Məhkəmə qərarları › İş №2(039)-337/2021

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-337/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-337/2021 09.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2, Cavabdeh və onun vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh, X6 və X4 qarşı “mülkiyyətə (torpaq sahəsinə) müdaxilənin dayandırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mülkiyyətə (torpaq sahəsinə) müdaxilənin dayandırılmasına” dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin və başqalarının Kür çayı sahəsində yerləşən İddiaçı MMC-yə məxsus 80,0 ha torpaq sahəsinə müdaxiləsinin və əkib-becərməsinin qarşısının alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı MMC iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, X5 və X3 cavabdeh kimi işə cəlb edilməsini və cavabdehlərin İddiaçı MMC-yə məxsus 80,0 ha torpaq sahəsinə müdaxiləsinin və əkibbecərməsinin qarşısının alınması və həmin torpaq sahəsinin taxıl əkilən hissəsinin şumlanıb İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 izahatında, 80 hektar torpaq sahəsinin Yevlax şəhər Bələdiyyəsi tərəfindən keçirilmiş hərrac nəticəsində təmsil etdiyi MMC tərəfindən alındığını və buna dair daşınmaz əmlakın dövlət reyetrindən müvafiq çıxarış verildiyini bildirdi. Həmin torpaq sahəsinin 30 hektarı iddiaçı tərəfindən istifadə olunur və həmin hissədə pambıq əkib-becərilir. Torpaq sahəsinin 50 hektar hissəsi cavabdehlər tərəfindən qanunsuz olaraq istifadə olunur. Bu səbəbdən hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddiaçı tərəfindən mübahisələndirilən 50 hektar torpaq sahəsinin xx.xx.1996-cı il tarixli Sərəncam əsasında Yevlax şəhər İcra Hakimiyyəti tərəfindən yaradılmış və hazırda rəhbəri olduğu “Elşən-96” kəndli fermer təsərrüfatına ayrılmışdır. “Elşən-96” kəndli fermer təsərrüfat vergi ödəyicisi kimi qeydiyyatdadır, həmin torpaq sahəsindən istifadə üçün vergi ödəyir. Təsərrüfat, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə həmin torpaq sahəsində taxıl əkibbecərir. Digər cavabdehlər isə həmin torpağın əkilib-becərilməsində ona köməklik edirlər. Məhkəmə iş materiallarının araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, mülki iş baxılması üçün aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin ******* nömrəli çıxarışdan görünür ki, Yevlax şəhərində yerləşən 80 hektar torpaq sahəsi xx.xx.2011-ci il tarixdə İddiaçı MMC-nin adına dövlət reyestrində qeydə alınmışdır. Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktından görünür ki, Yevlax şəhər İcra hakimiyyəti Başçısının xx xxxxx 1996-cı il tarixli Sərəncamına əsasən 50 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsal etmək üçün “Elşən- 96” kəndli fermer təsərrüfatının mülkiyyətinə verilmişdir. Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamədən görünür ki, “Elşən-96” kəndli fermer təsərrüfatı vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli Qərarının 12-ci bəndində qeyd edilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qeyd olunanlar əsasında müəyyən olunur ki, hazırkı mübahisə sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə olduğundan mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəməsi tərəfindən baxılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 26.1, 32.4, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “mülkiyyətə (torpaq sahəsinə) müdaxilənin dayandırılmasına” dair iddia ərizəsi üzrə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar