Məhkəmə qərarları › İş №2(039)-339/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-339/2021

01.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-339/2021 01.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən olunması tələbi barədə” ərizəsinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, xx.xx.2018-ci il tarixdə bir oğlan, xx.xx.2012-ci il tarixdə bir qız və xx.xx.2012-ci il tarixdə bir qız övladının Yevlax şəhərində anadan olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. (ərizə dəqiqləşdirilmişdir) Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi, Mustafayev Pərviz Musa oğlu ilə ailə qurmuşdur. Amma həmin dövrdə nikahlarını rəsmiləşdirməmiş və qeyri-rəsmi ər-arvad kimi yaşamışlar. Bu evlikikdən Sevinc adlı qızı xx.xx.2007-ci ildə, Musa adlı oğlu xx.xx.2008-ci ildə, Səbinə adlı qızı xx.xx.2010-cu ildə və Nüşabə adlı qızı xx.xx.2012-ci ildə anadan olmuşdur. Həyat yoldaşı çoban kimi işlədiyindən və sabit yaşayış yeri olmadığından nə nikahlarını rəsmiləşdirə, nə də uşaqlarına doğum haqqında şəhadətnamə ala bilməmişlər. O, Pərviz Mustafayevlə xx.xx.2020-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Uşaqlarına doğum haqqında şəhadətnamə almamışdır. Bu səbəbdən ərizəçi Maraqlı şəxsnə müraciət etmiş, lakin şəhadətnamənin verilməsindən ərizəçiyə imtina edilmişdir. Ərizəçi də məcburiyyət qarşısında qalaraq hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, böyük qızı Sevincin adına doğum haqqında şəhadətnamə olsa da, evləri yaman zaman bir çox sənədlərlə birlikdə qızının doğum haqqında şəhadətnaməsi də yanmışdır. Lakin digər iki uşağının doğumu qeyd edilməmişdir. Bu səbəbdən digər üç uşağının doğum faktının müəyyən edilməsi barəsə ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Yevlax şəhər İcra Hakimiyyəti başçısının Yuxarı Qarxun kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 679, 680 və 682 №-li, xx.xx.2020-ci il tarixli arayışlardan görünür ki, Ərizəçi xx.xx.2008-ci il təvəllüdlü Musa, xx.xx.2020-ci il təvəllüdlü Səbinə və xx.xx.2012-ci il təvəllüdlü Nüşabə adlı uşaqları vardır. Maraqlı şəxs tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş AZ-İİ 371074 №li nikah haqqında şəhadətnamədən görünür ki, Mustafayev Pərviz Musa oğlu ilə X1 arasında bağlanmış nikah 2020-ci ilin iyun ayının 23-cü günündə Maraqlı şəxs akt qeydləri kitabında 77 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Mustafayev, arvada isə Mustafayeva soyadı verilmişdir. Maraqlı şəxs ərizəçiyə ünvanladığı 2786 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, doğum haqqında tibbi şəhadətnamənin təqdim edilməməsi əsası ilə qeydiyyat şöbəsi tərəfindən xx.xx.2007-ci ildə anadan olmuş qız, xx.xx.2008-ci ildə anadan olmuş oğlan, xx.xx.2010-cu ildə anadan olmuş qız və xx.xx.2012-ci ildə anadan olmuş qız övladlarına doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, ərizəçi onun arvadıdır; onlar faktiki nikaha daxil olmaqla ailə qurmuş, onların faktiki nikah münasibətlərindən xx.xx.2007-ci il təvəllüdlü Sevinc, xx.xx.2008-ci il təvəllüdlü Musa, xx.xx.2020-ci il təvəllüdlü Səbinə və xx.xx.2012-ci il təvəllüdlü Nüşabə adlı övladları anadan olmuşdur; uşaqları ev şəraitində doğulmuşdur. Sevincə doğulduqdan sonra doğum haqqında şəhadətnamə alınsa da, evləri yanan zaman həmin sənəd məhv olmuşdur. Digər uşaqlarının isə doğum sənədləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, ərizəçinin qaynıdır, ərizəçi ilə qardaşı Pərvizin faktiki nikah münasibətlərindən 4 uşağı var, həmin uşaqlar Yevlax şəhərində doğulsalar da, hazırda Bakı şəhərinin ətraf qəsəbələrinin birində sovxozda yaşayırlar. Ərizəçi və qardaşı təsərrüfatla məşğul olur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ərizəçinin qonşusu olduğunu bildirərək, şahid X4 ilə eyni məzmunlu ifadə vermişdir. Beləliklə, işin araşdırılmış hallarından müəyyən edilir ki, ərizəçi Yevlax şəhərində xx.xx.2018-ci il tarixdə bir oğlan uşağı, xx.xx.2012-ci il tarixdə bir qız uşağı və xx.xx.2012ci il tarixdə bir qız uşağı doğmuşdur, lakin doğuş ev şəraitində baş verdiyindən və bununla bağlı tibbi sənəd mövcud olmadığından ərizəçi uşaqların adına “doğum haqqında şəhadətnamə” əldə edə bilmir və onun həmin sənədi başqa qaydada əldə etmək imkanı yoxdur. Ərizəçinin uşağını yuxarıda qeyd olunan tarixdə Yevlax şəhərində doğması faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, ərizəçinin tələbinin başqa sənədlərlə sübuta yetirilməsi ərizəçinin iradəsindən asılı olmayan səbəblərdən mümkün olmadığından hüquqi faktın müəyyən edilməsi üçün şahid ifadələri kifayətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə qiymət verən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2018-ci il tarixdə bir oğlan uşağını, xx.xx.2012-ci il tarixdə bir qız uşağının və xx.xx.2012-ci il tarixdə bir qız uşağını Yevlax şəhərində doğması faktı müəyyən edilsin. Bu qətnamə doğum akt qeydinin müvafiq icra orqanı tərəfindən aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar