Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-3078/2025 03.02.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X11, Ərizəçi nümayəndəsi X7 iştirakları ilə, Ərizəçi qohumluq faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi qohumluq faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X5 onun xalası olması, yəni qohum olmaları faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o xx.xx.1964-cu il tarixdə Yevlax rayonunun Səmədəbad kəndində anadan olmuşdur. X4, anası X12r və anası ailədə üç bacı olmuşdur. Anasının atası Əbdüləli Məmmədov, anası Xırda Vəliyevanın anası isə Zeynəb Məmmədova olmuşdur. Hər üç bacı və onların valideynləri, yəni nənəsi və babasi vəfat etmişdir. Xalası X1 Əyyub Xankişi oğlu ilə ailəli olmasına baxmayaraq övladı olmamışdır. O xalası ilə birlikdə yaşayaraq ona baxmış və qulluğunda durmuşdur. Xalasına məxsus olan fədi yaşayış evində hazırdada o (ərizəçi) yaşaşyır. Anasının və xalalarının doğum haqqında şəhadətnamələri yoxdur və hazırda da bu sənədləri əldə edə bilmir. Anasının və xalasının doğum haqqmda şəhadətnamələri olmadığından aralarında olan qohumluğu da müəyyən etmək çətindir. Hazırda xalasından miras qalan əmlakları, fərdi yaşayış evini və torpaq sahəsini vərəsə olaraq qəbul edə bilmir. Belə ki, Yevlax rayon 1 sayı Notariat ofisinə vəfat etmiş xalası X3 miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqmda şəhadətnamə verilməsi barədə müraciət etmişdir. Lakin xx.xx.2009-cu il tarixdə vəfat etmiş X6 xalası olmasını, yəni qohumluğu təsdiq edən doğum haqqmda şəhadətnaməni təqdim edə bilmədiyindən qohumluq əlaqələrini müəyyən etmək üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Qohumluq faktını başqa qaydada müəyyən etmək mümkün deyildir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyytində qalmışdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X14 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmaını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X21 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi ilə uzun illər qonşu olmuşlar. Ərizəçinin anası X17, ərizəçinin xalası isə X13 olmuşdur. X17 ilə X13 doğma bacı olmuşlar. X13 ailəli olmuş və Səmədabad kəndində yaşamışdır. X13 ailəli olsa da övladları olmamışdır. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X25 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi ilə qonşudurlar. X17 ərizəçinin anası, X13 isə ərizəçinin doğma xalası olmuşdur. İşdə olan Yevlax rayon Nemətabad kənd soveti tərəfindən verilmiş xx.xx.1964-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 24 sentyabr 1964-cü il tarixdə doğulmuşdur, X4, anası X12r. İşdə olan Yevlax rayon Qaraməmmədli kənd soveti tərəfindən verilmiş xx.xx.1977-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ilə X13 06 avqust 1977-ci ildə nikahlarını bağlamışlar və arvada Həsənova soyadı verilmişdir. İşdə olan Yevlax rayon Nemətabad kənd soveti tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X18 10 mart 1990-cı ildə nikahlarını bağlamışlar və arvada Həsənova soyadı verilmişdir. İşdə olan Yevlax rayon Nemətabad İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 09 fevral 1986-cı ildə ölmüşdür. İşdə olan Yevlax rayon Səmədabad kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 07 yanvar 2014-cü ildə ölmüşdür. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 27 yanvar 2009-cu ildə ölmüşdür. İşdə olan Yevlax rayon Səmədabad kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli arayışdan görünür ki, Yevlax rayonu Səmədabad kəndində yaşamış X17 ilə X13 bacı olmuşlar. İşdə olan X33 filialı tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli arxiv arayışından görünür ki, Dövlər Arxivində mühafizə olunan Yevlax rayon Səmədabad kənd İƏD üzrə nümayəndəliyin 1996-2000-ci illərə dair 09 saylı təsərrüfatbaşına kitabının 58-ci səhifəsinin 634 saylı qeydində Məmmədova (Həsənova) Dursun Əbdüləli qızının doğum tarixi 1928-ci il yazılmış və X8 doğumu haqqında sənəd aşkarlanmamışdır. İşdə olan X33 filialı tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli arxiv arayışından görünür ki, Dövlər Arxivində mühafizə olunan Yevlax rayon Səmədabad kənd İƏD üzrə nümayəndəliyin 1996-2000-ci illərə dair 09 saylı təsərrüfatbaşına kitabının 6-cı səhifəsinin 586 saylı qeydində X10 doğum tarixi 1929-cu il yazılmış və X10 doğumu haqqında sənəd aşkarlanmamışdır. İşdə olan Yevlax rayon 1 saylı Notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ərizəçi ilə vəfat etmiş X5 qohumluq əlaqəsini təsdiq edən sənədlər təqdim edilmədiyindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin dəlilləri əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə qohumluq münasibətlərində olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələblərinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, xx xxxxxxxx 1964-cü il təvəllüdlü Ərizəçi ilə 27 yanvar 2009-cu ildə ölmüş Məmmədova (Həsənova) Dursun Abduləli qızı qohum olmuşlar, yəni Dursun Məmmədova Ərizəçi xalası olmuşdur. Lakin ərizəçinin mərhum anası X10 və mərhum X2nın doğumuna dair müvafiq icra hakimiyyəti orqanında doğum akt qeydi aşkar edilmədiyindən onun doğumuna dair şəhadətnamə verilməsi mümkün olmamış və buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Faktın müəyyən edilməsi ərizəçiyə mərhum xalasından miras qalmış əmlaka qanun üzrə vərəsə tanınması üçün zəruridir. Beləliklə, məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx xxxxxxxx 1964-cü il təvəllüdlü Ərizəçi ilə 27 yanvar 2009-cu ildə ölmüş Məmmədova (Həsənova) Dursun Abduləli qızının qohum olmaları, yəni Məmmədova (Həsənova) Dursun Abduləli qızının X10 bacısı, Ərizəçi isə xalası olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-3078/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-3078/2025
03.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver