Məhkəmə qərarları › İş №2(039)-37/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-37/2023

06.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-37/2023 06.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının təstiq edilməsinə” ərizəsinə dair mülki işə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, xx.xx.2013-cü il tarixdə dünyaya gəlmiş qız övladı X3 ev şəraitində baş tutmuş doğum faktının təstiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X6 ilə rəsmi nikahları olmamışdır. Qızı Ayşə onların faktik nikalarından dünyaya gəlmişdir. Ayşə ev şəraitində dünyaya gətirilmişdir. Onun dünyaya gəlməsi ilə bağlı doğum akt qeydi yoxdur. xx.xx.2013-cü il təvəllüdlü Ayşənin məktəb yaşı artıq çatmışdır. Lakin onun doğum haqqında şəhadətnaməsi olmadığı üçün o, yaşıdları kimi təhsil ala bilmir. O, çox istəyir ki, nöbəti tədris ilində qızı Ayşə məktəbə getsin və təhsil alsın. xx.xx.2022-ci il tarixdə iş üzrə Maraqlı şəxsnə müraciət edərək qızı xx.xx.2013-cü il təvəllüdlü X5 doğum haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin xahişi təmin edilmədi, eyni zamanda doğum faktının təstiqi ilə bağlı məhkəməyə müraciət etməyini tövsiyyə edilmişdir. Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Maraqlı şəxs Ərizəçi ünvanladığı 1601 №-li, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, doğum haqqında tibbi şəhadətnamənin təqdim edilməməsi əsası ilə qeydiyyat şöbəsi tərəfindən ərizəçinin xx.xx.2013-cü ildə anadan olmuş qız övladına doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Yevlax rayon X1 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2013-cü il təvəllüdlü Ayşə Mahmudova həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri Səadət Nadirova, Abbas Rəşidov, Fazil Rəşidovun iştirakı ilə akt tərtib edilərək Ayşə Mahmudova doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş X4 və X2 ifadələrində bildirmişdir ki, ərizəçi onların qohumudur. Ərizəçinin Ayşə adlı uşağını xx.xx.2013-cü il tarixdə öz evində doğmuşdur. Beləliklə, işin araşdırılmış hallarından müəyyən edilir ki, Ərizəçi Yevlax şəhərində, xx.xx.2013-cü il tarixdə bir qız uşağı doğmuşdur, lakin bununla bağlı tibbi şəhadətnamə mövcud olmadığından ərizəçi uşağın adına “doğum haqqında şəhadətnamə” əldə edə bilmir və onun həmin sənədi başqa qaydada əldə etmək imkanı yoxdur. Ərizəçinin uşağını yuxarıda qeyd olunan tarixdə Yevlax şəhərində doğması faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunur. MPM-in 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə qiymət verən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2013-cü il tarixdə bir qızı uşağını Yevlax şəhərində doğması faktı müəyyən edilsin. Bu qətnamə doğum akt qeydinin müvafiq icra orqanı tərəfindən aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar