Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-3173/2025 16.02.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum haqqında akt qeydinin bərpa edilməsi barədə” ərizəsinə dair mülki işə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi və tələbinin əsalandırıldığı hallar: Ərizəçi (maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd edilməklə) Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, 15 noyabr 1942-ci il doğum yeri Kəlbəcər rayonu, Zülfüqarlı kəndi, atası X12, anası X5 yazılmaqla mərhum anası X2 doğum haqqında akt qeydinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası X9 15 noyabr 1942-ci ildə Kəlbəcər rayonu, Zülfüqarlı kəndində anadan olmuş, 15 sentyabr 2016-cı ildə Yevlax rayonu Hacımahmudlu kəndində vəfat etmişdir. Mərhum anası X2 valideynləri-atası X12 23 iyun 1998-ci ildə və anası X5 10 sentyabr 2011-ci ildə vəfat etmişlər. Mərhum anası X2 doğum haqqında şəhadətnaməsi olmadığı üçün miras qalmış əmlaka vərəsəlik açılması mümkün olmamışdır. Bu barədə Maraqlı şəxsnə müraciət etmişəm, lakin tələbi təmin edilməmiş və ona məhkəməyə müraciət etməsini bildirmişlər. Mərhum anası X2 15 noyabr 1942-ci ildə Kəlbəcər rayonu, Zülfüqarlı kəndində anadan olması, atasının X12 və anasının X5 olmasını 11 iyun 1961-ci il tarixli, İ-İE 271684 nömrəli evlənmək haqqında şəhadətnamə ilə də təsdiq edilir. Ona görə də doğum haqında akt qeydinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə prosesi: Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 341 saylı məktubdan görünür ki, XX.XX.1942-ci ildə Kəlbəcər rayonu Zlüfiqarlı kəndində anadan olmuş Əsgərova (Hacıyeva) Tükəz Abduləli qızının doğum haqqında akt qeydi Maraqlı şəxsndə və Vətəndaşlıq Vəziyyəti aktlarının qeydiyyat informasiya sistemində aşkar edilməmişdir. Maraqlı şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 275 №li arayışdan görünür ki, XX.XX.1942-ci ildə Kəlbəcər rayonu, Zülfüqar kəndində doğulmuş Əsgərov (Hacıyeva) Tükəz Abduləli qızının doğum haqqında akt qeydi Maraqlı şəxsndə aşkar edilmədi, 1939- 1945-ci illər üzrə Maraqlı şəxs, Zülfüqarlı və Əsrik icra nümayədəliyi üzrə bərpa akt qeydləri üzrə axtarış aparılmış, eyni zamanda “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyya informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin Əsgərova (Hacıyeva) Tükəz Abduləli qızının doğumu haqqında akt qeydi aşkar olunmamışdır. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 4017 №li arayışdan görünür ki, xx xxxx 1975-ci ildə Ərizəçi Yevlax rayonun Qaramanlı kəndində anadan olmuşdur. X4 anası X6r. xx.xx.1961-ci il tarixli, İ-ИE seriyalı, 271684 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, X13 və X10 arasında xx.xx.1961-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 19 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə Əsgərov, arvada Əsgərova soyadı verilmişdir. Yevlax rayonu Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İ seriyalı 487571 №-li ölüm haqqında şəhatdətnamədən görünür ki, X5 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir; Yevlax rayonu Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı 811119 №-li ölüm haqqında şəhatdətnamədən görünür ki, X9 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir; Yevlax rayonu Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş V-ЖГ seriyalı 334884 №-li ölüm haqqında şəhatdətnamədən görünür ki, X12 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir; Azərbaycan Respublikası Dövlət X14 tərəfindən verilmiş xx.xx.2026-ci il tarixli, 3-48- DA-15F/2-24/2026 saylı arxiv arayışdan görünür ki, X20 mühafizə olunan Yevlax rayon Qeydiyyat şöbəsinin doğum aktı qeydi kitablarını yoxladıq, X7 doğum aktı sənədi aşkarlanmamışdır. Yevlax Rayon Polis Şöbəsinin xx.xx.2026-cı il tarixli məktubdan görünür ki, X8 şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin arxivdə saxlanma müddəti başa çatdığı üçün həmin sənədlər məhv edilmişdir. Bu səbəbdən qeyd olunan sənədləri ünvanınıza göndərilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2026-cı il tarixli 3-48-DA/2- 173/2026 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi arxiv fondunda mühafizə edilən 1942-ci ilə dair Yevlax rayonu, üzrə qismən qəbul olunmuş doğum haqqında qeydiyyat kitablarında X7 təvəllüdlü haqqında heç bir məlumat aşkarlanmamışdır. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi Maddə 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Maddə 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 162.1. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Maddə 162.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 311.Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar” İİ. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası qaydası. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.
16. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı
4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Məhkəmənin mövqeyi Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etməsini anasının doğum haqqında şəhadətnaməsinin olmaması və həmin sənədi başqa qaydada əldə edə bilməməsi və bərpasının da mümkün olmaması ilə əsaslandırmışdır. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, ərizəçinin anası X9 xx.xx.1942-cı il tarixdə Kəlbəcər rayonu Zülfüqarlı kəndində doğulmuşdur. Həmçinin müəyyən edilmişdir ki, ərizəçinin X3 atası X12, atasının milliyyəti azərbaycanlı, anası X5, anasının milliyyəti azərbaycanlı olmuşdur. X1 və X10 arasında xx.xx.1961-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 19 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə Əsgərov, arvada Əsgərova soyadı verilmişdir. Məhkəmə hesab edir ki, iş materiallarında ərizəçinin anasının həqiqətən göstərilən tarixdə və göstərilən yerdə doğulması barədə qeyd aparılmasına dair kifayət qədər sübut vardır. Belə ki, qeyd edilən bu xüsusatlar ərizəyə əlavə edilmiş sənədlərlə də öz təsdiqini tapır. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərdə əks olunmuş məlumatlarla ərizəçinin tələbində qeyd edilən müvafiq məlumatların uyğunluq təşkil etdiyini nəzərə alaraq bu qənaətə gəlir ki, ərizəçinin anasına doğulan zaman müvafiq məlumatlar qeyd edilməklə doğum haqqında şəhadətnamə verilmişdir. Lakin, sonralar həmin şəhadətnamə itirilmiş, anası isə 15 sentyabr 2016-cı il tarixdə vəfat emişdir. Hazırda ərizəçi miras hüquqlarını həyata keçirmək üçün həmin sənədi başqa qaydada əldə edə bilmir. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçinin anası X2 xx.xx.1942-ci il tarixdə Kəlbəcər rayonu Zülfüqarlı kəndində doğumunun qeydə alınması faktının müəyyən edilməsi məqsədəuyğundur. Məhkəmə vurğulayır ki, ərizəçi bir sıra hüquq və azadlıqlarının həyata keçirilməsi üçün mühüm əhəmiyyəti olan hazırkı ərizənin təmin edilməməsi onun məhkəmə müdafiəsindən yararlanmaq hüququnun pozulmasına səbəb olardı. Çünki ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyil ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqlarını pozmamaq şərtilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusion hüquqların effektivliyinə də mənfi təsir göstərə bilər. Bundan başqa, iş materiallarından görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda ərizəçinin doğum faktını təsdiq edən müvafiq qeyd yoxdur. Nəzərə alınmalıdır ki, qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”, bənd 1.4). Bu baxımdan müvafiq qeydiyyat orqanlarından birinin ərizəçinin anasının doğumu barədə akt qeydinin aşkar edilmədiyini müəyyən etməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində bu barədə məlumat aşkar edilmədiyi deməkdir. Bu vəziyyətdə ərizəçinin doğum akt qeydinin bərpası üçün məhkəməyə müraciət etməkdən başqa yolu qalmamışdır. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd olunanları, ərizəçinin anasının doğumunun qeydə alınmasını təsdiq edən lazımı sənədi başqa qaydada ala bilməməsini, itirilmiş sənədin başqa qaydada bərpasının mümkün olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçinin anası X7 xx.xx.1942-ci il tarixdə Kəlbəcər rayonu Zülfüqarlı kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilməli, doğum haqqında akt qeydlərində soyadı “Hacıyeva”, adı “Tükəz”, ata adı “Abduləli”, doğum tarixi “xx.xx.1942-ci il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “Kəlbəcər rayonu Zülfüqarlı kəndi”, ata qrafasında “X15, milliyyəti azərbaycanlı”, ana qrafasında “X5, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. Ərizəçi anası Əsgərova (Hacıyeva) Tükəz Abduləli qızının (Hacıyeva şəxsin nikahdan əvvəlki soyadıdır) xx.xx.1942-cı il tarixdə Kəlbəcər rayonu Zülfüqarlı kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında akt qeydlərində soyadı “Hacıyeva”, adı “Tükəz”, ata adı “Abduləli”, doğum tarixi “xx.xx.1942-ci il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “Kəlbəcər rayonu Zülfüqarlı kəndi”, ata qrafasında “X15, milliyyəti azərbaycanlı”, ana qrafasında “X5, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Aybəniz Babayeva