Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-367/2023 28.02.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Cavabdeh direktoru X2 iştirakı ilə, İddiaçı Xatın oğlunun Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma üçün əmək haqqı ödənilməsi tələbi barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Xatın oğlu Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma üçün əmək haqqı ödənilməsi tələbi barədə iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, onun işdən azad edilməyinə dair Cavabdeh 27 iyul 2*22-ci il tarixli 39 №-li əmrinin ləğv edilməsi, onun Cavabdehnə məşqçi-müəllim vəzifəsinə işə bərpa edilməsi, onun işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün aylıq əmək haqqının ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı məcburi köçkündür. Hazırda isə Yevlax şəhəri ünvan 1 ünvanında yaşayır. Özü ali təhsillidır. İdman Akademiyasını bitirmiş, şahmat üzrə Beynəlxalq İdman ustasıdır. Hər il yerli və beynəlxalq turnirlərdə iştirak edir. Şahmat üzrə beynəlxalq reytinqə malikdir. Həmçinin hər il X12 Əliyevin adına təşkil olunan və Naxçıvan şəhərində keçirilən şahmat turnirində öz hesabına iştirak edərək yüksək nəticələr əldə edir. O, 14 sentyabr 2*11-ci ildə Yevlax Şahmat Məktəbinə məşqçi-müəllim vəzifəsinə təyin edilmiş, 18 sentyabr 2*17-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə öz ərizəsi nəzərə alınmaqla xitam verilmişdir. Bundan sonra *2 oktyabr 2*17ci ildə X1* Şahmat Məhtəbinə (Yevlax) məşqçi-müəllim vəzifəsinə təyin edilmişdir. Cavabdeh 27 iyul 2*22-ci il tarixli 39 №-li əmrinə əsasən, guya ki, əmək müqaviləsi ilə müəyyən edilmiş şərtləri kobud şəkildə pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı Xatın oğlu iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddiasının təmin olunmasını xahiş etmiş, məhkəməyə ünvanladığı ərizəsində 27.*7.2*22-ci il tarixdə işdən azad olunmasına baxmayaraq hüquqi savadsızlığına görə ilk öncə prokurorluğa müraciət etdiyini, bir neçə ay orada aparılacaq araşdırmanın nəticəsini gözlədiyini, bu səbəbdən *9.12.2*22-ci il tarixdə yəni qanunla nəzərdə tutulmuş iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyini qeyd edərək bunun üzürlü hesab olunmasını xahiş etmişdir. Cavabdeh direktoru X6 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, İddiaçı Xatın oğlu Cavabdehndə şahmat üzrə məşqçi-müəllim vəzifəsində işləmişdir. O, işlədiyi dövrülərdə iş yerində vəzifəsi ilə bağlı müəyyən nöqsanlara yol vermişdir. Fazil Əhmədov dərslərdə iştirak etməmiş, qurupları təşkil etməmişdir. Dəfələrlə onunla fərdi və kollektiv söbətlər aparılsada o, vəzifəsində verdiyi nöqsanları aradan qaldırmamışdır. Onun Cavabdeh direktoru işlədiyi dövürlərdə və ondan əvvəlliki dövürlərdə direktor vəzifəsində işləyən müəllimlər Fazil Əhmədovun işə davamiyyəti olmadığı üçün aktlar tərtib etmişdirlər. Fazil Əhmədovun dəfələrlə şifahi xəbərdarlıq ediləsə də, o yenidən dərslərdə iştirak etmədiyi üçün 29 iyin 2*22-ci il tarixdə Cavabdeh müəllimlərinin iştirakı ilə “Pedoqoji Şura” keçeilmiş, həmin “Pedoqoji Şura”-nın qərarı ilə 32 nömrəli 29 iyun 2*22-ci il tarixli ƏMR qəbul edilmiş, həmin əmrə əsəsən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndində əsasən Fazil Əhmədov barəsində töhmət verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndində göstərilmişdir ki, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 1*-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət intizam tənbehləri verə bilər. Lakin İddiaçı 32 nömrəli 29 iyun 2*22-ci il tarxili ƏMR-ə baxmayaraq yenidən, quruplarını təşkil etməyərək dərslərdə iştirak etməmiş, əmək funksiyasını tam yerinə yetirməmişdir. Ona yenidən dəfələriə yazılı və şiafhi xəbərdarlıq edilməsinə baxmayaq o, yenədə əmək funksiyasını yerinə yetirməmişdir. Təkrar yenidən *8 iyul 2*22-ci il tarixdə Yevlax şəhər X9 Şahmat məkətbində məktəbin müəllimlərinin iştirakı ilə “Pedoqoji Şura” keçrilmiş, həmin “Pedoqoji Şura”-nin qərarı ilə 37 nömrəli *8 iyul 2*22-ci il tarxili ƏMR qəbul edilmiş, həmin əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsnin 186-cı maddəsinin “b” bəndinə əsasən İddiaçı barəsində töhmət verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndində göstərilmişdir ki, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 1*-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona şiddətli töhmət intizam tənbehləri verə bilər. İddiaçı verilən töhmətləri nəzərə almayaraq, dəfələrlə onunla yenidən fərd söhbətlər aparılmasına baxmayaraq, yenidən quruplarını təşkil etməyərək dərslərdə iştirak etməmiş, əmək funksiyasını tam yerinə yetirməmişdir. İddiaçı yaşadığı ünvana 21 iyun 2*22-ci il tarixdə və 29 iyul 2*22-ci il tarixdə yazılı poçt vasitəsi ilə xəbərdalıq göndərilərək, onun dərslərdə iştiak etmədiyi üçün əmək haqqlarının tutulduğunu və gələcəkdə bu hadisə təkrarlanarsa onun qanunsuz hərəkləri barədə X8 Təhsil İdarəsinə məlumat veriləcəyi bildirilmişdir. İntizam tənbehi tədbirləri tətbiq olunmasına baxmayaraq Fazil Əhmədov cədvəl üzrə müəyyən olunmuş məşqələlərindəıə heç bir üzürlü səbəb olmadan iştirak etməmiş, iddiaçıya dəfələrlə yazılı və şifahi xəbərdarlı, eyni zamanda intizam tənbeh tədbiri olunmasına baxmayaraq heç bir nəticə çıxartnadığını nəzərə alıb əmək müqaviləsinin xitam verilməsinə münasibət bildirilməsi üçün Yevlax şəhər X9 Şahmat məktəbinin həmkarlar təşkilatının sədri Solmaz Quliyevaya müraciət etmiş, Yevlax şəhər X9 Şahmat məktəbinin ilk həmkarkarı təşkilatının 22 iyul 2*22-ci il tarixli protokoldan görünür ki, (protokoldan çıxırış etiraza əlavə edilir) onun tərəfindən verilmiş təqdimat qəbul edilmiş, Yevlax şəhər X9 Şahmat məktəbinin məşqçi müəllim Fazil Əhmədovun işdən azad olunmasına razılıq verilmişdir. Bütün bunları nəzərə alaraq 27 iyul 2*22-ci il tarixli 39 nömrəli əmrə əsasən İddiaçı Xatın oğlunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndində əsasənən əmək müqaviləsinə xitam verilmişdir. Eyni zamanda Cavabdeh direktoru X6 ərizə ilə məhkəməyə müraciət edərək Əhmədov X5 məktəbinə qarşı qaldırdığı iddiası üzrə iddia müddətini ötürdüyünə görə qanunvericiliyin tələblərini nəzərə alaraq iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Yevlax şəhər X9 Şahmat məktəbi üzrə 27.*7.2*22-ci il tarixli 39 nömrəli çıxarışdan görünür ki, Əhmədov X7 Gənclər İdman Şahmat məktəbinin məşqçi müəllimi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqviləsi ilə müəyyən edilmiş şərtləri kobud şəkildə pozduğuna görə onunla bağlanmış müddətsiz əmək müqaviləsinə 27.*7.2*22-ci il tarixdə xitam verilsin. 14.*9.2*11-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı Xatın oğlu 14.*9.2*11-ci il tarixdən *1 nömrəli əmrlə X9 Şahmat məktəbinin məşqçi-müəllimi vəzifəsinə təyin edilmiş və 18.*9.2*17-ci il tarixdən öz ərizəsinə əsasən xitam verilmiş, *2.1*.2*17-ci il tarixdən X1* Şahmat Məhtəbinə (Yevlax) məşqçi-müəllim vəzifəsinə təyin edilmiş, 27 iyul 2*22-ci il tarixli 39 nömrəli əmrə əsasən isə İddiaçı Xatın oğlunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndində əsasənən əmək müqaviləsinə xitam verilmişdir; *8.12.2*22-ci il tarixli, MT-*1934 saylı arayışdan məlum olur ki, İddiaçı Xatın oğlu əmrin ləğv edilməsi, işə bərpa və itirilmiş müddət üçün əmək haqqı tələbi ilə bağlı ilkin olarq mediatora müraciət etmişdir. Yevlax şəhər X1*-Şahmat məktəbinin 12.*5.2*2*-ci il tarixli aktından görünür ki, məktəbin baş məşqiçisi İddiaçı Xatın oğlu 1*.*5.2*2*-ci il xüsusi karantin dövründə oylayın qaydada keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci il dönümünə həsr olunmuş şahmat turnirində baş məşqçi kimi öz vəzifəsini yerinə yetirməmişdir. Yevlax şəhər X1*-Şahmat məktəbinin 29.*5.2*2*-ci il tarixli aktından görünür ki, məktəbin baş məşqiçisi İddiaçı Xatın oğlu 27.*5.2*2*-ci il xüsusi karantin dövründə oylayın qaydada keçirilən Yevlax şəhər X1*-Şahmat məktəbinin 28 may Respublika gününə həsr olunmuş birincilikdə öz vəzifəsini yerinə yetirməmişdir. Yevlax şəhər X1*-Şahmat məktəbinin 11.12.2*2*-ci il tarixli aktından görünür ki, məktəbin baş məşqiçisi İddiaçı Xatın oğlu *8.12.2*2*-ci il xüsusi karantin dövründə oylayın qaydada keçirilən Mingəçevir şəhər Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə keçirilən “X1” həsr olunmuş şahmat turnirində xəbərdarlı edilməsinə baxmayaraq heç bir şagirdi yarışda iştirak etməmişdir. Yevlax şəhər X1*-Şahmat məktəbinin 15.*2.2*21-ci il tarixli aktından görünür ki, məktəbin baş məşqiçisi İddiaçı Xatın oğluna dəfələrlə xəbardarlıq edilməsinə baxmayaraq uşaqlarının şəxsi işlərini hazırlayıb təqdim etməmişdir. Yevlax şəhər X1*-Şahmat məktəbinin *2.11.2*21-ci il tarixli aktından görünür ki, X1*- Şahmat məktəbinin şahmat üzrə məşqçi- müəllimi İddiaçı Xatın oğlu *1.11.2*21-ci il tarixdə öz məşğələsində iştirak etməmişdir. Yevlax şəhər X1*-Şahmat məktəbinin *4.11.2*21-ci il tarixli aktından görünür ki, X1*- Şahmat məktəbinin şahmat üzrə məşqçi- müəllimi İddiaçı Xatın oğlu *4.11.2*21-ci il tarixdə öz məşğələsində iştirak etməmişdir. Yevlax şəhər X1*-Şahmat məktəbinin *5.11.2*21-ci il tarixli aktından görünür ki, X1*- Şahmat məktəbinin şahmat üzrə məşqçi- müəllimi İddiaçı Xatın oğlu *5.11.2*21-ci il taxirdə öz məşğələsində iştirak etməmişdir. Yevlax şəhər X1*-Şahmat məktəbinin *6.11.2*21-ci il tarixli aktından görünür ki, X1*- Şahmat məktəbinin şahmat üzrə məşqçi- müəllimi İddiaçı Xatın oğlu *6.11.2*21-ci il taxirdə öz məşğələsində iştirak etməmişdir. Yevlax şəhər X1*-Şahmat məktəbinin 11.11.2*21-ci il tarixli aktından görünür ki, X1*-Şahmat məktəbinin şahmat üzrə məşqçi- müəllimi İddiaçı Xatın oğlu 11.11.2*21-ci il taxirdə öz məşğələsində iştirak etməmişdir. Yevlax şəhər X1*-Şahmat məktəbinin 13.11.2*21-ci il tarixli aktından görünür ki, X1*-Şahmat məktəbinin şahmat üzrə məşqçi- müəllimi İddiaçı Xatın oğlu 13.11.2*21-ci il taxirdə öz məşğələsində iştirak etməmişdir. Yevlax şəhər X1*-Şahmat məktəbinin *8.*7.2*22-ci il tarixli, 37 saylı əmrdən görünür ki, əmək funksiyalarının kefiyyətsiz yerinə yetirdiyinə və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrini icrasına səhlankar yanaşdığına görə Cavabdeh şahmat bölməsi üzrə məşqçi müəllimi İddiaçı Xatın oğluna Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndi ilə şiddəti töhmət verilməsi əmr edilmişdir. Yevlax şəhər X1*-Şahmat məktəbinin 29.*7.2*22-ci il tarixli, 32 saylı əmrdən görünür ki, əmək funksiyalarının kefiyyətsiz yerinə yetirdiyinə və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrini icrasına səhlankar yanaşdığına görə Cavabdeh şahmat bölməsi üzrə məşqçi müəllimi İddiaçı Xatın oğluna Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndi ilə şiddəti töhmət verilməsi əmr edilmişdir. Yevlax şəhər X1*-Şahmat məktəbinin *6.*7.2*22-ci il tarixli xəbərdalıqdan görünür ki, Yevlax şəhər X1*-Şahmat məktəbinin şahmat bölməsi üzrə məşqçi müəllimi İddiaçı Xatın oğlu işə davamiyyəti olmadığı üçün may və iyun ayları üzrə (may ayı üzrə 2 gün, iyun ayı üzrə 2* gün) ümumilikdə 22 iş günüsüz əmək haqqından tutulmuşdur. Bununla belə şifahi və yazılı xəbardarlıqlara baxmayaraq iyun ayı üzrə- 4 iş günü 22,24,25,29 tarixlərində və iyul ayı üzrə 4 iş günü *1,*2,*4,*6 iyul tarixlərində ümumilkdə 8 iş günü dərs məşğələlərinin tədris etmədiyini üçün həmin günləri üzrə əmək haqqından tutulmaların ediləcəkdir. Yevlax şəhər X1*-Şahmat məktəbinin 2*.*6.2*22-ci il tarixli xəbərdalıqdan görünür ki, Yevlax şəhər X1*-Şahmat məktəbinin şahmat şahmat bölməsi üzrə məşqçi müəllimi İddiaçı Xatın oğlu 2*-21 may 2*22-ci il tarixində üzürsüz səbəbdən 2 gün işə galmədiyi üçün barəsində akt tərtib edilərək əmək haqqını tutulması məqsədə uyğun hesab edilmişdir. Dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq dərs cədvəli üzrə dərslərdə iştirak etməmiş və bu səbəbdən iyun ayı üzrədə akt tərtib edilmişdir. İşə gəlmədiyi üçün həmin günlər barəsində təsdiq edici sənədləri Yevlax şəhər X1*-Şahmat məktəbinə təqdim olunması tələb olunur. 29.*7.2*22-ci il tarixli Pedaqoji şuranın 4 saylı protokolundan görünür ki, X1*- Şahmat məktəbinin şahmat bölməsinin məşqçisi Fazil Əhmədov işdə yol verdiyi nöqsanlara davamlı olaraq məşğələrə gəlməməsi, verilən xəbardarlıqa baxmayaraq təlim məşq prosesini pozması barədə X1*-Şahmat məktəbinin direktoru E.Əlibəylinin təqdimatı nəzərə alınsın. Pedoqoji şuranın verdiyi xəbardarlıqdan nəticə çıxarmayan heç bir səbəb olmadan məşgələrə davam etməməsinə pedaqoji kollektivə və öz işinə hörmətsizliklə yanaşdığına görə X1*-Şahmat məktəbinin məşqçisi Fazil Əhmədova şəxsi işinə yazılmaqla şiddətli töhmət elan edilsin. Yevlax şəhər X1*-Şahmat məktəbinin həmkarlar təşkilatının sədri Solmaz Quliyavanın və Yevlax şəhər X1*-Şahmat məktəbinin müdiri Elman Əlibəyli tərəfindən 2*.*7.2*22-ci il tarixli təqdimatından görünür ki, İddiaçı Xatın oğlu 14.*9.2*11-ci il tarixdə Yevlax şəhər X1*-Şahmat məktəbinə 1 №-li əmrə əsasən şahmay üzrə məşqçi müəllim təyin olunmuşdur. 2*21-2*22-ci il tədris ilində İddiaçı 2 qrup olmaqla 24 saat dərs yükü ilə təmin olunmuşdur. Əmək intizamına məsuliyyətsiz yanaşmağına əsasən dəfələrlə şifahi və yazlı xəbardarlıq edilmişdir. Buna baxmayaraq 2*.*5.2*22-ci il və 21.*5.2*22-ci il tarixlərdə ibtiadi hazırlığın 2-ci ili və təlim məşq qrupunun 3-cü ili məşğələ quruplarından dərsi olmasına baxmayaraq üzürlü səbəb olmadan iştirak etməmişdir. 2*.*6.2*22-ci il tarixlərdək (iyirmi gün) məşğələ qruplarında cədvəl üzrə tədris aparmalı olduğu halda əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozaraq heç bir üzürlü səbəb olmadan dərslərdə ( məşqələrində) iştirak etməmişdir. 29.*6.2*22-ci il tarixdə İddiaçı Xatın oğluna 32 nömrəli əmrə əsasən töhmət, *8.*7.2*22-ci il tarixdə 37 nömrəli əmrə əsasən şiddətli töhmət verilmişdir. İntizam tənbeh tədbirləri tətbiq olunmasına baxmayaraq İddiaçı Xatın oğlu 13.*7.2*22-ci il, 15.*7.2*22-ci il, 16.*7.2*22-ci il,18.*7.2*22-ci il və 2*.*7.2*22-ci il tarixlərdə cədvəl üzrə müəyyən olunmuş məşğələrdə heç bir üzürlü səbəb olmadan iştirak etməmişdir. Odur ki, məktəbin məşqçi müəllimi İddiaçı Xatın oğluna dəfələrlə şifahi, yazlı xəbardarlıq, eyni zamanda iltizam tənbeh tədbiri tətbiq olunmasına baxmayaraq heç bir nəticə çıxarmadığını nəzərə alıb əmək müqaviləsinə xitam verilməsinə münasibəti bildirilməsini xahiş etmişdir. 21.*6.2*22-ci il, *8.*7.2*22-ci il 29.*9.2*22-ci il tarixli poçt xəbərnamələrindən görünür ki, İddiaçı Xatın oğlu şəxsən müvafiq xəbərdarlıq məktublarını almışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinin 3-cü hissəsinə əsasən qanunu bilməmək məsuliyyətdən azad etmir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin məcəllənin 288-ci maddəsinin “Ə” bəndinə əsasən məzuniyyət hüququnun həyata keçirilməsi fərdi əmək mübahisələrinin predmeti kimi qeyd olunmuşdur. Mülki Məcəllənin 375.2-ci madəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd edir ki, iddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş bir aylıq müddət ərzində məhkəməyə müraciət etmədiyinə görə iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşəgötürən iddia müddətinin tətbiqi barədə ərizə verib. Əmək mübahisələrində iddia müddətinin keçməsi faktı iddianın rədd edilməsi üçün kifayətdir. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində qeyd olunub ki, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Həmin maddədə işlədilən mübahisəyə mahiyyəti üzrə baxa bilər” ifadəsi məhkəmənin səlahiyyətini, “bərpa edərək” ifadəsi isə bu səlahiyyətini yaranmasının əsasını bildirir. Ona görə də məhkəmə əmək mübahisəsinə mahiyyəti üzrə o halda baxa bilər ki, iddia müddətini bərpa etsin. Səlahiyyətin əksi qadağadır, müvafiq olaraq həmin ifadənin əksi, yəni mübahisəyə mahiyyəti üzrə baxa bilməz” ifadəsi o mənanı verir ki, iddia müddəti keçdikdə məhkəmə yalnız bu fakta əsaslanaraq iddianı rədd etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3*.*7.2*21-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2*11-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən, X3 Xidməti mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu vurğulamağı vacib hesab etmişdir ki, X3 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyri-müəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3*.*7.2*21-ci il tarixli qərarına əsasən Prokurorluq fərdi əmək mübahisələrinə baxan orqan hesab edilmədiyindən iddiaçı əmək hüquqlarının pozulduğunu bildiyi andan 1 ay ərzində aidiyyəti üzrə məhkəməyə müraciət etməli idi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, müddət ötürüldüyünə görə iddia rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının özünün məhkəməyə təqdim etdiyi ərizəsindən, habelə işə götürən tərəfindən ona ünvanlanmış məktublardan, habelə müvafiq poçt qəbzlərindən də göründüyü kimi İddiaçı Xatın oğlunun barəsində işdən azad olunma barədə əmrin mövcud olmasından sonuncunun vaxtında məlumatı olmuş, habelə iddiaçı iddia müddətinin üzürlü səbəblərdən ötürülməsi ilə bağlı məhkəmə əsaslı bir sübut təqdim etməmişdir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, müddət ötürüldüyünə görə iddia rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-22*, 227, 233, 357, 36*, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Xatın oğlunun Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma üçün əmək haqqı ödənilməsi tələbi barədə iddiası iddia müddəti tətbiq edilməklə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-367/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-367/2023
28.02.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver