Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-410/2020 19.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Yevlax rayon 1 saylı Notariat kontoruna qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» haqqında ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı orqan Yevlax rayon 1 saylı Notariat kontoruna qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1989-cu il tarixdə vəfat etmiş X3 anasının xx xxxxx 2009-cu il tarixdə vəfat etmiş X18 olmasına, yəni xx xxxxx 2009-cu il tarixdə vəfat etmiş X10 onun nənəsi olmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah etdi ki, mərhum nənəsi X18 xx xxxxx 2009-cu il tarixdə vəfat etmişdir. Mərhum X2 XX.XX 1940-cı ildə anadan olmuş, xx xxxxxx 1989-cu il tarixdə vəfat etmişdir. Onlardan qalmış mirası qəbul etmək məqsədi ilə Yevlax rayon Notariat kontoruna müraciət etmişdir. Lakin anasının doğum şəhadətnaməsi olmadığından, yəni məhrumların ana-bala olmaları faktını təsdiq edən sənəd təqdim etmədiyindən ona imtina etmişlər. Hazırda onun mərhum X2nın anasının mərhum X18 olması faktının başqa qaydada təsdiq edilməsi mümkün deyil. Ərizəçi məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Yevlax rayon 1 saylı Notariat kontoruna məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxs Yevlax rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadə verərək göstərdi ki, ərizəçi onun qardaşıdır. X2 və nənəsi X18 olmuşdur. Hazırda hər ikisi vəfat etmişlər. Anasının doğum haqqında şəhadətnaməsi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək göstərdi ki, ərizəçi onun qardaşı oğludur. Ərizəçinin X2 xx xxxxxx 1989-cu il tarixdə və nənəsi X18 xx xxxxx 2009-cu il tarixdə vəfat etmişlər. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Tərtər rayon Dövlət Arxivinin xx xxxxxx 2019-cu il tarixli 183 saylı arxiv arayışından məlum olur ki, X3 doğum aktı aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, xx xxxxx 2009-cu il tarixli AZ-l 354091 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X18 xx xxxxx 2009-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Tərtər rayon Qeydiyyat şöbəsinin xx xxxxxx 2019-cu il tarixli 1247 saylı arayışından məlum olur ki, X3 doğum aktı aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, xx xxxx 1962-ci il tarixli AZ 122071 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, Ərizəçi xx xxx 1961-ci il tarixdə anadan olmuş, atası X12, anası X5r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax RPŞ-si tərəfindən verilmiş xx xxxx 2011-ci il tarixli AZE seriyalı 0******* saylı şəxsiyyt vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi xx xxx 1961-ci il tarixdə anadan olmuş, Yevlax şəhəri, Ş.Qurbanov küçəsi m. 82-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş, 05/0/97 saylı arayışdan məlum olur ki, Azərbaycan Respublikasının vətəndaşı xx xxxxxx 1917-ci ildə Kəlbəcər rayon Alxaslı kəndində anadan olmuş və Yevlax şəhəri, Ş.Qurbanov m. 82-də qeydiyyatda olmuş mərhum X18 və ailə üzvlərinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2020-ci ilədək aparılmış və aşağdakı məlumatlar aşkar edilmişdir: həyat yoldaşı X19; qızı X6. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 305.1 və 305.1.1-ci maddələrinin tələbinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.1 və 307.2.11-ci maddələrinin tələbinə görə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə həmin şəxsə məxsus olması fatkını müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Məhkəmə iclasında təkzib edilməz sübutlarla müəyyən edilir ki, ərizəçinin mərhum nənəsi X18 xx xxxxx 2009-cu il tarixdə, mərhum X2 xx xxxxxx 1989-cu il tarixdə vəfat etmişlər. Onlardan qalmış mirası qəbul etmək məqsədi ilə ərizəçi Yevlax rayon Notariat kontoruna müraciət etmişdir. Lakin anasının doğum şəhadətnaməsi olmadığından yəni mərhumların ana-bala olmaları faktını təsdiq edən sənəd təqdim etmədiyimdən ona imtina etmişlər. X1 doğum aktı qeydi Yevlax rayon Qeydiyyat şöbəsində də aşkar edilməmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, xx xxxxxx 1989-cu il tarixdə vəfat etmiş X3 anasının xx xxxxx 2009-cu il tarixdə vəfat etmiş X18 olmasına, yəni xx xxxxx 2009-cu il tarixdə vəfat etmiş X10 Ərizəçi nənəsi olmasına dair faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 312-316 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxx 1989-cu il tarixdə vəfat etmiş X3 anasının xx xxxxx 2009-cu il tarixdə vəfat etmiş X18 olmasına, yəni xx xxxxx 2009-cu il tarixdə vəfat etmiş X10 Ərizəçi nənəsi olmasına dair faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Yevlax Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-410/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-410/2020
19.02.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver