Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-3071/2023 28.12.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Yevlax rayon 1 saylı Notariat kontoruna qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» haqqında ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı orqan Yevlax rayon 1 saylı Notariat kontoruna qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 26 oktyabr 1981-ci il tarixdə vəfat etmiş X2 anasının 17 yanvar 2000-ci il tarixdə vəfat etmiş X7 olmasına, yəni 17 yanvar 2000-ci il tarixdə vəfat etmiş X5 onun nənəsi olmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah etdi ki, mərhum nənəsi X7 17 yanvar 2000-ci il tarixdə vəfat etmişdir. Mərhum anası X4 26 oktyabr 1981-ci il tarixdə vəfat etmişdir. Onlardan qalmış mirası qəbul etmək məqsədi ilə Yevlax rayon Notariat kontoruna müraciət etmişdir. Lakin anasının doğum şəhadətnaməsi olmadığından, yəni məhrumların ana-bala olmaları faktını təsdiq edən sənəd təqdim etmədiyindən ona imtina etmişlər. Hazırda onun mərhum anası X2 anasının mərhum X7 olması faktının başqa qaydada təsdiq edilməsi mümkün deyil. Ərizəçi məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Yevlax rayon 1 saylı Notariat kontoruna məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxs Yevlax rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilən X10 ifadə verərək göstərdir ki, Sənəm onun əmisini həyat yoldaşı olub. Fatma isə əmisi qızı idi. Sənəmin həyətində Azər yaşayır. Sənəm Fatmanın anası olub. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, 11 yanvar 2017-ci il tarixli AZ-l 837675 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X7 17 yanvar 2000-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən 11 may 2023-cü il tarixdə verilmiş, 12 saylı arayışdan məlum olur ki, X4 26 oktyabr 1981-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən 05 iyul 2023-cü il tarixdə verilmiş, 1823 saylı arayışdan məlum olur ki, X3 barəsində Yevlax rayon Qeydiyyat şöbəsinin arxivində bərpa doğum haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax ŞİHB-nın Xaldan kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 11 iyul 2023-cü il tarixdə verilmiş, 5-9-17/2-45/2023 saylı arayışdan məlum olur ki, X4 1938-ci ildə Ağdaş rayonu, Xaldan kəndində anadan olub, atası X8, anası X7 olmudur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, 10 iyul 2023-cü il tarixli aktdan məlum olur ki, X4 1938-ci ildə Ağdaş rayonu, Xaldan kəndində anadan olub, atası X8, anası X7 olmudur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, 26 oktyabr 1965-ci il tarixli AZ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, Ərizəçi 11 oktyabr 1965-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən 31 avqust 2023-cü il tarixdə verilmiş, 2794 saylı arayışdan məlum olur ki, Ərizəçi doğum haqqında aktın bərpa edilməsi üçün məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən 04 may 2023-cü il tarixdə verilmiş arayışdan məlum olur ki, X6 ilə X7 01 may 1960-cı il tarixdə evlənmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən 11 may 2023-cü il tarixdə verilmiş, 12 saylı arayışdan məlum olur ki, X7 17 yanvar 2000-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 305.1 və 305.1.1-ci maddələrinin tələbinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.1 və 307.2.11-ci maddələrinin tələbinə görə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə həmin şəxsə məxsus olması fatkını müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Məhkəmə iclasında təkzib edilməz sübutlarla müəyyən edilir ki, ərizəçinin mərhum nənəsi X7 17 yanvar 2000-ci il tarixdə, mərhum anası X4 26 oktyabr 1981-ci il tarixdə vəfat etmişlər. Onlardan qalmış mirası qəbul etmək məqsədi ilə ərizəçi Yevlax rayon Notariat kontoruna müraciət etmişdir. Lakin anasının doğum şəhadətnaməsi olmadığından yəni mərhumların ana-bala olmaları faktını təsdiq edən sənəd təqdim etmədiyimdən ona imtina etmişlər. X1 doğum aktı qeydi Yevlax rayon Qeydiyyat şöbəsində də aşkar edilməmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, 26 oktyabr 1981-ci il tarixdə vəfat etmiş X2 anasının 17 yanvar 2000-ci il tarixdə vəfat etmiş X7 olmasına, yəni 17 yanvar 2000-ci il tarixdə vəfat etmiş X5 Ərizəçi nənəsi olmasına dair faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 312-316 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 26 oktyabr 1981-ci il tarixdə vəfat etmiş X2 anasının 17 yanvar 2000-ci il tarixdə vəfat etmiş X7 olmasına, yəni 17 yanvar 2000-ci il tarixdə vəfat etmiş X5 Ərizəçi nənəsi olmasına dair faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-3071/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-3071/2023
28.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver