Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-31/2025 12.02.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, İddiaçı1 və onun vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələlər Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli 20200010 qeydiyyat nömrəli, **********24 reyestr nömrəli çıxarışına əsasən mülkiyyətində olan Yevlax rayonu, Rüstəmli kəndində yerləşən 3.6654 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılmasına, habelə dövlət rüsumu olaraq ödədiyi 100 manat məbləğin, hüquqi yardıma görə vəkilə ödənilən 320 manat məbləğin cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılması xahiş etmişdir. İddiaçılar tələblərini belə əsaslandırmışlar ki, Əmlak Məsələlər Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin xx.xx.2021-ci il tarixli 20200010 qeydiyyat nömrəli, **********24 reyestr nömrəli çıxarışına əsasən mülkiyyətlərində olan Yevlax rayonu, Rüstəmli kəndində yerləşən 3.6654 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi onların mülkiyyətlərinə verilmişdir. Onlar qanunla əldə etdikləri mülkiyyətlərini cavabdehin qanunsuz hərəkətləri ucbatından idarə edə bilmirlər. Hazırda da bu vəziyyət yaşanılır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşları ilə yerlərinin müəyyən edilməsini istəmiş, torpaq sahəsinin yeri onlara göstərilmiş və xətti çəkilmişdir. Ancaq cavabdeh torpaq sahəsini boşaltmaq istəmir, qanunsuz istifadəni davam etdirir. Onların torpağını zəbt etməsi ilə bağlı cavabdehdən könüllü çıxamasını istəmişlər. Lakin etdikləri xahiş və minnətlər heç bir halda səmərə vermir. Şəxs onların mülkiyyətində olan torpaqdan qanunsuz istifadəsini davam etdirir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı4 iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 və onun vəkili Fərhad Məmmədov iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli rəyi ilə razı olmadığını, heç kimin torpağını zəbt etmədiyini bildirərək və məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçılar Yaqut Vəliyev və İddiaçı3 məhkəmə iclasına gəlmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** №-li çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu, Rüstəmli kəndində yerləşən 3,6654 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ¼ hissəsi İddiaçı1, ¼ hisəsi İddiaçı2, ¼ hissəsi İddiaçı3 və ¼ hissəsi İddiaçı4 adına ümumi birgə mülkiyyət kimi qeydə alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** №-li çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu, Rüstəmli kəndində yerləşən 5,4982 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 1/6 hissəsi X2, 1/6 hissəsi X3, 1/6 hissəsi X4 və 3/6 hissəsi Cavabdeh adına ümumi birgə mülkiyyət kimi qeydə alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Yevlax rayonu, Rüstəmli kəndində yerləşən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyətində olan 3.6654 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları müəyyən edilmiş, Yevlax rayonu, Rüstəmli kəndində yerləşən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyətində olan 3.6654 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri müəyyən edilmiş, qeyd edilən torpaq sahəsinin 0,8389 ha hissəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. İddiaçılara məxsus olan və cavabdeh tərəfində naturada istifadə edən torpaq sahəsi tərtib edilmiş yerquruluşu planında göstərmişdir. Tərəflərin mülkiyyətlərində olan torpaq sahələri sənəd üzrə və naturada ölçüləri üst-üstə düşmür. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/7751 saylı rəyindən görünür ki, ekspert aparılmış tədqiqat nəticəsində belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-3-35/2-94/2024 saylı mütəxəssis rəyinə əsasən aşağıda göstərilənlər müəyyən edilmişdir. Yevlax rayonu, Rüstəmli kənd ərazisində yerləşən İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyətində olan 3.6654 hektar kənd təsərrüfatı təyinatlı torpaqları sahəsinin koordinatları müəyyən edilmiş, Yevlax rayonu, Rüstəmli kənd ərazisində yerləşən İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyətində olan 3.6654 hektar kənd təsərrüfatı təyinatlı torpaqları sahəsinin naturada ölçüləri müyyən edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsinin mütəxəssisləri cavablandırılmadığıdan bu sual üzrə tədqiqat aparılmalı, tərəfindən mülkiyyətində olan torpaq sahələri sənədi üzrə və naturada ölçüləri üst-üstə düşmür. Qeyd edilən torpaq sahəsinin 0.8389 hissəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. Beləliklə, qeyd olunanlardan müəyyən olunur ki, iddiaçılara məxsus 3.6654 hektar kənd təsərrüfatı təyinatlı torpaqları sahəsinin 0.8389 ha hissəsi hər hansı qanuni əsas olmadan cavabdehin istifadə və sahibliyindədir. Buna görə də iddiaçılar həmin torpaq sahəsi ilə bağlı hüquqlarını həyata keçirə bilmir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının Ümumi Bəyannaməsinin” 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.3-ci maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. 76-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, cavabdehin, iddiaçıların mülkiyyətində olan 3.6654 hektar kənd təsərrüfatı təyinatlı torpaqları sahəsinin 0.8389 ha hissəsini hər hansı qanuni əsas olmadan istifadə etdiyindən iddiaçıların tələbi həmin hissədə haqlıdır və cavabdehin iddiaçıların mülkiyyətində olan Yevlax rayonu Rüstəmli kəndində yerləşən 3.6654 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin həmin - 0.8389 ha hissəsindən çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 100 manat pulun 80 manatı cavabdehdən iddiaçıların xeyrinə tutulmalı, həmin pulun qalan 20 manatı iddiaçılara aid edilməli, hazırki iş üzrə mütəxəssis rəyinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 95 manat məbləğində pulun 65 manatı cavabdehdən iddiaçıların xeyrinə tutulmalı, həmin pulun qalan 30 manatı iddiaçılara aid edilməli, ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun 25 manatı iddiaçılardan müştərək qaydada və digər 25 manatı isə cavabdehdən Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalı, vəkili xidmət haqqı kimi ödənilmiş 320 manat məbləğində pul cavabdehdən iddiaçıların xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyətində olan Yevlax rayonu Rüstəmli kəndində yerləşən 3.6654 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.8389 hektar hissəsindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 100 manat pulun 80 manatı cavabdehdən iddiaçıların xeyrinə tutulmalı, həmin pulun qalan 20 manatı iddiaçılara aid edilməli, hazırki iş üzrə mütəxəssis rəyinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 95 manat məbləğində pulun 65 manatı cavabdehdən iddiaçıların xeyrinə tutulmalı, həmin pulun qalan 30 manatı iddiaçılara aid edilməli, vəkili xidmət haqqı kimi ödənilmiş 320 manat məbləğində pul cavabdehdən iddiaçıların xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pulun 25 manatı Cavabdeh digər 25 manat pulun iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN:**********, Hesab: AZ 41 NABZ ********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-31/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-31/2025
12.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver