Məhkəmə qərarları › İş №2(039)-319/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-319/2020

17.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-319/2020 17.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçı Yusifova (Yaqubova) Təranə Qara qızının iştirakı ilə, iddiaçı Yusifova (Yaqubova) Təranə Qara qızının cavabdeh Yevlax şəhəri 4 saylı orta məktəbin direktoru Cavabdeh qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Yusifova (Yaqubova) Təranə Qara qızı cavabdeh Yevlax şəhəri 4 saylı orta məktəbin direktoru Cavabdeh qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Yevlax şəhər Q.Məhərrəmov adına 4 saylı tam orta məktəbin direktoru Cavabdeh onun işdən çıxarılmasına dair xx.xx.2016-ci il tarixli 119 saylı əmrin ləğv edilməsi və onun həmin məktəbdə azarbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsinə bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının Filiologiya, Azərbaycan dili və ədəbiyyatı fakültəsinin bakalavr dərəcəsi üzrə 2011-ci il məzunudur. O, xx.xx.2010-cu il tarixdən Yevlax şəhər Q.Məhərrəmov adına 4 saylı tam orta məktəbə Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə qəbul edilmişdir. İşlədiyi müddətdə peşəsini çox sevmiş və üzərinə düşən vəzifə tapşırıqlarını layiqincə yerinə yetirmişdir. Fəaliyyətini həyata keçirdiyi dövrdə yüksək peşəkarlıq göstərmiş, heç bir nöqsana yol verməmiş, eyni zamanda müəllim və şagird kollektivinin rəğbətini qazanmışdır. Bütün bunlara baxmayaraq xx.xx.2016-cı il tarixdə Yevlax şəhər Q.Məhərrəmov adına 4 saylı tam orta məktəbin direktoru Cavabdeh 119 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinin səbəbi olaraq ona məxsus diplomun, yəni baza təhsil sənədinin dövlət nümunəli olmadığı göstərilmişdir. O, həmin əmri qeyri-qanuni və əsassız hesab edir. Belə ki, o Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının Filiologiya, Azərbaycan dili və ədəbiyyatı fakültəsinə test üsulu ilə imtahan verməklə qəbul olunmuşdur. 5 il həmin institutda qiyabi şöbədə, ödənişli olaraq təhsil almışdır. Bütün semestr imtahanlarında iştirak etmişdir. Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialını müvəffəqiyyətlə başa vurmuş və ali təhsil haqqında dövlət sənədi olaraq diplom əldə etmişdir. Təhsil aldığı müddət ərzində 4cü kursdan etibarən Yevlax şəhəri 4 saylı tam orta məktəbdə ixtisası üzrə çalışmış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən onunla Yevlax şəhəri 4 saylı tam orta məktəbin arasında bağlanmış müqaviləyə xitam verilmişdir və əsas olaraq diplomun dövlət nümanəli olmadığı göstərilmişdir. O, işdən çıxarılması barədə olan əmrin surətini xx.xx.2019-cu il tarixdə almışdır. İşdən çıxarılma barədə olan əmr xx.xx.2016-cı il tarixdə qəbul edilmişdir. Həmin dövrlərdə o, körpə uşaqlı olmuş, eyni zamanda ikinci uşağa hamilə olmuş, baza təhsil sənədi dövlət numunəli olmadığı üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2015-ci il tarixli məktubunda ondan başqa, təkcə Yevlax rayonu ərazisində işləyən yüzlərlə şəxslər vardır ki, həmin şəxslər bu gün də işləyirlər və onlar işdən kənarlaşdırılmamışlar. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdeh Yevlax şəhəri 4 saylı orta məktəbin direktoru Cavabdeh iddia tələbinə etiraz edərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Yusifova (Yaqubova) Təranə Qara qızı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq və tərəflərin izahatını dinləyərək hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Yevlax şəhər Q.Məhərrəmov adına 4 saylı orta məktəbin xx.xx.2016-cı il tarixli 119 saylı əmrindən çıxarışdan görünür ki, məktəbin dil-ədəbiyyat müəllimi X3 ilə bağlanmış Əmək Müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Əmrin verilməsinə əsas Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2015-ci il tarixli, xx-xx-6807-16 saylı məktubu olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2015-ci il tarixli, xx-xx-6807-16 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən Təhsil Nazirliyinə daxil olmuş xx.xx.2015-ci il tarixli ********* nömrəli məktubda saxta təhsil sənədləri əldə edərək müvafiq ixtisasa və heç bir təhsilə malik olmayan şəxslərin ümumi təhsil müəssisələrində müəllim və digər pedoqoji vəzifələrdə fəaliyyət göstərdikləri bildirilmiş, onların tutduğu vəzifədən azad edilməsi məsələsinə baxılması xahiş edilmişdir. Eyni zamanda təqdim edilmiş siyahi əsasında baza təhsil sənədi dövlət nümunəli olmayan müəllim və digər pedoqoji işçilərlə bağlanmış əmək müqavilələsinə xitam verilməsi ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2015-ci il tarixli, xx-xx-6807-16 saylı məktubuna əlavə edilmiş siyahıdan görünür ki, Yevlax şəhər 4 saylı orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi X1 B seriyalı 200708 №li diplomu saxtadır. İş materiallarında olan Azərbaycan Müəllimlər İnstitununun Qazax filialının xx xxxx 2011-ci il tarixli, B 200708 saylı diplomun surətindən görünür ki, X2 Filologiya azərbaycan dili və ədəbiyyaıt ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. İş materiallarında olan Yevlax şəhər Q.Məhərrəmov adına 4 saylı tam orta məktəbin xx.xx.2015-ci il tarixli, 209 saylı əmrdən çıxarışdan görünür ki, məktəbin dil-ədəbiyyat müəllimi X1 qismən ödənişli sosial mənzuniyyəti bitdiyi üçün xx.xx.2015-ci il tarixdən işdə hesab edilir və həmin tarixdən xx.xx.2016-ci il tarixə kimi qismən ödənişsiz məzuniyyətinə buraxılır. İşə başlama tarixi:xx.xx.2016-cı il Azərbaycan Respublikası Əmək Məcəlləsinin70-ci maddəsinin c) bəndinə görə peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdəəmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. İş materiallarından görünür ki, cavabdeh Yevlax şəhər 4 saylı orta məktəb tərəfindən iddiaçı Yusifova (Yaqubova) Təranə Qara qızı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin qeyd olunan tələbləri pozulmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin oluna bilməz. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Res-pub-li--ka-sı Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəh-bər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar