Məhkəmə qərarları › İş №2(039)-329/2024

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-329/2024

12.01.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-329/2024 12.01.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Sadıqov Mehman Əlixan oğlunun katibliyi, İddiaçı və onun vəkili X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı əmək mübahisəsitöhmətin ləğv edilməsi, əmək haqqına əlavə və mükafatların ödənilməsi tələbinə dair mülki işin baxmağa hazırlanması iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM : İddiaçı cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, onun 11 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi, baş vergi xidməti müşaviri Vüsal Məmmədovun xx.xx.2023-cü il tarixli **********343700 nömrəli əmri ilə verilmiş töhmətin ləğv edilməsi və 2023-cü ilin oktyabr və noyabr ayları üçün hesablanmalı olan əmək haqqına əlavələrin və 8 noyabr Zəfər bayramı münasibətilə bağlı verilmiş olan mükafat hesablanaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, sonradan iddianın həcminin artırılmasına dair ərizəsində onun 11 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi, baş vergi xidməti müşaviri Vüsal Məmmədovun xx.xx.2023-cü il tarixli **********343700 nömrəli əmri ilə verilmiş töhmətin ləğv edilməsi və 2023-cü ilin oktyabr və noyabr ayları üçün iddia tələbi üzrə qəbul ediləcək qətnamə icra edilən günədək hesablanmalı olan əmək haqqına əlavələrin və 8 noyabr Zəfər bayramı münasibətilə bağlı verilmiş olan mükafatın və iddia tələbi üzrə qəbul ediləcək qətnamə icra edilən günədək ona verilməli olan mükafatların hesablanaraq 11 saylı Ərazi Vergilər Baş İdarəsindən tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilərək məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin olunmuşdur. Məhkəmə iclasında İddiaçı və onun vəkili Sevda Bəkirova iddiaya uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddianın əsassız olduğunu və təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə ərizə üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr və inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 8.1.3-ci maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. X4 Xidmət Haqqında Əsasnamənin 1-ci bəndinə əsasən Vergi orqanlarında xidmət – Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları sisteminə daxil olan vergi orqanlarının funksiya və məqsədlərini öz peşəkar fəaliyyətləri ilə həyata keçirilən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra «vətəndaşlar» adlanacaq) dövlət qulluğunun xüsusi növüdür (Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə Təsdiq Edilmişdir). İnzibati və Mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli 04 saylı qərarının 2-ci bəndində qeyd olunur ki, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Eyni zamanda həmin qərarın 12-ci bəndində qeyd olunur ki, İnzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Göründüyü kimi, tərəflərdən biri fiziki şəxs olmaqla dövlət qulluğunun xüsusi növündə xidmət keçməkdədir, digəri inzibati orqandır və onların arasında münasibətlər ümumi (publik) nizamasalma predmetinə aiddir. İnzibati və Mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli 04 saylı qərarının 15.4-cü bəndində qeyd olunur ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 266-269cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİM: İddiaçı cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı əmək mübahisəsitöhmətin ləğv edilməsi, əmək haqqına əlavə və mükafatların ödənilməsi tələbinə dair 2(039)-329/2024 saylı mülki işin icraatına xitam verilsin. İddiaçıya izah edilsin ki, cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı əmək mübahisəsi - töhmətin ləğv edilməsi, əmək haqqına əlavə və mükafatların ödənilməsi tələbinə dair iddiа ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə mürаciət edə bilər. Qərardaddan rəsmi qaydada alındığı vaxtdan 10 gün müddətində Yevlax rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar