Məhkəmə qərarları › İş №2(039)-424/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-424/2020

05.02.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-424/2020 05.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdeh Yevlax rayon Aşağı Qarxun kənd körpələr evi-uşaq bağçasının nümayəndəsi X5 Maraqlı şəxs Yevlax rayon İcra Hakimiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Yevlax rayon Aşağı Qarxun kənd körpələr evi-uşaq bağçasına və maraqlı şəxs Yevlax rayon İcra Hakimiyyətinə qarşı «əmrin ləğv edilməsi və işə bərpa» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Yevlax rayon Aşağı Qarxun kənd körpələr evi-uşaq bağçasına və maraqlı şəxs Yevlax rayon İcra Hakimiyyətinə qarşı «əmrin ləğv edilməsi və işə bərpa» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax rayon Aşağı Qarxun kənd körpələr evinin müdiri Xəyalə Camalovanın onun işdən çıxarılmağına dair çıxardığı xx xxxx 2018-ci il tarixli 14 nömrəli əmrin ləğv edilməsi və onun həmin körpələr evinə (uşaq bağçasına) xadimə kimi bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, xx xxxx 1988-ci il təvəllüdlüdür. Orta təhsillidir, ailəlidir və iki azyaşlı övladı vardır. X13 xx xxx 2008-ci il təvəllüdlü xroniki qlamerulonefrit, nefrotik forma xəstəliyi, XBÇ-1-ci dərəcəli sağlamlıq imkanları məhduddur. X14 xx xxxxxx 2014-cü il təvəllüdlüdür. O xx xxxxxx 2013-cü il tarixdən Yevlax rayon Aşağı Qarxun kənd körpələr evində (uşaq baxçasında) xadimə kimi işə qəbul olmuşdur. İşlədiyi müddətdə işini çox sevmiş və rəhbərlik tərəfindən üzərinə düşən vəzifə tapşırıqlarını layiqincə yerinə yetirmişdir. Fəaliyyətini həyata keçirdiyi dövrdə yüksək peşəkarlıq göstərmiş, heç bir nöqsanlara yol verməmiş, eyni zamanda müəllim və körpə uşaqların kollektivinin rəğbətini qazanmışdır. Bütün bunlara baxmayaraq Yevlax rayon Aşağı Qarxun kənd körpələr evinin müdiri Xəyalə Camalovanın xx xxxx 2018-ci il tarixli, 14 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinin səbəbi olaraq guya onun heç bir üzürlü səbəb olmadan işə gəlməməsi olmuşdur. O, həmin əmri qeyri-qanuni və əsassız hesab edir. Belə ki, onun oğlu Eldar Vəliyev uzun müddətdir ki, xroniki qlamerulonefrit, nefrotik forma xəstəliyi, XBÇ-1-2-ci dərəcəli sağlamlıq imkanı məhdud olduğuna görə o, qanunvericiliklə nəzərdə tutulmuş hallarda məzuniyyətdə olduğu dövrlərdə uşağının xəstəliyinə görə götürdüyü məzuniyyətin vaxtı bitməsinə baxmayarq onun işə çıxmamasının səbəbi uşağının ağır xəstə olması olmuşdur. Bununla bağlı bağça müdriyyətinə lazımi arayışlar və sənədlər təqdim etmişdir. İşə həqiqətən də çıxmamışdır. Lakin işə çıxmamasına olan səbəb övladının xəstə olmasıdır. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Yevlax rayon Aşağı Qarxun kənd körpələr evi-uşaq bağçasının nümayəndəsi X11 məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, İddiaçı xx xxxxxx 2013-cü il tarixdə Yevlax rayon Aşağı Qarxun kənd körpələr evi-uşaq bağçasına işə qəbul edilmişdir. xx xxxxxxx 2013-cü il tarixdən xx xxxxxx 2014-cü il tarixədək analıq məzuniyyətində olmuşdur. xx xxxx 2014-cü il tarixdən xx xxxxxx 2017-ci il tarixədək uşağının üç yaşı tamam olanadək qismən ödənişli məzuniyyətdə olmuşdur. xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək isə öz hesabına məzuniyyətdə olmuşdur. Lakin xx xxxxxx 2018-ci il tarixdən sonra hər hansı bir üzürlü səbəb göstərmədən işə gəlməmişdir. O özü hazırkı vəzifəsinə xx xxx 2018-ci il tarixdə təyin edilmişdir. Həmin müddətdən əmri çıxardığı müddət ərzində iddiaçıya dəfələrlə telefon vasitəsi ilə zəng edərək işə gəlməsini bildirsə də, iddiaçı işə gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də xx xxxx 2018-ci il tarixdə iddiaçının işdən azad olunmasına dair əmr qəbul etmişdir. Cavabdeh Yevlax rayon Aşağı Qarxun kənd körpələr evi-uşaq bağçasının nümayəndəsi X11 məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Yevlax rayon İcra Hakimiyyətinin nümayəndəsi X6 məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək izah etdi ki, iddiaçı Vəliyeva (Mikayılova) Zülfiyyə Ədalət qızının, “Əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair” iddia ərizəsində Maraqlı şəxs kimi göstərməsi qanunsuz və əsassızdır. Yerli İcra hakimiyyətləri haqqında Əsasnamənin 3-cü bölmə 3.12.4-cü bəndinə əsasən İcra Hakimiyyətinin Başçıları “Tabeliyində olan məktəbəqədər təhsil müəssisələri”nin (körpələr evi, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları) və uşaq evlərinin rəhbərlərini vəzifəyə təyin edir və vəzifədən azad edir. Əsasnamənin bu müddəalarından göründüyü kimi şəhər və rayon İcra Hakimiyyətlərinin Başçıları ancaq yuxarıda adlarını qeyd etdikləri müəssisələrin rəhbərlərini vəzifəyə təyin etmə və vəzifədən azad etmə səlahiyyətinə malikdir. Körpələr evi-uşaq bağçasında işləyən xadimələrin və tərbiyəçilərin işə götürülməsi və işdən azad edilməsi həmin müəssisənin müdirlərinin vəzifə səlahiyyətlərinə aiddir. Maraqlı şəxs, Aşağı Qarxun kənd körpələr evi-uşaq bağçasında xadimə işləmiş Vəliyeva (Mikayılova) Zülfiyyə Ədalət qızının işdən azad edilməsində heç bir marağı olmamışdır. Buna görə də Maraqlı şəxs kimi işə cəlb oluna bilməz. İddiaçı Vəliyeva (Mikayılova) Zülfiyyə Ədalət qızı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 130-cu maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. O, qismən ödənişli məzuniyyət hüququndan tam istifadə etdikdən və xahişi ilə ödənişsiz məzuniyyətə çıxdıqdan sonra ödənişsiz məzuniyyətin müddəti xx xxxxxx 2018-ci ildə başa çatmasına baxmayaraq 5 ay 18 gün işə çıxmamış, işə çıxmamasının səbəbi barədə müdiriyyətə heç bir sənəd təqdim etməmişdir. Buna görə də müdiriyyət, işçilərin iştirakı ilə 2-ci dəfə akt tərtib etmiş o, xx xxxx 2018-ci il tarixdə işdən azad edilmişdir. Müdiriyyət İddiaçı işdən çıxaran zaman heç bir qanun pozğunluğuna yol verməmişdir. Çünki iddiaçının hər iki uşağı 4 yaşından yuxarıdır, iddiaçının ikinci uşağı X8 4 yaşı 2018-ci ilin 15 yanvar tarixində tamam olmuşdur. İddiaçı iddia ərizəsində göstərir ki, işinə bərpa olunması və əmrin ləğv edilməsi barədə Yevlax rayon İcra Hakimiyyətinə müraciət etməyinə baxmayaraq onun tələbi təmin olunmamışdır. Məlumat üçün bildiririk ki, əmək kitabçası 2018-ci ilin iyul ayında, iddiaçının qayınanasına əmrin surəti isə 2018-ci ilin dekabr ayında İddiaçı qayınatasına verilmişdir. Əmək kitabçasını aldıqdan 1 il yarım əmrin surətini aldıqdan 1 il sonra İddiaçı (Mikayılova) əvvəlki işinə bərpa olunması və başqa işlə təmin olunmasına köməklik göstərilməsi barədə Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Eyni zamanda iddiaçının qaynanası Tofiqə xanım Şəhər İcra Hakimiyyəti Başçısının qəbulunda olmuş, gəlninin işə qaytarılmasını və əmrin ləğv edilməsini xahiş etmişdir. xx xxxxxx 2019-cu il tarixli 1020 №-li məktubla ona cavab verilmiş, izah edilmişdir ki, o, əmək intizamını kobud şəkildə pozmuşdur, heç bir üzürlü səbəb olmadan 5 ay 18 gün işə çıxmamışdır. Dəfələrlə bağçanın müdiri onun yaşadığı ünvanda olmuş, telefon əlaqəsi saxlamış ancaq, o, evdə olmamış, həyat yoldaşı Tərtər rayonunda işlədiyi üçün müvəqqəti orada yaşadıqlarını bildirmişdir. İddiaçı səhlənkarlıq etdiyinə, əmək funksiyasını, vəzifə borcunu və öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndində nəzərdə tutulan əsaslar olduğu üçün onunla bağlanmış əmək müqaviləsi ləğv olunmuş, o, işdən azad edilmişdir. X12 (Mikayılova) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin tələbləri də pozulmuşdur. O, iddia müddətini ötürmüşdür. Əmək kitabçası 2018-ci ilin iyul ayında qayınanası və əmrin surəti 2018-ci ilin dekabr ayında qayınatası vasitəsilə ona çatdırılmasına baxmayaraq (telefon vasitəsilə Zülfıyyə Vəliyeva ilə əlaqə saxlanılmış, o, bildirmişdir ki, hazırda Yevlax şəhərində deyil, əmrin surətini onlara məxsus mağazaya qayınatasına versin) bir il yarımdan sonra əmrin ləğv edilməsi və işə bərpa olunması ilə bağlı məhkəməyə iddia vermişdir. Həmin məcəllənin 296-ci maddəsinin 2-ci hissəsinə əsasən o, 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilərdi. Buna görə də iddiaçının tələbini qanunsuz və əsassız hesab edirik. İddia təmin oluna bilməz, rədd edilməlidir. Maraqlı şəxs Yevlax rayon İcra Hakimiyyətinin nümayəndəsi X6 məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2018-ci il tarixli 14 saylı əmrdən çıxarışdan məlum olur ki, X1 Qarxun kənd körpələr evi-uşaq bağçası xadiməsi uşağa qulluğa görə qismən analıq məzuniyyəti xx xxxxxx 2018-ci il tarixdə başa çatdığı halda üzürlü səbəb olmadan hal hazır ki, günə kimi işə çıxmadığı üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Yevlax rayon İcra Hakimiyyəti Başçısının Aparatının xx xxxxxx 2019-cu il tarixli 1020 saylı məktubundan məlum olur ki, X2 işlə təmin olunmaq üçün Rayon Məşğulluq Mərkəzinə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhəri 41 saylı evlər komitəsi tərəfindən verilmiş arayışdan məlum olur ki, İddiaçı Yevlax şəhəri, F.İsayev küçəsi 57-də yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən xx xxxxxx 2013-cü il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsi surətindən məlum olur ki, İddiaçı xx xxxx 1988-ci il tarixdə Tər-Tər şəhərində anadan olmuş, Yevlax şəhəri, H.Əliyev prospekti DÖN 1, ev 1, mənzil 1-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilənYevlax rayon Aşağı Qarxun kənd körpələr evi-uşaq bağçasının xx xxxx 2018-ci il tarixli aktının surətindən məlum olur ki, körpələr evi-uşaq bağçasında xadimə vəzifəsində işləyənX4nın məzuniyyət vaxtı 30 oktyabr 19 nömrəli əmrlə xx xxxxxx 2018-ci il tarixdə başa çatdığı halda o, işə gəlməmişdir. Bu barədə akt tərtib olunmuş, ona şifahi xəbərdarlıq edilmişdir. Telefon vasitəsilə onunla əlaqə saxlanılmasına baxmayaraq, o yenə də işə çıxmamış bu hərəkətini 2018-ci ilin iyun ayının 29-dək davam etdirmişdir. 5 ay 18 gün əmək intizamını pozaraq işə gəlməmiş yenə də əmək funksiyasını yerinə yetirməmişdir. Bu barədə onunla yenidən telefon əlaqəsi saxlanılmış, ancaq o, yenə də iş yerinə gəlməmişdir. İşə çıxmamasının səbəbi barədə müdriyyətə heç bir sənəd təqdim etməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilənYevlax rayon Aşağı Qarxun kənd körpələr evi-uşaq bağçasının xx xxx 2018-ci il tarixli aktının surətindən məlum olur ki, körpələr evi-uşaq bağçasında xadimə vəzifəsində işləyənX4nın məzuniyyət vaxtı 30 oktyabr 19 nömrəli əmrlə xx xxxxxx 2018-ci il tarixdə başa çatdığı halda o, işə gəlməmişdir. Bu barədə onunla telefon əlaqə saxlanılmış, ancaq o yenə də işə gəlməmişdir. İşə çıxmamasının səbəbi barədə müdriyyətə heç bir sənəd təqdim etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən,əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə görə, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79.1-ci maddəsinə görə, İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79.2-ci maddəsinə görə, Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin «a» bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84.2-ci maddəsinə əsasən Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Beləliklə məhkəmədə müəyyən edildi ki, İddiaçı xx xxxxxx 2013-cü il tarixdə Yevlax rayon Aşağı Qarxun kənd körpələr evi-uşaq bağçasına işə qəbul edilmişdir. xx xxxxxxx 2013-cü il tarixdən xx xxxxxx 2014-cü il tarixədək analıq məzuniyyətində olmuşdur. xx xxxx 2014-cü il tarixdən xx xxxxxx 2017-ci il tarixədək uşağının üç yaşı tamam olanadək qismən ödənişli məzuniyyətdə olmuşdur. xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək isə öz hesabına məzuniyyətdə olmuşdur. Lakin xx xxxxxx 2018-ci il tarixdən sonra hər hansı bir üzürlü səbəb göstərmədən işə gəlməmişdir. İddiaçı işə gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də xx xxxx 2018-ci il tarixdə iddiaçının işdən azad olunmasına dair əmr qəbul edilmişdir. İddiaçı həmin əmrin surətini xx xxxxxx 2019-cu il tarixdə qəbul etmişdir. İddiaçı xx xxxx 2018-ci il tarixli əmrin ləğv edilməsi və onun işə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərkən işə gəlməməsini etiraf etmişdir. Ona görə də məhkəmə, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Yevlax rayon Aşağı Qarxun kənd körpələr evi-uşaq bağçasınə və Yevlax rayon İcra Hakimiyyətinə qarşı «əmrin ləğv edilməsi və işə bərpa» tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinin tələbinə görə, İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı; (“Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı; “X16rşı” iş üzrə xx xxxxxxx 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ : İddiaçı cavabdeh Yevlax rayon Aşağı Qarxun kənd körpələr evi-uşaq bağçasına və maraqlı şəxs Yevlax rayon İcra Hakimiyyətinə qarşı «əmrin ləğv edilməsi və işə bərpa» tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar