Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-378/2020 18.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı, cavabdehlərin hər birinin və cavabdehlər Sarıyevlər ailəsinin yetkinlik yaşına çatmamış ailə üzvləri xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X1, ünvan 1 mənzil 34 ünvanında istifadə hüquqularının olmamasının müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı iddia ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin hər birinin və cavabdehlər Sarıyevlər ailəsinin yetkinlik yaşına çatmamış ailə üzvləri xx.xx.2008-ci il təvəllüdlü X3, 05.04. 2013-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X1, ünvan 1 mənzil 34 ünvanında istifadə hüquqularının olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 mənzil 34 ünvanında yerləşən mənzil onun xüsusi mülkiyyətindədir. Mülkiyyət hüququ dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il tarixli ********** nömrəli qeydiyyat nömrəsi ilə tanınmışdır. ünvan 1 mənzil 34 ünvanında yerləşən daşınmaz əmlakın mülkiyyətçisi olaraq onun hüquqları pozulmuşdur. Belə ki, cavabdehlər, o cümlədən cavabdehlər olaraq Sarıyevlər ailəsinin üç nəfər yetkinlik yaşına çatmamış üzvləri səhvən ona məxsus mənzilə qeydiyyata alınmışlar. Digər Cavabdeh5 isə ünvan 2 mənzil 34 ünvanda qeydiyyatda olmalı halda, səhvən ev 2b –yə deyil, ev 2-yə qeydiyyata salınmışdır. Dəfələrlə qeydiyyatdan çıxmaları barədə cavabdehlərə müraciət etsə də, cavabdehlər buna laqeydlik göstərmişlər. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 çatdırılması üçün Yevlax şəhər 4 saylı Mənzil İstismar Sahəsinin məhkəməyə ünvanladığı məktubunda cavabdehlərin qeyd olunan ünvanda yaşamadığı və hansı ünvanda yaşaması barədə məlumatlarının olmaması bildirilmişdir. Cavabdehlərin faktiki olduğu yer məlum olmadığından Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb və iddiaçının izahatını dinləyib hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsindən və 4 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, İddiaçı xx.xx.1985-ci ildə Yevlax rayonu Yuxarı Salamabad kəndində doğulmuş, ünvan 1 mənzil 34 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** №li, xx.xx.2017-ci il tarixli çıxarışından görünür ki, Yevlax şəhəri Q.Quliyev küçəsində yerləşən 2 saylı evin 34 saylı mənzilinə İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Yevlax rayon Polis Şöbəsinin xx.xx.2018-ci il tarixli, 195-8621M-3218 saylı məktubundan görünür ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən mümkündür. İş materiallarına əlavə edilmiş Yevlax rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, 195-4217-1220 saylı məktubundan görünür ki, Cavabdeh1 xx.xx.2006-ci ildən, Cavabdeh2 xx.xx.2006-ci ildən, Cavabdeh3 xx.xx.2014-cü ildən və Cavabdeh5 xx.xx.2004-cü ildən ünvan 1 mənzil 34 ünvanında pasport qeydiyyatındadır və onların şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin arxiv-saxlama müddəti bitdiyi üçün məhv edilmişdir. İş materiallarına əlavə edilmiş 4 saylı Evlər Komitəsinin arayışından görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 ünvan 1 mənzil 34 ünvanında qeydiyyatda olsa da, həmin ünvanda yaşamır və ünvanları məlum deyil. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin məzmununa görə yaşayış yerini dəyişmiş, başqa ölkədə yaşayış yeri seçmiş, istifadə hüququna xitam verilmişşəxs qeydiyyatdan çıxarılmalıdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, ünvan 1 mənzil 34 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehlər həmin mənzilə daimi qeydiyyata alınsa da, mənzilin mülkiyyətçisi ilə onun arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsinin şərti kimi notariat qaydasında təsdiqlənməli olan yazılı razılaşma bağlanmamışdır.Cavabdehlər hazırda faktiki olaraq həmin ünvanda yaşamır, cavabdehlər daimi yaşadığı yer üzrə qeydiyyata düşməmiş və hal-hazıradək iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalmışdır. Məhkəmə qeyd edir ki, yaşayış yeri üzrə qeydiyyat yaşayış sahəsinin tərkib hissəsinə hər hansı hüquq, o cümlədən istifadə hüququ əmələ gətirmir. Mənzildən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.2-ci maddəsinin göstərişinə uyğun olaraq mülkiyyətçi ilə notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmalıdır. Lakin hazırki mülki iş üzrə iddiaçı ilə cavabdehlər arasında belə razılaşma bağlanmamışdır, ona görə də cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilindən istifadə hüququ əmələ gəlməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzildən cavabdehlərin istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalması sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırır. Ona görə də cavabdehin mənzildən istifadə hüququnun olmadığının müəyyən edilməsi "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin məqsədi baxımından iddiaçının tələbi əsasında cavabdehlərin və onların yetkinlik yaşına çatmayan ailə üzvlərinin səlahiyyətli dövlət orqanları tərəfindən iddiaçının mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Göstərilənləri əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Yevlax şəhəri Q.Quliyev küçəsi, 2 saylı evin 34 saylı mənzilində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3(və onların yetkinlik yaşına çatmayan ailə üzvləri xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1) və Cavabdeh5 istifadə hüququnun olmaması müəyyən edilsin. Qətnamə, qanuni qüvvəyə mindikdən sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3(və onların yetkinlik yaşına çatmayan ailə üzvləri xx.xx.2008-ci il təvəllüdlü X3, 05.04. 2013-cü il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1) və Cavabdeh5ünvan 1 mənzil 34 ünvanından qeydiyyatdan çıxarılması üçün əsas hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-378/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-378/2020
18.05.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver