Məhkəmə qərarları › İş №2(039)-439/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-439/2021

22.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-439/2021 22.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı «istifadə hüququnun itirilmiş hesab edilməsi, şəxsin pasport qeydiyyatından çıxarılması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı «istifadə hüququnun itirilmiş hesab edilməsi, şəxsin pasport qeydiyyatından çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6 Yevlax şəhəri, Q.Əşrəfbəy küçəsi 10/38 saylı fərdi yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsi və onların pasport qeydiyyatından çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izah etdi ki, o, alıcı olaraq Daşınmaz Əmlakın AN-İ № ******* saylı, xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 ünvan 1 mənzil 38 saylı ünvanında yerləşən 3 otaqlı mənzili almışdır. Aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən o 30000 manat ödəyərək bu evi almışdır. Həmin alqı-satqı xx xxxx 2019-cu il tarixli müqaviləsinin 13-cü bəndində qeyd edilir ki, satıcı aşağıdakı xx xxxx 2019-cu il tarixdə qeydiyyatdan çıxmağı öhdəsinə götürür. Eləcədə həmin müqavilənin 8-ci bəndində qeyd edilir ki, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak vermək öhdəsinə götürür. Həmçinin 9-cu bəndə əsasən satçı həmin daşınmaz əmlakla əlaqədar məhkəmə mübahisəsinin olmadığına təminat verir. Həmin müqavilənin 16-cı bəndində qeyd edilir ki, müqavilə imzalandıqdan sonra tərəflərdən biri öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdikdə bununla bağlı tərəfə dəbbə pulu ödənilməlidir. Dəbbə pulunun miqdarını tərəflər müəyyən edir. Göründüyü kimi Cavabdeh2 daşınmaz əmlakın alqı-satqı müqaviləsinin öhdəliklərini icra etməmişdir. Onun ailə üzvləri Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6 bu günə kimi onun evində qeydiyyatda qalmaqla onun mülkiyyəti üzərində hüquqlarını pozmaqdadırlar. Cavabdehlərin evdən qeydiyyatdan çıxarılmalarını Cavabdeh2 təşkil etməlidir. Onlar alqısatqı müqaviləsindən 1 ay sonra evindən qeydiyyatdan çıxarılmalı idilər. Həmin tarixdən etibarən bu şəxslərin istifadə hüququ itirilmişdir. Ancaq cavabdehlər ona problem yaratdıqlarından ciddi maneələrnən üzləşdiyindən o bu şəxslərin evinə olan istifadə hüququnun itirilmiş hesab edilməsinə və onların pasport qeydiyyatından çıxarılmasını istəyir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin çağırış vərəqəsini aldığını təsdiq edən qeyd yazılmış çağırış vərəqəsi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən xx xxxxxx 2010-cu il tarixdə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxx 1956-cı il tarixdə Goranboy rayonu, Xanqərvənd kəndində anadan olmuş, Yevlax şəhəri, S.Vurğun küçəsi ev 17, mənzil 1-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2019-cu il tarixli AN-l ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən məlum olur ki, Əliyev X2 şəhəri, Q.Əşrəfbəy küçəsi ev 10, mənzil 38 ünvanında yerləşən mənzili İddiaçı satmışdır. Müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 13-cü bəndində əsasən satıcı xx xxxx 2019-cu il tarixdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən məlum olur ki, ünvan 4 mənzil 38; yeni qaydada ünvan 3 M4, mənzil 2 tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2020-ci il tarixli ərizədən məlum olur ki, Əliyev X3 şəhəri, Q.Əşrəfbəy küçəsi ev 10 mənzil 38; yeni qaydada ünvan 3 M4, mənzil 2 ünvanından alqı-satqı müqaviləsində göstərilən müddətdə qeydiyyatdan çıxmağa razıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2020-ci il tarixli ərizədən məlum olur ki, Cavabdeh4 ünvan 4 mənzil 38; yeni qaydada ünvan 3 M4, mənzil 2 ünvanından alqı-satqı müqaviləsində göstərilən müddətdə qeydiyyatdan çıxmağa razıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhəri 3 saylı Mənzil Təmir İstismar sahəsi tərəfindən xx xxxxxx 2021-ci il tarixdə verilmiş 045 saylı arayışdan məlum olur ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Əlili X1 şəhəri, Q.Əşrəfbəy küçəsi ev 10 mənzil 38-də qeydiyyatdadılar və həmin ünvanda yaşamırlar. Harada yaşadıqları haqda məlumat yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailəüzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin məzmununa görə yaşayış yerini dəyişmiş, başqa ölkədə yaşayış yeri seçmiş, istifadə hüququna xitam verilmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, ünvan 4 mənzil 38 İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehlər həmin mənzilə daimi qeydiyyata alınsa da, mənzilin mülkiyyətçisi ilə onun arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsinin şərti kimi notariat qaydasında təsdiqlənməli olan yazılı razılaşma bağlanmamışdır. Cavabdehlər hazırda faktiki olaraq həmin ünvanda yaşamırlar, cavabdehlər daimi yaşadığı yer üzrə qeydiyyata düşməmiş və hal-hazıradək iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalmışdırlar. Məhkəmə qeyd edir ki, yaşayış yeri üzrə qeydiyyat yaşayış sahəsinin tərkib hissəsinə hər hansı hüquq, o cümlədən, istifadə hüququ əmələ gətirmir. Mənzildən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.2-ci maddəsinin göstərişinə uyğun olaraq mülkiyyətçi ilə notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmalıdır. Lakin hazırki mülki iş üzrə iddiaçı ilə cavabdehlər arasında belə razılaşma bağlanmamışdır, ona görə də cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilindən istifadə hüququ əmələ gəlməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzildən cavabdehlərin istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalması sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırır. Ona görə də cavabdehlərin mənzildən istifadə hüququnun olmadığının müəyyən edilməsi "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin məqsədi baxımından iddiaçının tələbi əsasında cavabdehin səlahiyyətli dövlət orqanları tərəfindən iddiaçının mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan ünvan 4 mənzil 38-də cavabdehlərin istifadə hüquqlarının olmadığı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 4 mənzil 38; yeni qaydada ünvan 3 M4, mənzil 2dən cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6 istifadə hüquqlarının olmaması müəyyən edilsin. Qətnamə qanuni qüvvəyə mindikdən sonra, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6 İddiaçı mülkiyyətində olan ünvan 4 mənzil 38; yeni qaydada ünvan 3 M4, mənzil 2-dən qeydiyyatdan çıxarılması üçün əsas hesab edilsin. Qətnamədən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar