Məhkəmə qərarları › İş №2(039)-370/2022

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-370/2022

28.04.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-370/2022 28.04.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2 mənzilin paylara uyğun naturada bölünməsi tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən X1 və İddiaçı paylı mülkiyyətində olan mənzilin paylara uyğun naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh ilə 2002-ci ilin 26 oktyabırında faktiki olaraq ailə münasibətlərinə girmişdir. Nikahlarını isə 2010-cu ildə rəsmiləşdirmişlər. Münasibətləri pozulduğundan aralarında olan nikah Yevlax Rayon Məhkəməsinin qətnaməsinə əsasən 2021-ci ilin oktyabırında pozulmuşdur. Birgə nikah dövründə, yəni 2020-cı ilin noyabr ayında alqı-satqı yolu ilə 1 otaqlı mənzil almışlar. Boşandıqdan sonra Yevlax Rayon Məhkəməsinin qətnaməsinə əsasən mənzildə hər iksinin payı ½ hissə olmaqla müəyyən edilmişdir. Qeyd edilən mənzilin ½ hissəsi onun, ½ hissəsi isə Cavabdeh paylı mülkiyyətindədir. Buna baxmayaraq o, hazırda öz payından istifadə edə bilmir və onun mülkiyyət hüquqları pozulur. Belə ki, hal-hazırda mənzil bütövlükdə cavabdehin istifadəsindədir. Paylı mülkiyyətdə olan mənzildən birlikdə istifadə olunması mümkün olmadığından ½ hissədə payının naturada ayrılaraq ona verilməsini istəyir. İddiaçı iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzil Mingəçevir şəhərində yerləşir. Mülki-Prosessual Məcəllə: Maddə 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir.i Maddə 44.2.2 iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə öz icraatına qəbul etdiyi işi başqa məhkəmədə baxılmağa verir. Maddə 45.2. Mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Mülki prosessual qanunvericiliyin yuxarıda qeyd edilən normalarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia mülkiyyətçinin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında olduğundan və mübahisə predmeti olan mənzil Mingəçevir şəhərində yerləşdiyindən mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 39.1, 44.2.2, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh X2 mənzilin paylara uyğun naturada bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar