tələblərindən çıxış edən məhkəmə hesab edir ki, Ərizəçi 15 sentyabr 1972-ci il tarixdən 07 may 1974-cü il tarixədək və 20 may 1976-ci il tarixdən 14 mart 1999-cu il tarixədək Yevlax X4 Birliyində aşpaz işləməsi ilə əlaqədar əmək stajının olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi 15 sentyabr 1972-ci il tarixdən 07 may 1974-cü il tarixədək və 20 may 1976ci il tarixdən 14 mart 1999-cu il tarixədək X9 Müəssisəsi Birliyində aşpaz işləməsi ilə əlaqədar əmək stajının olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar