Məhkəmə qərarları › İş №2(039)-320/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-320/2020

28.01.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-320/2020 28.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı, cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi və pasport qeydiyyatının silinməsi tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı, cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi və pasport qeydiyyatının silinməsi tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında istifadə hüquqlarına xitam verilməsi və cavabdehin həmin ünvandan qeydiyyatının silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı-yaşayış evini xx xxxxxxxx 2018-ci il tarixdə cavabdehdən satın almışdır. Aralarında AN-İ0722435 №li alqı-satqı müqaviləsi bağlanmaqla, həmin müqavilə notariat qaydasında təsdiq edilmiş və həmin daşınmaz əmlak cavabdeh tərəfindən ona təhvil verilmişdir. Eyni zamanda cavabdeh söz vermişdir ki, tez bir zamanda ünvan 2 ünvanında qeydiyyatdan çıxacaqdır. Lakin hal-hazıradək cavabdeh həmin ünvandan qeydiyyatdan çıxmamışdır. Bu hal onun mənafeyinə toxunur. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi Cavabdeh çatdırılması üçün Yevlax şəhər 1 nömrəli inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdir. Ərazi nümayəndəliyinin məhkəməyə ünvanladığı arayışda cavabdehin qeyd olunan ünvanda yaşamadığı bildirilmişdir. Cavabdehin faktiki olduğu yer məlum olmadığından Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb və iddiaçının izahatını dinləyib hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* №li, xx.xx.2018-ci il tarixli çıxarışından görünür ki, İddiaçı ünvan 1 saylı evin və evin yerləşdiyi 0.0225 torpaq sahəsinin üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh ilə (satıcı) İddiaçı (alıcı) arasında bağlanmış AN-İ seriyalı ******* saylı, xx xxxxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsidən görünür ki, satıcı ünvan 2 saylı evi alıcıya satmışdır. Müqavilənin 8-ci bəndinə əsasən satıcılar alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür. İş materiallarında olan Yevlax şəhər İcra Hakimiyyəti Başçısının 1 saylı inzibati Ərazi Dairəsi üzrə nümandəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 641 saylı məktubdan görünür ki, ünvan 2 saylı evdə Cavabdeh adlı şəxs yaşamır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdəəmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsindəöz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncüşəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələbedə bilər; Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmişə saslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin məzmununa görə yaşayış yerini dəyişmiş, başqa ölkədə yaşayış yeri seçmiş, istifadə hüququna xitam verilmişşəxs qeydiyyatdan çıxarılmalıdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca vəəlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınmasıüçün müvafiq dövlət orqanına müraciət etməlidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Yevlax şəhəri F.Məmmədov küçəsi, 2A saylı evin İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixdə göstərilən mənzilin alqı-satqı müqaviləsi bağlanmışdır, satıcı qeyd olunan ünvandan qeydiyyatdan çıxması ilə bağlı öhdəlik götürmüşdür. Cavabdeh hazırda faktiki olaraq həmin ünvanda yaşamır, cavabdeh daimi yaşadığı yer üzrə qeydiyyata düşməmiş və hal-hazıradək iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yaşayış evinə mülkiyyət hüququ iddiaçıya keçdiyindən və cavabdehin hazırda iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalması sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırdığından cavabdehin yaşayış evinə olan istifadə hüququ itirilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi"Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin məqsədi baxımından iddiaçının tələbi əsasında cavabdehin səlahiyyətli dövlət orqanları tərəfindən iddiaçının yaşayış evindən qeydiyyatdan çıxarılmasıüçün əsasdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan Yevlax şəhəri, F.Məmmədov küçəsi, 2A saylı evdən Cavabdeh istifadə hüququna xitam verilməlidir. Göstərilənləri əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Yevlax şəhəri, F.Məmmədov küçəsi, 2A saylı evdən Cavabdeh istifadə hüququna xitam verilsin. Qətnamə qanuni qüvvəyə mindikdən sonra, Cavabdeh İddiaçı mülkiyyətində olan Yevlax şəhəri, F.Məmmədov küçəsi, 2A saylı evdən qeydiyyatdan çıxarılması üçün əsas hesab edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar