Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-35/2022 01.02.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı vəkili və nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin kompensasiya vermək yolu ilə fərdi yaşayış mənzilindən çıxarılması tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehin, onun xüsusi mülkiyyətində olan, ünvan 1 saylı mənzildən istifadə hüququna 8,000 manat kompensasiya verməklə xitam verilməsinə və qeyd olunan mənzildən dərhal çıxarılmasına dair qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi ərizə təqdim edərək cavabdehə 12.000 manat kompensasiya ödənilməsinə razı olduğunu bildirmişdir. İddia ərizəsini belə əsaslandırmışdır ki, DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı 16.08.2014-cü il tarixli çıxarışa müvafiq olaraq Yevlax şəhəri K.Sabitov küçəsi 13 nömrəli ev və həmin evin əhatə dairəsində olan 0,045 ha torpaq sahəsi tam olaraq onun mülkiyyətidir. Yaşadığı və mənsub olduğu bu mülkiyyət 4 yaşayış otağından ibarət olmaqla, ümumi sahəsi 242.31 m2 olmaqla, 2 mərtəbəli fərdi yaşayış evindən ibarətdir. Hazırkı cavabdeh onun qardaşıdır. Onun özünün fərdi yaşayış evi olmasına baxmayaraq hal-hazırkı müddətədək onun xahiş və istəklərinə məhəl qoymadan evini əmlakını tərk etmək istəmir. O qardaşına evindən çıxması üçün kompensasiya verməyini də bildirmişdir. Nəticə etibarı ilə bütün bu tədbirlərin heç bir nəticə verməmişdir. Onun 3 azyaşlı uşağı var. Özü ağır onkoloji xəstədir. Həyatının və ömrünün harada başa çatmasını bilmir. Uşaqlarının anası, yəni həyat yoldaşı qəflətən vəfat etdi. 3 azyaşlı uşağı onun yanında qalaraq çətin bir durum yaşayır. Qardaşı Sədrəddin isə mülkiyyətimdə olan evdən çıxmaq istəmir. Ona 8,000 manat kompensasiya verməyi təklif etmişdir. Bu evi isə satıb, heç olmasa 2 otaqlı mənzil alıb uşaqlarını yanında saxlamaq istəyir. Hazırkı evdə yaşamağı mümkün deyildir. Evin ümumi dəyəri 35,000 manat olar. Onun 8,000 manatını qardaşına verib, yerdə qalan məbləğə 2 otaqlı ev belə ala bilmir. Şəxs bütün inadı ilə evdən çıxmaq istəmir. Uzun bir müddətdir ki, aralarında olan bu mübahisə sona çatmır. Ona ən yüksək həddə məbləği 8000 manat kompensasiya təklif edir və evindən çıxarılmasını istəyir. Ona görə də bir mülkiyyətçi olaraq cavabdehin mülkiyyətindən çıxarılmasının kompensasiya yolu ilə icra edilməsini daha əsaslı hesab edərək, bu tələblə çıxış edir. İddiaçı nümayəndəsi Fərhad Məmmədov məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsini müdafiə edərək, cavabdehə 12,000 manat kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsini və mənzildən çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclas zamanı ərizə təqdim edərək 12,000 min manat kompensasiya almaqla istifadə hüququna xitam verilməsinə və evdən çıxarılmasına razı olduğunu bidirmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin Seriya RX 0462066№-li çıxarışının surətindən görünür ki, Yevlax şəhəri K.Sabitov küçəsi 13 ev İddiaçı xüsusi mülkiyyətindədir. Təqdim edilmiş Mobil MMC-nin 16 dekabr 2021-ci il tarixli rəyində qeyd olunur ki, Yevlax şəhərində yerindən asılı olaraq bina və fərdi yaşayış evlərində yaşayışa uyğun şəraitda olan 3 və 4 otaqlı (boş, avadanlıqsız) mənzillərin kirayə qiyməti 150 manat dəyərindədir. Müəyyən olunmuşdur ki, fərdi yaşayış evi tam təmirsizdir, yerləşdiyi yer şəhərin kənarındadır, yaşayışa uyğun səviyyədə deyil. Yevlax şəhəri K.Sabitov küçəsi 13də 0.045 ha torpaq sahəsi üzərində tikilmiş 2 mərtəbəli, 4 otaqdan ibarət olan fərdi yaşayış evinin dekabr 2021-ci il tarixdə, bazar satış qiyməti 38.000 (otuz səkkiz min) manatdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllə: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Beləliklə, təqdim edilmiş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı özünə məxsus fərdi yaşayış evindən cavabdehə kompensasiya ödənilməklə onun istifadə hüququna xitam verilməsini və mənzildən çıxarılmasını xahiş dir, cavabdeh isə təklif edilən məbləğlə razıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. İddiaçı X3 tərəfindən Cavabdeh 12,000 manat ödənilməklə sonuncunun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilsin və Cavabdeh həmin evdən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-35/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-35/2022
01.02.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver