Məhkəmə qərarları › İş №2(039)-443/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-443/2022

16.05.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-443/2022 16.05.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı və vəkili X4 Cavabdeh Yevlax Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Yevlax Şəhər İcra Hakimiyyətinə və Yevlax rayon Təhsil şöbəsinə qarşı «Yevlax rayon «Aran qəsəbə 2 saylı Körpələr evi - uşaq bağcası»nın müdiri vəzifəsindən azad edilməyinə dair Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin 28 sentyabr 2021-ci il tarixli 132 nömrəli əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməyi və məcburi iş buraxma günləri üçün əmək haqqı» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Yevlax Şəhər İcra Hakimiyyətinə və Yevlax rayon Təhsil şöbəsinə qarşı «Yevlax rayon «Aran qəsəbə 2 saylı Körpələr evi - uşaq bağcası»nın müdiri vəzifəsindən azad edilməyinə dair Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin 28 sentyabr 2021-ci il tarixli 132 nömrəli əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməyi və məcburi iş buraxma günləri üçün əmək haqqı» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Yevlax rayon “Aran qəsəbə 2 saylı Körpələr evi – Uşaq bağçası”nın müdiri vəzifəsindən azad edilməsinə dair Yevlax Şəhər İcra Hakimiyətinin Başçısı Anar Tağıyevin 28 sentyabr 2021-ci il tarixli 132 nömrəli əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma günləri üçün orta əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o «Yevlax rayon «Aran qəsəbə 2 saylı Körpələr evi - uşaq bağcası»nın müdiri vəzifəsində işləyirdi. 28 sentyabr 2021-ci il tarixdə qanunsuz olaraq işdən azad edilmişdir. Belə ki, o işləyən zaman həmkarların iclası olmamışdır. Həmin Həmkarlar iclasının protokolu bir saat ərzində saxtakarlıqla hazırlanmışdır. Həmçinin ona sənəd üzərində yazılmış töhmətlər də saxtadır. Belə ki, ona töhmət yazıldığı günlər o işdə olmuşdur. Ona töhmətlə bağlı izahat verilməsi bildirilməmişdir. Həmçinin həmin töhmətlərdən onun xəbəri belə olmamışdır. Onun işində cavabdeh tərəfin qeyd etdiyi nöqsanlar olmamışdır. İddiaçı nümayəndəsi və vəkili X7 iddia tələbini müdafiə edərək izah etdi ki, iddiaçı Yevlax Şəhər İcra Hakimiyətinin Başçısı Anar Tağıyevin 28 sentyabr 2021-ci il tarixli 132 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70- ci maddəsinin “Ç” bəndinə müvafiq olaraq 28 sentyabr 2021-ci il taridən tutduğu vəzifədən azad edilmişdir. Məktəbəqədər təhsil müəssisələri, uşaq baxçaları və körpələr evi İcra Hakimiyyətlərin balasından çıxarılaraq Təhsil nazirliyinin tabeliyinə verildiyindən o ikinci cavabdeh olaraq Yevlax Rayon Təhsil Şöbəsinin işə cəlb edilməsini məqsədə müvafiq hesab etmişdir. 28 sentybr 2021-ci il tarixdə iddiaçı cavabdehin əmri ilə işdən azad edilmişdir. 19 oktyabr 2021-ci il tarixdə cavabdehə əmək mübahisəsinin mediasiya qaydasında həll edilməsi üçün Təklif göndərmişdir. 22 oktyabr 2021-ci il tarixdə cavabdehə poçt bildirişinin verilməsi haqqında xəbərnaməni almışdır. Təklifinə cavabdehin münasibət bildirməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 10 günlük müddəti gözlədikdən sonra 01 noyabr 2021ci il tarixdə Mediasiya Şurasına müraciət edərək mediatr təyin edilməsini xahiş etmişdir. 16 dekabr 2021-ci il tarixdə ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayış əldə etmişdir. 21 dekabr 2021-ci il tarixdə “Yevlax rayon “Aran qəsəbə 2 saylı Körpələr evi – Uşaq bağçası”nın müdiri vəzifəsindən azad edilməyinə dair Yevlax Şəhər İcra Hakimiyətinin Başçısı Anar Tağıyevin 28 sentyabr 2021-ci il tarixli 132 nömrəli əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməyi və məcburi iş buraxma günləri üçün əmək haqqı tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmiş, 14 yanvar 2022ci il tarixdə isə müvafiq qərardadla sənədlər ona qaytarılmışdır (yol verilmiş nöqsanların aradan qaldırılması üçün). Qərardadda əmr əlavə edilmədiyi də qeyd edilmişdir. Həmin əmrin surəti iddiaçıya təqdim olunmadığından əmrin alınması barədə məhkəməyə vəsatət verilmişdir. İddia ərizəsini irəli sürmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməmişdir. Cavabdeh Yevlax Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X5 məhkəmə iclasında izah etdi ki, 31 may 2021-ci il tarixdə Maliyyə Nazirliyi təfərindən yoxlama aparılmışdır. İddiaçıya çatışmamazlıqlarla bağlı xəbərdarlıqlar edilmiş və töhmət verilmişdir. İddiaçı nəticə çıxarmadığından Həmkarlar ittifaqına müraciət edirmişdir. Həmkarlar iclasının protokolu əldə ediləndən sonra iddiaçı vəzifəsindən azad edilmişdir. Hazırda iddiaçının işə bərpa olunması qeyri mümkündür. İddiaçıya töhmət verilərkən iddiaçı izahat verməkdən imtina etmişdir. Töhmətlərin surəti iddiaçıya poçt vasitəsi ilə göndərilmişdir. Cavabdeh Yevlax rayon Təhsil şöbəsinin nümayəndəsi X10 məhkəmənin əvvəlki iclasında, məhkəmədən qanuna müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Aran qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyinin 21 dekabr 2021-ci il tarixli 1720 saylı arayışından məlum olur ki, İddiaçı Yevlax rayonu, Aran qəsəbəsində yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AT-lV ******* saylı əmək kitabçasının surətindən məlum olur ki, İddiaçı 16 fevral 2015-ci il tarixli 21 saylı əmrlə Aran qəsəbə 2 saylı körpələr evi-uşaq baxçasının müdiri vəzifəsinə təyin edilmişdir. 28 sentyabr 2021-ci il tarixli 132 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə müvafiq tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 16 dekabr 2021-ci il tarixli 2021-007489 saylı arayışından məlum olur ki, İddiaçı işə bərpa edilməsi ilə bağlı mediatora müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 30 iyun 2021-ci il tarixli aktın surətindən məlum olur ki, Aran qəsəbə 2 saylı körpələr evi-uşaq baxçasında işçilərin işə davamiyyəti araşdırılarkən Aynur Əmirova, Gülnar Şirinova və Gülbahar Cəmilova işdə olmaması müəyyən edilmişdir. Nihad Əliyev adlı azyaşlının adı jurnalda olmadığı halda bağçada olduğu aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 30 iyun 2021-ci il tarixli protokolun surətindən məlum olur ki, Aran qəsəbə 2 saylı körpələr evi-uşaq baxçasının müdiri İddiaçı tutduğu vəzifədən azad edilməsi məqsədə müvafiq hesab edilməsi; iclas protokolu qanunvericiliyə əsasən müvafiq tədbirlərin görülməsi üçün Yevlax şəhər İcra Hakimiyyətinin Başçısına göndərilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 30 iyun 2021-ci il tarixli aktın surətindən məlum olur ki, 30 iyun 2021-ci il tarixində 03 may 2021-ci il tarixli akt ilə "xxxx" MMC Yevlax regional idarəsi tərəfindən Yevlax rayon Aran qəsəbə 2 saylı uşaq baxçasına 726.02 manat dəyərində ərzaq təhvil verilmişdir. Bu ərzağın istifadə olunması heç bir sənəddə qeyd edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 27 avqust 2021-ci il tarixli aktın surətindən məlum olur ki, Yevlax rayon Aran qəsəbə 2 saylı körpələr evi-uşaq baxçasının müdiri İddiaçı izahat verilməsi tələb olunarkən izahat verməkdən imtina etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın 30 avqust 2021-ci il tarixli əmrinin surətindən məlum olur ki, Yevlax rayon Aran qəsəbə 2 saylı körpələr evi-uşaq baxçasının müdiri İddiaçı töhmət verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 31 avqust 2021-ci il tarixli aktın surətindən məlum olur ki, Aran qəsəbə 2 saylı körpələr evi-uşaq baxçasında işçilərin işə davamiyyəti araşdırılarkən X3 işdə olmaması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 31 avqust 2021-ci il tarixli aktın surətindən məlum olur ki, 31 avqust 2021-ci il tarixdə Aran qəsəbə 2 saylı körpələr evi-uşaq baxçasında uşaqların davamiyyətinin çox zəif olduğu müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 31 avqust 2021-ci il tarixli aktın surətindən məlum olur ki, 3 avqust 2021-ci il tarixində "xxxx" MMC Yevlax regional idarəsi tərəfindən Yevlax rayon Aran qəsəbə 2 saylı uşaq baxçasına 506.11 manat dəyərində ərzaq təhvil verilmişdir. Bu ərzağın istifadə olunması rəsmiləşdirilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 3 sentyabr 2021-ci il tarixli aktın surətindən məlum olur ki, 3 sentyabr 2021-ci il tarixində "xxxx" MMC Yevlax regional idarəsi tərəfindən Yevlax rayon Aran qəsəbə 2 saylı uşaq baxçasına 503.02 manat dəyərində ərzaq təhvil verilmişdir. Anbara baxış keçirilən zaman 12 kq un, 200 qr. çay, 2 litr süd əskik olduğu aşkarlanmışdır. Bundan əlavə olaraq menyu tələbnaməsi tələb olunsa da, olmadığı müəyyən edilmiş və menyu tələbnaməsi olmadan ambardan ərzaq çıxarılmışdır. Həmçinin ərzaq sənədləşdirilmədən istifadə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 06 sentyabr 2021-ci il tarixli izahatın surətindən məlum olur ki, X19 körpələr evinin tərbiyəçisi X2 25 avqust 2021-ci il tarixindən heç bir icazəsi olmadan işə gəlməsi barədə izahat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 06 sentyabr 2021-ci il tarixli izahatın surətindən məlum olur ki, X12 körpələr evinin tərbiyəçisi X2 25 avqust 2021-ci il tarixindən heç bir icazəsi olmadan işə gəlməsi barədə izahat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 06 sentyabr 2021-ci il tarixli aktın surətindən məlum olur ki, Aran qəsəbə 2 saylı körpələr evi-uşaq baxçasında işçilərin işə davamiyyəti araşdırılarkən X3 və İddiaçı işdə olmaması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 06 sentyabr 2021-ci il tarixli izahatın surətindən məlum olur ki, X17 körpələr evinin tərbiyəçisi X2 25 avqust 2021-ci il tarixindən heç bir icazəsi olmadan işə gəlməsi barədə izahat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 06 sentyabr 2021-ci il tarixli izahatın surətindən məlum olur ki, X18 körpələr evinin tərbiyəçisi X2 25 avqust 2021-ci il tarixindən heç bir icazəsi olmadan işə gəlməsi barədə izahat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 06 sentyabr 2021-ci il tarixli aktın surətindən məlum olur ki, 06 sentyabr 2021-ci il tarixdə Aran qəsəbə 2 saylı körpələr evi-uşaq baxçasında uşaqların davamiyyətinin çox zəif olduğu, iki uşaq olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 06 sentyabr 2021-ci il tarixli izahatın surətindən məlum olur ki, X15 körpələr evinin müdiri İddiaçı baxçaya təhvil verilmiş ərzaqlardan 12 kq un, 2 letr süd, 200 qram çay götürməsi barədə izahat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 07 sentyabr 2021-ci il tarixli aktın surətindən məlum olur ki, Yevlax rayon Aran qəsəbə 2 saylı körpələr evi-uşaq baxçasının müdiri İddiaçı izahat verilməsi tələb olunarkən izahat verməkdən imtina etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın 08 sentyabr 2021-ci il tarixli əmrinin surətindən məlum olur ki, Yevlax rayon Aran qəsəbə 2 saylı körpələr evi-uşaq baxçasının müdiri İddiaçı şiddətli töhmət verilmişdir. Aran qəsəbəsində yerləşən 2 saylı körpələr evi-uşaq baxçasında yaranmış vəziyyətlə əlaqədar məsələ Pedoqoji şuranın müzakirəsinə çıxarılması qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın 28 sentyabr 2021-ci il tarixli əmrinin surətindən məlum olur ki, Yevlax rayon Aran qəsəbə 2 saylı körpələr evi-uşaq baxçasının müdiri İddiaçı Əmək Məcəlləsinin 70 maddəsinin “ç” bəndinə müvafiq olaraq 28 sentyabr 2021-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Aran qəsəbə 2 saylı körpələr evi-uşaq baxçasının Həmkarlar Təşkilatının 24 sentyabr 2021-ci il tarixli iclas protokolundan məlum olur ki, kollektivin təşəbbüsü ilə Yevlax rayon Aran qəsəbə 2 saylı körpələr evi-uşaq baxçasının müdiri İddiaçı tutduğu vəzifədən azad edilməsi məsələsinə baxılmışdır. Yevlax rayon Aran qəsəbə 2 saylı körpələr evi-uşaq baxçasının müdiri İddiaçı olduğu müəssisədə yol verdiyi ciddi nöqsanlara, əmək intizamı və əmək funksiyalarının kobud şəkildə pozduğuna görə səs çoxluğunu nəzərə alaraq tutduğu vəzifədən azad edilməsi; həmkarlar təşkilatı protokolu, tədbir görülməsi üçün Yevlax şəhər İcra Hakimiyyətinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Aran qəsəbə 2 saylı körpələr evi-uşaq baxçasının Pedoqoji Şurasının 22 sentyabr 2021-ci il tarixli iclas protokolundan məlum olur ki, Yevlax rayon Aran qəsəbə 2 saylı körpələr eviuşaq baxçasının müdiri İddiaçı yarıtmaz fəaliyyəti məsələsinə baxılmışdır. Yevlax rayon Aran qəsəbə 2 saylı körpələr evi-uşaq baxçasının müdiri İddiaçı olduğu müəssisədə yol verdiyi ciddi nöqsanlara, yaratmaz rəhbərliyinə görə tutduğu vəzifədə qalması məqsədəmüvafiq hesab edilməməsi; Yevlax şəhər İcra Hakimiyyəti rəhbərliyindən Aran qəsəbə 2 saylı körpələr evi-uşaq baxçasının müdiri İddiaçı baxçaya yarıtmaz fəaliyyəti ilə əlaqədar lizimi tədbirlərin görülməsinin xahiş olunması; Pedoqoji Şuranın protokolu tədbir görülməsi üçün Yevlax şəhər İcra Hakimiyyətinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71.2-ci görə, Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci görə, Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-ci maddəsinin 2-ci hissəsinə görə, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71- ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80.2-ci maddəsinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84.2-ci maddəsinə əsasən Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187.2-ci maddəsinə əsasən İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 189.1-ci maddəsinə əsasən Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Beləliklə məhkəmədə müəyyən edildi ki, İddiaçı 16 fevral 2015-ci il tarixdən Yevlax rayon Aran qəsəbə 2 saylı Körpələr evi - uşaq bağçasının müdiri vəzifəsində işləmişdir. İddiaçı 30 avqust 2021-ci il tarixdə əmək intizamını pozduğuna və işində yol verdiyi nöqsanlara görə töhmət verilmişdir. Həmçinin 08 sentyabr 2021-ci il tarixdə əmək intizamını pozduğuna və işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət verilmişdir. Yevlax rayon Aran qəsəbə 2 saylı Körpələr evi - uşaq bağçasının pedoqoji şurası 22 sentyabr 2021-ci il tarixdə iclası keçirilmiş və Yevlax rayon Aran qəsəbə 2 saylı körpələr evi-uşaq baxçasının müdiri İddiaçı yarıtmaz fəaliyyəti məsələsinə baxılmışdır. Yevlax rayon Aran qəsəbə 2 saylı körpələr evi-uşaq baxçasının müdiri İddiaçı olduğu müəssisədə yol verdiyi ciddi nöqsanlara, yaratmaz rəhbərliyinə görə tutduğu vəzifədə qalması məqsədəmüvafiq hesab edilməməsi; Yevlax şəhər İcra Hakimiyyəti rəhbərliyindən Aran qəsəbə 2 saylı körpələr evi-uşaq baxçasının müdiri İddiaçı baxçaya yarıtmaz fəaliyyəti ilə əlaqədar lazimi tədbirlərin görülməsinin xahiş olunması; Pedoqoji Şuranın protokolu tədbir görülməsi üçün Yevlax şəhər İcra Hakimiyyətinə göndərilməsi qərara alınmışdır. Həmçinin Yevlax rayon Aran qəsəbə 2 saylı körpələr evi-uşaq baxçasının Həmkarlar Təşkilatı 24 sentyabr 2021-ci il tarixli iclas keçirmiş və kollektivin təşəbbüsü ilə Yevlax rayon Aran qəsəbə 2 saylı körpələr evi-uşaq baxçasının müdiri İddiaçı tutduğu vəzifədən azad edilməsi məsələsinə baxılmışdır. Yevlax rayon Aran qəsəbə 2 saylı körpələr evi-uşaq baxçasının müdiri İddiaçı olduğu müəssisədə yol verdiyi ciddi nöqsanlara, əmək intizamı və əmək funksiyalarının kobud şəkildə pozduğuna görə səs çoxluğunu nəzərə alaraq tutduğu vəzifədən azad edilməsi; həmkarlar təşkilatı protokolu, tədbir görülməsi üçün Yevlax şəhər İcra Hakimiyyətinə göndərilməsi qərara alınmışdır. Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin 28 sentyabr 2021-ci il tarixli 132 nömrəli əmri ilə İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən vəzifədən azad edilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini, işə bərpa olunması və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı Yevlax rayon “Aran qəsəbə 2 saylı Körpələr evi – Uşaq bağçası”nın müdiri vəzifəsindən azad edilməsinə dair Yevlax Şəhər İcra Hakimiyətinin Başçısı Anar Tağıyevin 28 sentyabr 2021-ci il tarixli 132 nömrəli əmrinin ləğv edilməli, İddiaçı əvvəlki işinə bərpa edilməli və İddiaçı məcburi iş buraxma günləri üçün orta əmək haqqı ödənilməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı işdən azad edilməsinə dair əmr verilərkən əmək qanunvericiliyin normaları kobud şəkildə pozulmuşdur. Belə ki, həmkarlar təşkilatının iclasının keçrilməsi barədə İddiaçı məlumat verilməmiş, Həmkarlar təşkilatına Yevlax şəhər İcra Başçısı təqdimatla müraciət etməli olduğu halda Həmkarlar təşkilatı iclası kollektivin təşəbbüsü ilə keçirmişlər. Yəni iclaslar Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uyğun keçirilməmişdir. Həmçinin iddiaçı işində olan nöqsanlara görə 08 sentyabr 2021-ci il tarixdə şiddətli töhmət verilmişdir. Həmin tarixdən sonra İddiaçı intizam xətası törətməsi iş materialları ilə müəyyən olunmur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 189-cu maddəsinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi veriləbiləcəyi halda, eyni intizam xətasına görə əmək müqaviləsinə xitam verlməsi intizam tənbehi tətbiq edilə bilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; (“Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; “X13rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı Yevlax rayon “Aran qəsəbə 2 saylı Körpələr evi – Uşaq bağçası”nın müdiri vəzifəsindən azad edilməsinə dair Yevlax Şəhər İcra Hakimiyətinin Başçısı Anar Tağıyevin 28 sentyabr 2021-ci il tarixli 132 nömrəli əmri ləğv edilsin. İddiaçı Yevlax rayon “Aran qəsəbə 2 saylı Körpələr evi – Uşaq bağçası”nın müdiri vəzifəsinə bərpa edilsin. İddiaçı məcburi iş buraxmaya görə işə çıxmadığı günlərə görə ona əmək haqqı hesablanaraq ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilsin. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar