Məhkəmə qərarları › İş №2(039)-368/2022

Yevlax Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(039)-368/2022

03.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-368/2022 03.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun olmaması itirilmiş hesab edilməsi tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Şəlalə Sulatnovaya və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərin Yevlax şəhəri S.Ruhulla küçəsi 20 saylı fərdi yaşayış evinə istifadə hüququnun olmamasına barədə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini belə əsaslandırmışdır ki, Yevlax şəhəri S.Ruhulla küçəsi 20 saylı evin mülkiyyətçisidir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** saylı 21.12.2021 ci il tarixli çıxarışı ilə ünvan 1 saylı fərdi yaşayış evi onun tam olaraq mülkiyyətindədir. Onun evində qeydiyyatda olan hazırkı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bu günə kimi əsassız olaraq evində qeydiyyatda qalmaqdadırlar. Həmin şəxslərin mülkiyyətində olan evindən çıxmalarını xahiş etmişdir. Bildirmişdir ki, onların onun evində qalması ona ciddi problemlər yaradır. Bu səbəbdən də məsləhət bilmişdir ki, zamanında və vaxtında yaşadığı evdə onların istifadə hüququ itirildiyindən evindən qeydiyyatdan çıxarılsınlar. Bu insanların onun evində heç bir istifadə hüquqları mövcud deyildir. Çünki, onun evində yaşamadıqlarından, əvvəllər qeydiyyatda olduqlarından bugünə qədər adları evində qalaraq ona maneə yaratmaqdadırlar. Qeyd olunan şəxslərin özlərinin fərdi yaşayış evləri vardır. Öz evlərində yaşayırlar, qeyd edilən halları özləridə məhkəmədə gəlib bildirə bilərlər. İddiaçı nümayəndəsi Nərgiz Gülalıyeva məhkəmə baxışı zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, qızı Şəlalə 20 ildən artıq, qızı Lalə isə 15 ildən artıq müddətdir ki, ailə quraraq həmin evdən köçüb getmişlər. Hazırda onların həmin evdə hər hansı əşyası belə yoxdur. Onların həmin ünvanda qeydiyyatdarı da formal xarakter daşıyır. Bununla da, cavabdehlər həmin evə olan istifadə hüquqlarını itirmişlər. Cavabdehlərin istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddianın təmin edilməsini xahiş etmişdir. İddia ərizəsinin xahiş etdi hissəsində cavabdehlərin həmin evdə istifadə hüquqularının olmaması qeyd edilsə də, iddia ərizəsinin məzmunundan və iddiaçının nümayəndəsinin izahatından müəyyən olunur ki, iddianın mahiyyəti cavabdehlərin həmin ünvandan köçüb getdikləri üçün onların istifadə hüquqularının itirilmiş hesab edilməsi mənasını özündə əks etdirir. X2 bildirmişdir ki, iddiaçı ilə qonşudur. Belə ki, Möhlüdün qızı Şəlalə 20 ildən artıq müddətdir ki, ailə qurub həmin evdən köçüb getmişdir, başqa ünvanda ailəsi ilə birlikdə yaşayır. Mhlüdün digər qızı Lalə də 15 ildən artıq müddətdir ki, ailə qurduqdan sonra həmin evdən köçüb getmişdir. Şəlalə və Lalə bu müddət ərzində həmin evdə ümumiyyətlə yaşamamışlar. Təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin ******* qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. “Elektron məhkəmə” portalından müəyyən olunur ki, 1985-ci il təvəllüdlü Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyadadır, əri Çingiz Gülalıyev, qızı 2002-ci il təvəllüdlü Sevinc Sultanova, oğlu 2004cü il təvəllüdlü Sübhan Gülalıyevdir. “Elektron məhkəmə” portalından müəyyən olunur ki, Cavabdeh1 əri X6 şəhəri, Ə.Cavad küçəsi, 4 ünvanında qeydiyyatdadır. “Elektron məhkəmə” portalından müəyyən olunur ki, 1987-ci il təvəllüdü Cavabdeh2 ünvan 3 ünvanında qeydiyyatdadır, əri Ceyhun Mehdiyev, qızı 2007-ci il təvəllüdlü İlknur Mehdiyeva, oğlu 2009-cu il təvəllüdlü Nursaleh Mehdiyevdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 195/21№-li arayışından müəyyən olunur ki, Cavabdeh2 30 noyabr 2021-ci il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Prosessual Məcəllə: Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Məcəllə: Maddə 152.5 mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair 27 may 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstisiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələrlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilir ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Beləliklə, mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçının övladları olan cavabdehlər əvvəllər iddiaçının ailə üzvü kimi iddiaçıya məxsus evdə yaşamaqla istifadə hüququnu əldə etmişlər. Lakin, Cavabdeh1 2001-ci ildən, Cavabdeh2 isə 2006-cı ildən həmin ünvanda yaşamamış, bununla da mülkiyyətçi ilə həmin vaxtdan etibarlı ailə münasibətlərinə son qoymuşlar. Cavabdeh2 isə həmin ünvandan qeydiyyatdan da çıxmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdehlərin ünvan 5 ünvana köçməsi və öz ailə üzvləri ilə başqa ünvanda yaşamaqla iddiaçıya məxsus həmin evdən istifadə hüququnu itirmişlər. Bu səbəbdən iddia əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238-242-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X3 İddiaçı məxsus Yevlax şəhəri, S.Ruhulla küçəsi ev 20 nömrəli yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilsin. Cavabdehlər qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar