Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-374/2025 27.01.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən olunması tələbi barədə” ərizəsinə dair mülki işə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, övladları xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X2, xx.xx.2016-cı il təvəllüdlü X5, xx.xx.2017-ci il təvəllüdlü X9, xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2024-cü il təvəllüdlü X7 doğum faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi, ilə hər ikisi ər-arvad olmaqla ünvan 1 ünvanında yaşayır. Rəsmi nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X17,xx.xx.2015-ci il təvəllüdlü X15, xx.xx.2016-cı il təvəllüdlü X18, xx.xx.2017-ci il təvəllüdlü X23, xx.xx.2019cu il təvəllüdlü X19 və xx.xx.2024-cü il təvəllüdlü X20 adlı altı övladları dünyaya gəlmişdir. Övladları ev şəraitində dünyaya gəldiyindən heç bir sənədlərini qeydiyyat şöbəsində ala bilmir. Övladlarının anadan olmasını təsdiq edən sənədləri başqa formada əldə etmək mümkün olmadığından doğum haqqında şəhadətnaməni almaq mümkün deyildir. X1, X15, X18, X23, X19 və X20 ev şəraitində anadan olmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Maraqlı şəxs ərizəçiyə ünvanladığı 2609 №-li, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, doğum haqqında tibbi şəhadətnamənin təqdim edilməməsi əsası ilə qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü ildə anadan olmuş X10, xx.xx.2015-ci ildə anadan olmuş X8, xx.xx.2016-cı ildə anadan olmuş X11, xx.xx.2017-ci ildə anadan olmuş X16, xx.xx.2019-cu ildə anadan olmuş X12 və xx.xx.2024-cü ildə anadan olmuş X13 doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5358 saylı xx.xx.2024-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri Zibeydə Rəşidova, Günel Məmmədova, Nubar Mahmudova və Aygün Abdullayevanın iştirakları ilə akt tərtib edilərək X17 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X3 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X17 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5362 saylı xx.xx.2024-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri Zibeydə Rəşidova, Günel Məmmədova, Nubar Mahmudova və Aygün Abdullayevanın iştirakları ilə akt tərtib edilərək X15 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X3 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2015-ci ildə anadan olmuş X15 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5359 saylı xx.xx.2024-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri X22, Günel Məmmədova, Nubar Mahmudova və Aygün Abdullayevanın iştirakları ilə akt tərtib edilərək X18 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X3 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2024-cı il tarixli arayışdan görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X18 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5360 saylı xx.xx.2024-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri X22, Günel Məmmədova, Nubar Mahmudova və Aygün Abdullayevanın iştirakları ilə akt tərtib edilərək X23 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X3 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X23 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5357 saylı xx.xx.2024-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri X22, Günel Məmmədova, Nubar Mahmudova və Aygün Abdullayevanın iştirakları ilə akt tərtib edilərək X19 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X3 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X19 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5361 saylı xx.xx.2024-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri X22, Günel Məmmədova, Nubar Mahmudova və Aygün Abdullayevanın iştirakları ilə akt tərtib edilərək X20 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X3 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il təvəllüdlü X20 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Yevlax rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 18-1- 82/2-73/2025 saylı məhkəmə sorğusunun cavabından məlum olur ki, Ərizəçi X1, X15, X18, X23, X19 və X20 xx.xx.2024-cü il tarixdə “Təhsil müəssisələrinə daxil olma ilə bağlı müayinə” üçün Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə müraciət etmişdir. xx.xx.2024-cü il tarixli arayışlar Yevlax rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsi tərəfindən tərtib edilmişdir. Yevlax şəhər icra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə inzibati dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 5-9-1/2-33/2025 saylı məhkəmə sorğusunun cavabından məlum olur ki, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktını müəyyən edilməsi barədə 1 saylı inzibati ərazi dairəsinə müraciət etmişdir X17, X15, X18, X23, X19 və X20 barələrində məlumatlar 1 saylı nümayəndəlik tərəfindən tərtib edilmişdir. Bərdə regional “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 617034 №li nikah haqqında şəhadətnamədən görünür ki, Şahid ilə Ərizəçi arasında bağlanmış nikah 2024-cü ilin fevral ayının 16-cı günündə akt qeydləri kitabında 172 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Nadirov, arvada isə Nadirova soyadı verilmişdir. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş X24 və X14 ifadələrində bildirmişdir ki, ərizəçinin onların qonşuları olduğunu bildirmişdirlər. Ərizəçinin uşaqları xx.xx.2014-cü il tarixdə Gültac, xx.xx.2015-ci il tarixdə Tünzalə, xx.xx.2016-cı il tarixdə Lamiyə, xx.xx.2017ci il tarixdə Ləman, xx.xx.2019-cu il tarixdə Samirə və xx.xx.2024-cü il tarixdə Gülnar uşaqları ev şəraitində doğmuşdur. Beləliklə, işin araşdırılmış hallarından müəyyən edilir ki, ərizəçi Yevlax şəhərində xx.xx.2014-cü il tarixdə bir qız uşağı, xx.xx.2015-ci il tarixdə qız uşağı, xx.xx.2016-cı il tarixdə bir qız uşağı, xx.xx.2017-ci il tarixdə qız uşağı, xx.xx.2019-cu il tarixdə qız uşağı və xx.xx.2024-cü il tarixdə bir qız uşağı doğmuşdur, lakin doğuş ev şəraitində baş verdiyindən və bununla bağlı tibbi sənəd mövcud olmadığından ərizəçi uşaqların adına “doğum haqqında şəhadətnamə” əldə edə bilmir və onun həmin sənədi başqa qaydada əldə etmək imkanı yoxdur. Ərizəçinin uşaqlarını yuxarıda qeyd olunan tarixdə Yevlax şəhərində doğması faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, ərizəçinin tələbinin başqa sənədlərlə sübuta yetirilməsi ərizəçinin iradəsindən asılı olmayan səbəblərdən mümkün olmadığından hüquqi faktın müəyyən edilməsi üçün şahid ifadələri kifayətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə qiymət verən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2014-cü il tarixdə bir qız uşağını, xx.xx.2015-ci il tarixdə qız uşağını, xx.xx.2016-cı il tarixdə bir qız uşağını, xx.xx.2017-ci il tarixdə qız uşağını, xx.xx.2019-cu il tarixdə qız uşağını və xx.xx.2024-cü il tarixdə bir qız uşağını Yevlax şəhərində doğması faktı müəyyən edilsin. Bu qətnamə doğum akt qeydinin müvafiq icra orqanı tərəfindən aparılması üçün əsasdır. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-374/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-374/2025
27.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver