Məhkəmə qərarları › İş №2(039)-36/2025

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-36/2025

28.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-36/2025 28.07.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı və onun vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış binasının tərəflər- iddiaçı və cavabdeh arasında natura qaydasında bölünməsi, həmin payın naturada ayrılması qeyri-mümkün olduğu halda, iddiaçının öz payının (fərdi yaşayış evinin 1/2 hissəsinin və həyətyanı torpaq sahəsinin tam dəyərinin) cavabdeh tərəfindən kompensasiya verilməsi tələbi ilə mülkiyyət hüququna xitam verilməsi,əks təqdsirdə,mübahisə predmeti olan daşınmaz əmlakınyaşayış binasının və həyətyanı torpaq sahəsinin açıq hərracdan satılması və satışda əldə olunmuş pul vəsaitinin mülkiyyətçilər arasında paylarına mütənasib sürədə bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış binasının tərəflər- iddiaçı və cavabdeh arasında natura qaydasında bölünməsi, həmin payın naturada ayrılması qeyri-mümkün olduğu halda, iddiaçının öz payının (fərdi yaşayış evinin 1/2 hissəsinin və həyətyanı torpaq sahəsinin tam dəyərinin) cavabdeh tərəfindən kompensasiya verilməsi tələbi ilə mülkiyyət hüququna xitam verilməsi,əks təqdsirdə,mübahisə predmeti olan daşınmaz əmlakınyaşayış binasının və həyətyanı torpaq sahəsinin açıq hərracdan satılması və satışda əldə olunmuş pul vəsaitinin mülkiyyətçilər arasında paylarına mütənasib sürədə bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********85-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin(tərəflkərin paylarına müvafiq olaraq 1/2 və 1/2 hissədə) Cavabdeh ilə mənim aramda natura qaydasında bölünməsi,həmin payların natura qaydasında bölünməsi qeyri-mümkün olduğu təqdirdə,mülkiyyət hüququma xitam verilməsi şərti ilə cavabdehdən 50000(əlli min manat) manat pul tələbi,yəni 25000(iyirmi beş min manat) isə fərdi yaşayış evinin 1/2 hissəsinin dəyərinin cavabdehdən mənə ödənilməsi,əks təqdirdə,mübahisə predmeti olan daşınmaz əmlakın- ünvan 2 ünvanında yerləşən 0.045 ha ölçüdə həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaaitinin mülkiyyətçilər arasında paylarına mütənasib surətdə bölünməsinə(Mülki Məcəllənin 220.6cı maddəsinin tələblərinə əsasən) dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və Cavabdeh məhkəmə iclasında 01 iyul 2025-ci il tarixli barışıq sazişi təqdim edərək bildirdilər ki, tərəflər aralarında olan mübahisəni barışıq yolu ilə həll edərək barışıq sazişi imzalamışlar. Barışıq sazişinin şərtlərinə əsasən –

1. **********85-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh məxsus ½ hissəsi 25000 (iyirmi beş min) manat müqabilində İddiaçı mülkiyyətinə verməyə razıdır. Belə ki, Cavabdeh sözügedən mənzilin ½ hissəsinə görə İddiaçı tərəfindən 25000 (iyirmi beş min) manat ödənildiyi gündən onun həmin mənzilə heç bir hüququ olmayacaq və bununla bağlı heç bir iddia qaldırmaq hüququ olmayacağı barədə razılığa gəldilər. Cavabdeh, xüsusi mülkiyyətinə daxil olan . **********85-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin müvafiq olaraq ½ hissəsinin İddiaçı mülkiyyətinə keçməsinə etiraz etmir və yuxarıda qeyd edilən 25000 manat pul vəsaitini aldıqdan sonra, fərdi yaşayış evinin 1\2 hissəsinin İddiaçı mülkiyyətinə keçməsini istəyir.

2. Cavabdeh öz üzərinə öhdəlik götürür ki, sözügedən mənzilin ½ hissəsinə görə 25000 manat ödənildikdən sonra, yəni 15 gün ərzində Cavabdeh və azyaşlı övladları olan X3 və X1 ünvan 3 ünvanından qeydiyyatdan çıxarılmasını öz üzərinə öhdəlik kimi götürür.

3. ünvan 3 ünvanında yerləşən əşyaları (uşaq mebeli, 2 nəfərlik yataq taxtı, qabqacaq, yorğan-döşəklər və 3 ədəd xalça istisna olmaqla) 3000 (üç min) manat müqabilində İddiaçı satır və 3000 (üç min) manat pul vəsaitini İddiaçı daşınaq əmlakın dəyəri olaraq alır. İddiaçı ünvan 3 ünvanında yerləşən, o cümlədən Cavabdeh məxsus və birgə nikah müddətində əldə edilmiş daşınar əmlakların dəyəri olaraq 3000 manat pul vəsaitini Cavabdeh ödəyir.

4. Yuxarıda qeyd edilənlərə əsasən İddiaçı ünvan 3 ünvanında yerləşən **********85-10301 reyestr nömrəli 0.045 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə tam olaraq mülkiyyət hüquqlarının Dövlət reyestrində qeydə alınması üçün qəbul ediləcək qərardad, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə göndərilsin. Tərəflər hər biri ayrı-ayrılıqda təqdim olunmuş barışıq sazişinin şərtləri ilə razı olduqlarını bildirərək, həmin barışıq sazişinin təsdiq olunması və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını, barışıq sazişini nəzərdən keçirib hesab edir ki, tərəflər arasında bağlanmış 01 iyul 2025-ci il tarixli barışıq sazişi iddia tələbinə aid hissədə qanuna zidd olmadığından, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından həmin barışıq sazişi təsdiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikasının MPM-nin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikasının MPM-nin 191.2-ci maddəsinə əsasən Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, barışıq sazişinin şərtləri məhkəmə iclası protokoluna daxil edilmişdir və müvafiq qaydada imzalanmışdır. Tərəflərə barışıq sazişinin nəticələri və Azərbaycan Respublikası MPM-nin 262-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsi əsaslarının nəticələri izah olunmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 161, 261, 262, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı və cavabdeh X2 arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq olunsun:

1. **********85-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh məxsus ½ hissəsi 25000 (iyirmi beş min) manat müqabilində İddiaçı mülkiyyətinə verməyə razıdır. Belə ki, Cavabdeh sözügedən mənzilin ½ hissəsinə görə İddiaçı tərəfindən 25000 (iyirmi beş min) manat ödənildiyi gündən onun həmin mənzilə heç bir hüququ olmayacaq və bununla bağlı heç bir iddia qaldırmaq hüququ olmayacağı barədə razılığa gəldilər. Cavabdeh, xüsusi mülkiyyətinə daxil olan . **********85-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin müvafiq olaraq ½ hissəsinin İddiaçı mülkiyyətinə keçməsinə etiraz etmir və yuxarıda qeyd edilən 25000 manat pul vəsaitini aldıqdan sonra, fərdi yaşayış evinin 1\2 hissəsinin İddiaçı mülkiyyətinə keçməsini istəyir.

2. İddiaçı ünvan 3 ünvanında yerləşən **********85-10301 reyestr nömrəli 0.045 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə tam olaraq mülkiyyət hüquqlarının Dövlət reyestrində qeydə alınması üçün qəbul ediləcək qərardad, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə göndərilsin.

3. İddiaçı Cavabdeh qarşı “yaşayış binasının tərəflər- iddiaçı və cavabdeh arasında natura qaydasında bölünməsi, həmin payın naturada ayrılması qeyri-mümkün olduğu halda, iddiaçının öz payının (fərdi yaşayış evinin 1/2 hissəsinin və həyətyanı torpaq sahəsinin tam dəyərinin) cavabdeh tərəfindən kompensasiya verilməsi tələbi ilə mülkiyyət hüququna xitam verilməsi,əks təqdsirdə,mübahisə predmeti olan daşınmaz əmlakınyaşayış binasının və həyətyanı torpaq sahəsinin açıq hərracdan satılması və satışda əldə olunmuş pul vəsaitinin mülkiyyətçilər arasında paylarına mütənasib sürədə bölünməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar