Məhkəmə qərarları › İş №2(039)-382/2024

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-382/2024

03.04.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-382/2024 03.04.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «kompensasiya ödəməklə və istifadə hüququnun itirilməsi və evdən çıxarılma» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı « kompensasiya ödəməklə və istifadə hüququnun itirilməsi və evdən çıxarılma » tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılmasını tələb etmədiklərini bildirdilər. İddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizəsinin dəlillərini, cavabdehin isə işə mahiyyəti üzrə baxılmasını tələb etməməsini nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «kompensasiya ödəməklə və istifadə hüququnun itirilməsi və evdən çıxarılma» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar