Məhkəmə qərarları › İş №2(039)-366/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-366/2023

24.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-366/2023 24.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən olunması tələbi barədə” ərizəsinə dair mülki işə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, xx.xx.2018-ci il tarixdə bir qız övladının ev şəraitində doğulması faktının təstiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1999-cu il təvəllüdlü X8 adlı şəxslə rəsəmi nikah münasibətinədir. xx.xx.2018-ci ildə anadan olmuş qız övladını ev şəraitində dünyaya gətirmiş və hüquqi məlumatsızlıqdan ona qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində doğum haqqında şəhadətnamə əldə etməmişdir. Hazırda isə bununla bağlı, yəni xx.xx.2018-ci il təvəllüdlü qızına doğum haqqında şəhadətnamə əldə etmək üçün aidiyyəti üzrə Maraqlı şəxsnə müraciət edən zaman ona məhkəməyə müraciət etməyi tövsiyyə edildi. Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Maraqlı şəxs Ərizəçi ünvanladığı 1778 №-li, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, doğum haqqında tibbi şəhadətnamənin təqdim edilməməsi əsası ilə qeydiyyat şöbəsi tərəfindən ərizəçinin xx.xx.2018-ci ildə anadan olmuş qız övladına doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Yevlax rayon X3 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X6 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri Samirə Məmmədova, Gülpəri Yusubova, Nailə İsmayılova və İlhamə Yusubovanın iştirakı ilə akt tərtib edilərək X7 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Maraqlı şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 371060 №li nikah haqqında şəhadətnamədən görünür ki, X8 ilə Ərizəçi arasında bağlanmış nikah 2020-ci ilin may ayının 13-cü günündə akt qeydləri kitabında 66 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Yusubov, arvada isə Əmirsalanova soyadı verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, ərizəçi onun arvadıdır; onlar faktiki nikaha daxil olmaqla ailə qurmuş, sonra nikahlarını rəsmiləşdirmilər; onların faktiki nikah münasibətlərindən xx.xx.2018-ci il tarixdə Nuranə adlı uşaqları doğulmuşdur. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş X1 və X2 ifadələrində bildirmişdir ki, ərizəçi onların qohumudur. Ərizəçinin Nuranə adlı uşağını xx.xx.2018-ci il tarixdə öz evində doğmuşdur. Beləliklə, işin araşdırılmış hallarından müəyyən edilir ki, Ərizəçi Yevlax şəhərində, xx.xx.2018-ci il tarixdə bir qız uşağı doğmuşdur, lakin bununla bağlı tibbi şəhadətnamə mövcud olmadığından ərizəçi uşağın adına “doğum haqqında şəhadətnamə” əldə edə bilmir və onun həmin sənədi başqa qaydada əldə etmək imkanı yoxdur. Ərizəçinin uşağını yuxarıda qeyd olunan tarixdə Yevlax şəhərində doğması faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunur. MPM-in 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə qiymət verən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 311ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2018-ci il tarixdə bir qızı uşağını Yevlax şəhərində doğması faktı müəyyən edilsin. Bu qətnamə doğum akt qeydinin müvafiq icra orqanı tərəfindən aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar