Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-433/2020 12.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum faktının müəyyən edilməsi» haqqında işə Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 2009-cu il tarixdə bir oğlan, xx xxx 2015-ci il tarixdə bir qız, xx xxxxxx 2011-ci il tarixdə bir qız, xx xxxxxx 2013-cü il tarixdə bir qız və xx xxxxxxxx 2014-cü il tarixdə bir qız uşağının Yevlax şəhərində anadan olmalarının, atalarının X7 və analarının o, yəni Ərizəçi olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək izah etdi ki, o, X7 ilə 2007-ci ildə ailə həyatı qurmuşdur. Birgə yaşadıqları müddətdə xx xxxxxxx 2009-cu ildə bir oğlan, xx xxx 2015-ci ildə bir qız, xx xxxxxx 2011-ci ildə bir qız, xx xxxxxx 2013-cü ildə bir qız və xx xxxxxxxx 2014-cü ildə bir qız övladlarımız anadan olmuşdur. Hüquqi savadsızlıq ucbatından onlara doğum haqqında şəhadətnamə ala bilməmişdir. Bu barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin tələbi təmin edilməmiş və ona məhkəməyə müraciət etməsini bildirdirmişlər. Uşaqları xx xxxxxxx 2009-cu il tarixdə bir oğlan, xx xxx 2015-ci il tarixdə bir qız, xx xxxxxx 2011-ci il tarixdə bir qız, xx xxxxxx 2013-cü il tarixdə bir qız və xx xxxxxxxx 2014-cü il tarixdə bir qız Yevlax şəhərində anadan olmaları, atalarının X7 və analarının o, yəni Ərizəçi olmasını arayışlar və şahidlər də təsdiq edə bilər. Ona görə də doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək göstərdi ki, Ərizəçi onun qohumudur. Ərizəçi Tural Nadirovla ailə quraraq evlənmişlər. Birgə nikahlarından xx xxxxxxx 2009-cu il tarixdə bir oğlan, xx xxx 2015-ci il tarixdə bir qız, xx xxxxxx 2011-ci il tarixdə bir qız, xx xxxxxx 2013-cü il tarixdə bir qız və xx xxxxxxxx 2014-cü il tarixdə bir qız övladları doğulmuşdur. Lakin uşaqlar ev şəraitində dünyaya gəldiyindən onlara heç bir sənəd alınmamışdır. Məhkəmə ərizəçinin və şahidin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 14 saylı məktubdan məlum olur ki, Ərizəçi övladlarının doğumu haqqında tibbi şəhadətnamələri təqdim edildikdən sonra doğum haqqında şəhadətnamə verilə bilər. Əks halda məhkəməyə müraciət edə bilər. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi xx xxxxxx 1994-cü ildə anadan olmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən X14 Hakimiyyəti Başçısının Yevlax Şəhər 1 nömrəli X13 Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışından məlum olur ki, Ərizəçi həqiqətən Yevlax şəhəri E.Məmmədov küçəsi ev 149-da yaşayır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən X14 Hakimiyyəti Başçısının Yevlax Şəhər 23 nömrəli X13 Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışından məlum olur ki, X5 həqiqətən Yevlax şəhəri E.Məmmədov küçəsi ev 133-də yaşayır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən X14 Hakimiyyəti Başçısının Yevlax Şəhər 23 nömrəli X13 Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışından məlum olur ki, Dəvrişova Zöhrə Əsnad qızı həqiqətən Yevlax şəhəri E.Məmmədov küçəsi ev 133-də yaşayır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən X14 Hakimiyyəti Başçısının Yevlax Şəhər 23 nömrəli X13 Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışından məlum olur ki, X3 həqiqətən Yevlax şəhəri E.Məmmədov küçəsi ev 133-də yaşayır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən X14 Hakimiyyəti Başçısının Yevlax Şəhər 23 nömrəli X13 Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışından məlum olur ki, X2 həqiqətən Yevlax şəhəri E.Məmmədov küçəsi ev 133-də yaşayır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən X14 Hakimiyyəti Başçısının Yevlax Şəhər 23 nömrəli X13 Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışından məlum olur ki, X1 həqiqətən Yevlax şəhəri E.Məmmədov küçəsi ev 133-də yaşayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Beləliklə, məhkəmədə aydın olur ki, X7 ilə Ərizəçi faktiki ailə qurub, birgə nikahlarından ev şəraitində xx xxxxxxx 2009-cu il tarixdə bir oğlan, xx xxx 2015-ci il tarixdə bir qız, xx xxxxxx 2011-ci il tarixdə bir qız, xx xxxxxx 2013-cü il tarixdə bir qız və xx xxxxxxxx 2014-cü il tarixdə bir qız uşaqları anadan olmuşdur. Səhlənkarlığı ucbatından müvafiq Dövlət orqanına müraciət olunaraq lazımi sənədlər alınmamışdır. Bu səbəbdən ərizəçi qeyd edilən ərizə ilə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə qismən təmin edilməli, xx xxxxxxx 2009-cu il tarixdə bir oğlan, xx xxx 2015-ci il tarixdə bir qız, xx xxxxxx 2011-ci il tarixdə bir qız, xx xxxxxx 2013-cü il tarixdə bir qız və xx xxxxxxxx 2014-cü il tarixdə bir qız uşaqlarının anadan olmaqları faktı müəyyən edilməlidir. Ərizənin uşaqların atasının X7 anasının Ərizəçi olması hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 nömrəli qərarına əsasən ananın və atanın Qeydiyyat şöbəsinə birgə ərizə vermələri ilə müəyyən olunduğundan təmin edilməsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 59.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanları, ayrı-ayrı fiziki və hüquqi şəxslər başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün onların xahişi ilə və yaxud digər şəxslərin mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət edə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan və ya yetkinlik yaşına çatmayan şəxslərin mənafelərinin müdafiəsi üçün maraqlı şəxslərin xahişi olmadan iddia qaldırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPMnin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi xx xxxxxxx 2009-cu il tarixdə bir oğlan, xx xxx 2015-ci il tarixdə bir qız, xx xxxxxx 2011-ci il tarixdə bir qız, xx xxxxxx 2013-cü il tarixdə bir qız və xx xxxxxxxx 2014-cü il tarixdə bir qız uşaqlarının Yevlax şəhərində doğması faktı müəyyən edilsin. Bu qətnamə müvafiq doğum akt qeydinin Maraqlı şəxs tərəfindən aparılması üçün əsasdır. Qalan hissədə ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-433/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-433/2020
12.02.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver