Məhkəmə qərarları › İş №2(039)-408/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-408/2022

18.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-408/2022 18.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X2 Cavabdeh1 iştirakı ilə İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 "xxxx" KB ASC-nin xeyrinə 12 oktyabr 2015-ci il tarixli 33B8/15 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 15 iyul 2021-ci il tarixli 33B8/15-2 saylı əlavə kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə 6108.73 manat, faiz borcu üzrə 123.65 manat, cərimə borcuna görə 4.22 manat, cəmi 6236.60 manat borcun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 83.40 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 manat məbləğində pulun tutulması; tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 170 nömrəli evin 44 nömrəli mənzilinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 12 oktyabr 2015-ci il tarixli 33B8/15 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 15 iyul 2021-ci il tarixli 33B8/15-2 saylı əlavə kredit müqaviləsi üzrə 6236.60 manat borcunun, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 83.40 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi; ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 170 nömrəli evin 44 nömrəli mənzilinin ilkin satış qiymətinin 80000 manat məbləğində müəyyən edilməsi; ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 170 nömrəli evin 44 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 çıxarılmaqla, mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə ünvanlayaraq, Cavabdeh1 "xxxx" KB ASC-nin xeyrinə 12 oktyabr 2015-ci il tarixli 33B8/15 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 15 iyul 2021-ci il tarixli 33B8/15-2 saylı əlavə kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə cəmi 5100.52 manat borcun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 83.40 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 manat məbləğində pulun tutulması; tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 170 nömrəli evin 44 nömrəli mənzilinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 12 oktyabr 2015-ci il tarixli 33B8/15 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 15 iyul 2021-ci il tarixli 33B8/15-2 saylı əlavə kredit müqaviləsi üzrə 5100.52 manat borcunun, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 83.40 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi; ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 170 nömrəli evin 44 nömrəli mənzilinin ilkin satış qiymətinin 80000 manat məbləğində müəyyən edilməsi; ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 170 nömrəli evin 44 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 çıxarılmaqla, mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək izah etdi ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 12 oktyabr 2015-ci il tarixli 33B8/15 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 15 iyul 2021-ci il tarixli, 33B8/15-2 saylı əlavə kredit müqaviləsinə əsasən borcalana 36 ay müddətinə, illik 18 faiz ödənilmək şərtilə, 6280 manat məbləğində kredit vəsaiti verilmişdir. Kreditin təminatı qismində, ipoteka saxlayan "xxxx" KB ASC ilə bağlanmış 12 oktyabr 2015-ci il tarixli 33Bİ8/15 nömrəli ipoteka müqaviləsinə və Bakı şəhəri 29 saylı notariat ofiində bağlanmış 3M reyestr nömrəli, 21 may 2021-c il tarixli ipoteka müqaviləsinə əlavə sazişə əsasən Cavabdeh2 mülkiyyətində olan, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 170 nömrəli evin 44 nömrəli mənzili "xxxx" KB ASC-yə ipotekaya qoyulmuşdur. 12 oktyabr 2015-ci il tarixli 33Bİ8/15 nömrəli ipoteka müqaviləsi (29 saylı notariat ofisində bağlanmış 3M-635 reyestr nömrəli, 21 may 2021-ci il tarixli ipoteka müqaviləsinə əlavə saziş) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsində **********43-05101-093002 reyestr nömrəsi və ********** qeydiyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Kredit müqaviləsinə əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq "xxxx" KBna ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu Cavabdeh1 hazırda 5100.52 manat əsas borcu qalmışdır. Cavabdeh1 iddia tələbini qəbul etməyərək izah etdi ki, kredit götürmüşdür. Kreditin təminatı kimi Bakı şəhərində yerləşən mənzili ipoteka qoymuşlar. Hazırda ödənişlər edir. Lakin gecikmələri var. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DİN-nin BPQMİ-nin MAPS şöbəsinin 02 dekabr 2021-ci il tarixli arayışından məlum olur ki, Cavabdeh1 xx xxxxxxxx 1967-ci il tarixdə Yevlax rayonu, Malbinəsi kəndində anadan olmuş, Yevlax şəhəri, H.Aslanov küçəsi mənzil 115-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DİN-nin BPQMİ-nin MAPS şöbəsinin 02 dekabr 2021-ci il tarixli arayışından məlum olur ki, Cavabdeh4 xx xxxx 1993-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Bakı şəhəri, Binəqədi rayonu, 8 MKR, Azadlıq prospekti ev 14/170 mənzil 44-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DİN-nin BPQMİ-nin MAPS şöbəsinin 02 dekabr 2021-ci il tarixli arayışından məlum olur ki, Cavabdeh2 xx xxxx 1974-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Bakı şəhəri, Binəqədi rayonu, 8 MKR, Azadlıq prospekti ev 14/170 mənzil 44-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DİN-nin BPQMİ-nin MAPS şöbəsinin 02 dekabr 2021-ci il tarixli arayışından məlum olur ki, Cavabdeh3 xx xxxxxx 1995-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, H.Aslanov küçəsi mənzil 115-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qəbzdən məlum olur ki, "xxxx" KB ASC 83.40 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 12 oktyabr 2015-ci il tarixli, 33B8/15 saylı əsas kredit müqaviləsinin surətindən məlum olur ki, Cavabdeh1 180 ay müddətinə ******* manat məbləğində əlavə kredit müqaviləsi bağlanmaqla kredit verilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 20 may 2021-ci il tarixli, sazişdən məlum olur ki, Cavabdeh1 10000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 15 iyul 2021-ci il tarixli, 33B8/15-2 saylı kredit müqaviləsindən məlum olur ki, Cavabdeh1 36 ay müddətinə 6280 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 21 may 2021-ci il tarixli, xx.xx.2015-ci il tarixli 33Bİ8/15 saylı ipoteka müqaviləsinə bağlanmış sazişdən məlum olur ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 170 nömrəli evin 44 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən 04 iyun 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən məlum olur ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 170 nömrəli evin 44 nömrəli mənzil "xxxx" KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişir. İş materialları ilə müəyyən edilir ki, Yevlax Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli 2(039)-408/2022 saylı qərardadı ilə iş üzrə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 170 nömrəli evin 44 nömrəli mənzilin hazırki bazar və likvid qiyməti müəyyən edilməsi qərara alınmış və qərardadın icrası «X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi» MMC-yə həvalə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən «X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi» MMC-nin 16 iyun 2022-ci il tarixli M/23 saylı rəyindən məlum olur ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 170 nömrəli evin 44 nömrəli mənzilin real bazar dəyəri 95000 (doqdan beş min) manat, likvid dəyəri 88000 (səksən səkkiz min) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 298.1-ci maddəsinə əsasən, girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 298.2-ci maddəsinə əsasən, əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə uyğun olaraq, Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının «İpoteka haqqında» Qanununun 26.1.3-cü maddəsinin tələbinə əsasən ipoteka qoyan öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, ipoteka saxlayan məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Bu Qanunun 41.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının «İpoteka haqqında» Qanununun 59.3-cü maddəsinin tələbinə əsasən İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsində qeyd edilir ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadının 20-ci bəndinə əsasən Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının hakimlərindən ibarət məhkəmə tərkibi mübahisəli məsələ ilə bağlı təqdimat vermiş məhkəmə tərkibi ilə razılaşaraq hesab edir ki, “İpoteka haqqında” Qanunun tələbi baxımından ipoteka predmetlərinin ilkin satış qiyməti məhz likvid qiymətlə müəyyən edilməlidir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh1 12 oktyabr 2015-ci il tarixli 33B8/15 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 15 iyul 2021-ci il tarixli, 33B8/15-2 saylı əlavə kredit müqaviləsi üzrə 5100.52 manat əsas borc, 71 manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 manat məbləğində pul tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməli; Tutma Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 170 nömrəli evin 44 nömrəli mənzilə yönləndirilməli; ipoteka predmeti açıq hərracda satılmalı və satışdan əldə edilən vəsait hesabına tələb edilən borc ödənilməli; Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 170 nömrəli evin 44 nömrəli mənzilə tutma yönəldildikdə və əmlak satıldıqdan sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildən çıxarılması və həmin evin boşaldılması tələbi evə tutma yönəldikdikdən və o satıldıqdan sonra mümkün olduğundan təmin edilməməli; ipoteka predmetinin ilkin satış (likvid) qiyməti 88000 (səksən səkkiz min) manat məbləğində müəyyən edilməlidir. Cavabdeh1 300 manat ekspertiza xərci tutularaq «X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi» MMC-yə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 12 oktyabr 2015-ci il tarixli 33B8/15 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 15 iyul 2021-ci il tarixli, 33B8/15-2 saylı əlavə kredit müqaviləsi üzrə 5100.52 manat əsas borc, 71 manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 manat məbləğində pul tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Tutma Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 170 nömrəli evin 44 nömrəli mənzilə yönləndilsin. İpoteka predmeti açıq hərracda satılsın və satışdan əldə edilən vəsait hesabına tələb edilən borc ödənilsin. İpoteka predmetinin ilkin satış (likvid) qiyməti 88000 (səksən səkkiz min) manat məbləğində müəyyən edilsin İddia qalan hissədə rədd edilsin. Cavabdeh1 300 manat ekspertiza xərci tutularaq «X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi» MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar