Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-317/2020 07.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı1 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Adıgözəlov Allahverdi Zəki oğluna qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Adıgözəlov Allahverdi Zəki oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin onların mülkiyyətində olan Yevlax rayonu Nərimanabad kəndində yerləşən 1.52 hektar torpaq sahəsinin zəbt etdiyi 0,04 hektar hissəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini beləəsaslandırmışdır ki, JN 305, kod 90112028 №-li, xx xxxxxx 1998-ci il tarixli dövlət aktına əsasən Yevlax rayonu Nərimanabad kəndində yerləşən 1.52 hektar torpaq sahəsi iddiaçıların və ailəüzvlərinin mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin təxminən 0,04 hektar hissəsinin həmkəndlisi Adıgözəlov Allahverdi Zəki oğlu zəbt edib istifadə edir. Dəfələrlə tələb etməklərinə baxmayaraq cavabdeh onların mülkiyyətində olan torpaq sahəsinin zəbt etdiyi hissəsindən çıxmır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh Adıgözəlov Allahverdi Zəki oğlu iddia tələbini qəbul etmədiyini və tələbin təmin olunmaması barədə qətnaməçıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, torpağa mülkiyyət hüququna dair JN-305, kod 90112028 saylı dövlət aktından müəyyən olunur ki, Yevlax rayon X2 xx.xx.1998-ci il tarixli qərarı ilə 1,52 ha torpaq sahəsi X1 və onun ailəüzvlərinin(iddiaçıların) mülkiyyətinə verilmişdir. Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxx 2020-ci il tarixli, **********93 saylı rəyindən görünür ki, İddiaçı1 faktiki istifadə etdiyi torpaq sahəsi ilə, onun JN-305 nömrəli Dövlət aktıəsasında mülkiyyətində olan, 1,52 ha torpaq sahəsinin üst-üstə düşməməsi aşkar edilmişdir. Torpaq sahəsinin sənədlərəəsasən müəyyən edilmiş məkan göstəriciləri ilə faktiki istifadə göstəriciləri arasında uyğunsuzluq olduğundan iddiaçılara məxsus torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunub-olunmamasını müəyyən mümkün deyildir. Azərbaycan RespublikasıMülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini bildirsə də, verilmiş mütəxəssis rəyində iddiaçılar onlara ayrılmış torpaq sahəsindən məkan və konfiqurasiya göstəricilərinə uyğun istifadə etmədiyindən cavabdeh tərəfindən iddiaçılara məxsus torpaq sahəsinin zəbt olunub olunmamasını müəyyən etmək mümkün olmamışdır. İddiaçılar bu halı təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmiş və iş materialları ilə də bu hal öz təsdiqini tapmamışdır. Azərbaycan Res-pub-li--ka-sıMülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Adıgözəlov Allahverdi Zəki oğluna qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Mütəxəssis rəyinin verilməsinə dair çəkilmiş xərc-79 (yetmiş doqquz) manat, 08 (səkkiz) qəpik pul iddiaçılar İddiaçı1 və İddiaçı2 tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriləbilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-317/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-317/2020
07.05.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver