Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-374/2020 07.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin əsassız istifadə etdiyi həyətyanı torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası üzrə mülki işin baxılmağa hazırlanması iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ətraf həyatyanı torpaq sahəsinin cavabdeh tərəfindən əsassız istifadə etdiyi hissəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia ərizəsi üzrə işin məhkəmə hazırlıq iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Cavabdeh 20 ilə yaxındır ki, öldüyünü bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələbinə məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən işə məhkəmədə baxılmalı deyilsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: İddiaçı Cavabdeh qarşı cavabdehin əsassız istifadə etdiyi həyətyanı torpaq sahəsindən çıxarılması tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-374/2020
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-374/2020
07.01.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver