Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-393/2020 13.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızı, Ərizəçi maraqlı şəxs Yevlax rayon Notariat Kontoruna qarşı “mirasın faktik qəbulu” tələbinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Yevlax rayon Notariat Kontoruna qarşı “mirasın faktik qəbulu” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, ərizədən görünür ki, ərizəçi Alıyev X1 şəhəri 20 yanvar küçəsi ev 166, mənzil ev 48 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 309.2-ci maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən isə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151-152-ci və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Ərizəçi maraqlı şəxs Yevlax rayon Notariat Kontoruna qarşı “mirasın faktiki qəbulu” tələbinə ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-393/2020
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-393/2020
13.01.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver