Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-443/2020 16.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızı, Ərizəçi maraqlı şəxs Maraqlı şəxsnə qarşı “adın və soyadın dəyışdirilməsinə” dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı“adın və soyadın dəyişdirilməsi” tələbinə dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, o, xx xxxxxx 1988-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur. Adı Aygün , soyadı Məmmədova olmuşdur. 2009-cu il tarixdə X2 ilə ailə həyatı qurmaqla əlaqədar Yevlax rayonun Ərəbbəsrə kəndinə köçmüş və hazırda orada qeydiyyatdadır. Nikahları xx.xx.2012-ci il tarixdə rəsmi qeydiyyata alınmışdır. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü Xəyal və xx.xx.2012-ci il təvəllüdlü Xəyyam adlıövladları anadan olmuşdur. Ailə həyatı qurduqdan sonra müəyyən müddət X1 vilayətində yaşamışlar. Uşaqları orada anadan olmuşdur. 2017-ci ili yanvar ayında Azərbaycana gəlib geri qayıdarkən məlum olmuşdur ki, onun Rusiyaya girişi 2027-ci ilədək məhdudlaşdırılmışdır. O, ailəsinin və həyat yoldaçının tələbi ilə ad və soyadını dəyişdirmişdir. Bu barədə xx.xx.2018-ci il tarixli, AZ-İ seriyalı, 024806 saylı adın və soyadın dəyişdirilməsi haqqında şəhadətnamə aldıqdan sonra Rusiyaya getmişdir və bir müddət sonra həyat yoldaşı ilə aralarında müəyyən problemlər baş vermiş, o, uşaqları ilə Azərbaycana qayıtmağa məcbur olmuşdur. Uşaqlarına yeni doğum haqqında şəhadətnamə almaq istəyir, lakin uşaqların ana adında dəyişiklik olduğu üçün həmin sənədləri ala bilmir. Məhkəmə hesab edir ki, ərizənin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməli vəərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" xx xxxxx 2015-ci il tarixli 4 saylı qərarının9.1-ci bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar RespublikasıƏdliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlışəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" xx xxxxx 2015-ci il tarixli 4 saylı qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmamasıəsası ilə iddianın yolverilməzliyinə görəərizənin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinəəsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmamasıəsası ilə işüzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Ərizəçiyə izah olunur ki, hazırkı tələbi ilə bağlı inzibati orqanın (qeydiyyat orqanının) olduğu ye rüzrə inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Ərizəçi Maraqlı şəxsnə qarşı“adın və soyadın dəyişdirilməsi” tələbinə dair ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin vəərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Ərizəçi izah olunur ki, ərizəsində göstərilən tələblə bağlı inzibati orqanın (qeydyyat orqanının) olduğu yer üzrə inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-443/2020
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-443/2020
16.01.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver