Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-353/2021 16.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «cavabdehin evdən çıxarılması» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «cavabdehin evdən çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona aid olan əşyaları ilə birlikdə mülkiyyətində olan Yevlax rayonu, Yeni Çobankə kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, Cavabdeh ona məxsus Yevlax rayonu, Yeni Çobankərə kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izah etdi ki, Yevlax rayonu, Yeni Çobankərə kəndində yerləşən fərdi yaşayış evi vardır. Həmin ev Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** saylı xx xxxxxx 2019-cu il tarixli çıxarışı əsasında ona məxsusdur. X1 cavabdehlə xx xxxx 2017-ci il tarixdə rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Ailə münasibətləri baş tutmadığından Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(039)-1803/2020 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Lakin buna baxmayaraq cavabdeh onun evindən çıxmır. Bununla da yanaşı hər gün evdə dava salır. Elə bir gün olmur ki, evdə mübahisə olmasın. Onların bir evdə yaşamağı qeyri mümkündür. Dəfələrlə Cavabdeh evindən çıxmasını bildirsə də, evdən çıxmaqdan imtina edir. Öz evində rahatçılıq tapa bilmir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, 8 ildir ki, həmin evdə yaşayır. Övladları da həmin evdə dünyaya gəlmişlər. Hazırda getməyə yeri yoxdur. Cavabdeh məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ********** qeydiyyat nömrəli xx xxxxxx 2019-cu il tarixli çıxarışın surətindən məlum olur ki, İddiaçı məxsus Yevlax rayonu, Yeni Çobankərə kəndində fərdi yaşayış evi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən şəxsiyyət vəsiqələri məlumatlarından məlum olur ki, Cavabdeh xx xxxxxx 1998-ci il tarixdə Yevlax rayonu, Bünydabad kəndində anadan olmuş, Yevlax rayonu, Bünyadabad kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən xx xxxxxx 2014-cü il tarixdə verilmiş, AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxx 1974-cü il tarixdə Yevlax rayonu, Bünydabad kəndində anadan olmuş, Yevlax rayonu, Bünydabad kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Səmədabad kənd İƏD-si üzrə nümayəndəliyinin xx xxxxxxx 2020-ci il tarixli 707 saylı arayışından məlum olur ki, İddiaçı Yevlax rayonu, Yeni Çonkərə kəndində yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(039)-1803/2020 saylı qətnaməsinin surətindən məlum olur ki, iddiaçı X3 ilə Cavabdeh qızı arasında Yevlax Rayon Səmədabad İcra Nümayəndəliyində qeydə alınmış xx xxxx 2017-ci il tarixli, 09 saylı nikah qeydi pozulması; nikah pozularkən tərəflərin birgə nikahlarından anadan olmuş xx xxxx 2014-cü il təvəllüdlü X6, xx xxxx 2014-cü il təvəlüdlü X7 və xx xxxxxxx 2017-ci il təvəllüdlü X4 adlı uşaqlar Cavabdeh qızının himayəsində saxlanılması; iddiaçı X2 xx xxxxxxx 2020ci il tarixdən başlayaraq xx xxxx 2014-cü il təvəllüdlü X6, xx xxxx 2014-cü il təvəllüdlü X7 və xx xxxxxxx 2017-ci il təvəllüdlü X4 18 yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat məbləğində aliment Cavabdeh qızının xeyrinə tutulması qət edilmişdir. Məhkəmədə aydın oldu ki, iddiaçının X1 ilə Cavabdeh xx xxxx 2017-ci il tarixdə rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Cavabdeh iddiaçıya məxsus Yevlax rayonu, Yeni Çobankərə kəndində yerləşən fərdi yaşayış evinə köçərək orada yaşamışdır. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə X3 ilə Cavabdeh arasında xx xxxx 2017-ci il tarixdə bağlanmış nikah pozulmuşdur. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehin evdən çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul etmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun x xxxxxxx 2013-cü tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında hüquq münasibətləri 2017-ci il tarixdə yarandığına görə hazırki mübahisəyə xx xxxxxxx 2009-cu il tarixdən qüvvədə olan mənzil məcəlləsinə uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarında deyilir: “Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi).” Daha sonra yuxarıda qeyd edilən qərarda deyilir “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.” Göründüyü kimi, hazırki iş üzrə cavabdeh olan Cavabdeh evin mülkiyyətiçisinin oğlunun arvadı olaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müddəalarında nəzərdə tutulan şəxslər kateqoriyasına daxil deyildir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıya məxsus fərdi yaşayış evindən çıxarılması barədə iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus Yevlax rayonu, Yeni Çobankərə kəndində yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-353/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-353/2021
16.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver