Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-41/2024 19.02.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs olaraq Mingəçevir Regional “ASAN” Xidmət Mərkəzində Notariat ofisini qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmiş, sonradan məhkəmə hazırlıq iclası zamanı iddia həcminin artırılması tələbinə dair ərizə təqdim edərək, X10 qanun üzrə vərəsəlik zamanı ona ölmüş valideynindən çatası paydan bərabər miras almalı olduğundan DƏDRX-nin **********63 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışına əsasən Ərizəçi X14 ilə ümumi mülkiyyətində olan 1.2345 ha torpaq sahəsindən atası X11 aid mirası qalmış həmin torpaq sahəsinin ½ hissəsini faktiki idarə etdiyi üçün mirasın qəbul edilməsi faktı və bunun əsasında Ərizəçi mirasın bütövlükdə qəbul edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni belə əsaslandırmışdır ki, Ərizəçi DƏDRX-nin **********63 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən X14 ilə ümumi mülkiyyətdə 1.2345 ha torpaq sahəsi mövcudur. X14 ərizəçinin babasıdır. X14 xx.xx.2001ci il tarixdə vəfat etmiş və həmin tarixdən ona aid hissədə torpaq sahəsini Ərizəçi faktiki qəbul etmiş və idarə etməyə başlamışdır. X14 vəfat etdikdən sonra onun birinci növbə vərəsələri mirasın qəbul edilməsi ilə bağlı notariat orqanına müraciət etməmiş və münasibətlərini bildirməmişlər. Ərizəçi, X8 oğlu X5 qızı olmaqla mirasqoyanın nəvəsidir. Onların qanun üzrə vərəsəlik zamanı ölmüş valideyninə çatası paydan bərabər miras almaq hüquqları var. Ərizəçi atası X10 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Belə olan halda Ərizəçi birinci növbə vərəsələri sırasına daxildir və mirası qəbul etmək iqtidarındadır. Ərizəçi atası Hidayət Abdullayev vəfat etdikdən sonra da miras kütləsini faktik qəbul etmiş, hazırda da sahiblik həyata keçirərək həmin əmlakı idarə edir. Ərizəçinin nümayəndəsi Vəkil məhkəmə baxışı zamanı ərizənin məzmununa uyğun izahat verərək tələblərinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs, Mingəçevir Regional “ASAN” Xidmət Mərkəzində Notariat ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, notariat kontorunun nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Notariat kontorunun xüsusi notariusu Ramin Muradov tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 891 saylı məktubda qeyd edilir ki, ərizəçinin xx.xx.2001-ci il tarixdə vəfat etmiş X7 qalmış miras əmlaka mirasın qəbulu faktı vaxtında rəsmiləşdirilməməsinə baxmayaraq, adına vərəsəlik haqqında şəhadətnamə verməyi xahiş etməyi barədə ərizəsinə baxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mirasın qəbul edilməsini təsdiq edən hər hansı fakt təqdim edilməmişdir. Mirasın qəbul müddətinin uzadılması üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** №-li xx.xx.2021-ci il tarixli çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən 1.2345 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X8 və Ərizəçi adına mülkiyyət növü xüsusi olmaqla ümumi birgə mülkiyyət kimi qeydə alınmışdır. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1976-cü il tarixdə verilmiş İV-ЖГ 401510 №-li doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1975-ci il təvəllüdlü Ərizəçi atası X10 anası X4r. Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-cü il tarixdə verilmiş 1429 №-li arayışdan görünür ki, X14 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-cü il tarixdə verilmiş 1429/1 №li, arayışdan görünür ki, X10 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Yevlax rayon Qeydiyyat Şöbəsinin 05/09/S/007461-24 №-li, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2001-cu ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti yoxlama aparılmış və müəyyən edilmişdir ki, Yevlax rayonu, Tanrıqulular kəndində doğulmuş X14 və ailə üzvləri barədə məlumatlar belə qeyd olunmuşdur; həyat yoldaşı X15 (vəfat etmiş), oğlu xx.xx.1933-cü il təvəllüdlü X10, qızı xx.xx.1950-ci il təvəllüdlü X17 və qızı xx.xx.1960-cı il təvəllüdlü X9r. X17 tərəfindən xx.xx.2024-cü il tarixdə notariat ofisində vermiş ərizədən görünür ki, atası X14 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. Onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət buraxılmışdır. Onun ölümündən sonra mirası, nədən ifadə edilməməsindən və harda olmasından asılı olmayaraq qəbul etməmiş və etmir, öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyildir. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakının bölüşdürülməsi üçün məhkəməyə müraciət etməyəcəkdir. Mirasa dair iddia əmlak tələbi olmayacaqdır. X12 tərəfindən xx.xx.2024-cü il tarixdə notariat ofisində vermiş olduğu ərizəsində görünür ki, atası X14 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. Onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət buraxılmışdır. Onun ölümündən sonra mirası, nədən ifadə edilməməsindən və harda olmasından asılı olmayaraq qəbul etməmiş və etmir, öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyildir. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakının bölüşdürülməsi üçün məhkəməyə müraciət etməyəcəkdir. Mirasa dair iddia əmlak tələbi olmayacaqdır. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı:
10. Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. 10.1.Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. Məhkəmənin hüquqi mövqeyi: Mövcud sübutlarla təsdiq olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** №-li xx.xx.2021-ci il tarixli çıxarışa əsasən Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən 1.2345 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət növü xüsusi olmaqla X8 və Ərizəçi adına ümumi birgə mülkiyyət kimi qeydə alınmışdır. Ərizəçinin atası X19 Məmmədovun varisi olmuş və sonuncu, xx.xx.2001-ci il tarixdə öldükdən sonra ondan miras qalmış əmlakı birinci növbə vərəsə kimi faktiki olaraq qəbul etmişdir. Hidayət Abdullayev xx.xx.2010-cu il tarixdə öldükdən sonra isə qızı Ərizəçi birinci növbə vərəsə kimi həmin torpaq sahəsindən istifadə etməklə həmin miras əmlakı qəbul etmişdir. X3 digər övladları Nağıyeva Dürrü və Quluyeva Zərnigar müvafiq notariat ofisinə 16.02.204-cü il tarixli ərizələr ünvanlayaraq mərhum atalarından qalmış mirası, nədən ifadə edilməməsindən və harda olmasından asılı olmayaraq qəbul etmədiklərini, öz vərəsəlik hüquqlarını rəsmiləşdirmək niyyətində olmadıqlarını, mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakının bölüşdürülməsi üçün məhkəməyə müraciət etməyəcəklərini və mirasa dair iddia əmlak tələbi olmayacaqlarını bildirmişlər. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları nəzərdən keçirərək belə qənaətə gəlir ki, sübutları təkzib edən, onların mötəbərliyini sübut növü kimi şübhə altına alan hallar müəyyən edilmədiyindən həmin ifadələr mötəbər sübut kimi qəbul edilməlidir. Ərizədə qeyd edilən faktın təsdiq edilməsi ərizəçiyə vərəsəlik haqqında şəhadətnamənin alınması üçün gərəkdir, miras əmlakın qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət də keçdiyindən və bu müddətin uzadılması imkanı da itirildiyindən ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməz və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutara, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. X2 miras qalmış ümumi birgə mülkiyyətdə olan Yevlax rayonu Qaraməmmədli kəndində yerləşən 1.2345 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ilk olaraq oğlu, mərhum X10 tərəfindən qəbul edilməsi faktı təsdiq edilsin. X1 miras qalmış ümumi birgə mülkiyyətdə olan Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən 1.2345 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qızı, Ərizəçi oğlu tərəfindən qəbul edilməsi faktı təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Kamil Əliyev