Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-377/2021 12.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən olunması tələbi barədə” ərizəsinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, övladı xx.xx.2020-ci il təvəllüdlü X1 Yevlax rayonu Salahlı kəndində anadan olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.2007-ci il tarixdə Qarayev Yalçın Hökmalı oğlu ilə rəsmi nikah qeydindən keçməklə evlənib ailə həyatı qurmuşlar. xx.xx.2020-ci il təvəllüdlü X2 adlı övladı ev şəraitində dünyaya gəlmişdir. Bu səbəbdən övladının adına doğum haqqında şəhadətnamə alınmamışdır. Onun adına tibbi şəhadətnamə verilmədiyindən Maraqlı şəxsndə doğumun qeyd olunmasından imtina edilmişdir. Ərizəçi də məcburiyyət qarşısında qalaraq hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi, məhkəmə iclası zamanı ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə respublikadakı epidimioliji və müharibə vəziyyəti ilə əlaqədar uşağını doğmaq üçün xəstəxanaya gedə bilməmiş və qızı Fidan həmin tarixdə yaşadıqları Yevlax rayonu Salahlı kəndində ev şəraitində doğulmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(MPM) 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1987-ci ildə anadan olub. AZE seriyalı 17141749 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Qarayev Yalçın Hökmalı oğlu xx.xx.1982-ci ildə anadan olub. AZ-İ seriyalı 339759 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Qarayev Yalçın Hökmalı oğlu ilə X3 arasındakı nikah xx.xx.2007-ci il tarixdə qeydə alınmışdır. Nikahdan sonra arvada Qarayeva soyadı verilmişdir. Maraqlı şəxs Ərizəçi ünvanladığı 2831 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, doğum haqqında tibbi şəhadətnamənin təqdim edilməməsi əsası ilə qeydiyyat şöbəsi tərəfindən ərizəçinin xx.xx.2020-ci ildə anadan olmuş qız övladına doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Ərizəçi xx.xx.2020-ci il tarixdə anadan olmuşdur və Yevlax rayonu Salahlı kəndində yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qarayev Yalçın Hökmalı oğlu ifadəsində bildirmişdir ki, ərizəçi onun arvadıdır, onlar rəsmi nikaha daxil olmaqla ailə qurmuş, onların rəsmi nikah münasibətlərindən xx.xx.2020-ci il təvəllüdlü Fidan adlı övladı anadan olmuşdur, uşaqları ev şəraitində doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, ərizəçinin qohumudır. Ərizəçi xx.xx.2020-ci il tarixdə bir qız uşağını ev şəraitində doğmuşdur. Beləliklə, işin araşdırılmış hallarından müəyyən edilir ki, Ərizəçi Yevlax rayonu Salahlı kəndində, xx.xx.2020-ci il tarixdə bir qız uşağı doğmuşdur, lakin bununla bağlı tibbi şəhadətnamə mövcud olmadığından ərizəçi uşaqların adına “doğum haqqında şəhadətnamə” əldə edə bilmir və onun həmin sənədi başqa qaydada əldə etmək imkanı yoxdur. Ərizəçinin uşağını yuxarıda qeyd olunan tarixdə Yevlax rayonu Salahlı kəndində doğması faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunur. MPM-in 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə qiymət verən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2020-ci il tarixdə bir qızı uşağını Yevlax rayonu Salahlı kəndində doğması faktı müəyyən edilsin. Bu qətnamə doğum akt qeydinin müvafiq icra orqanı tərəfindən aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-377/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-377/2021
12.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver