Məhkəmə qərarları › İş №2(039)-45/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-45/2020

01.07.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-45/2020 01.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərova Elmira Rafik qızının katibliyi, İddiaçı, Cavabdehxan oğlunun iştirakları ilə, İddiaçı Cavabdehxan oğluna qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin (DƏDRX) RX Seriyalı ******* saylı .6.09.2017-ci il tarixli çıxarışı əsasında Yevlax rayonu Salahlı kəndində yerləşən **********15 reystr nömrəsi ilə müəkilyyətinə verilmiş 0.10 ha torpaq sahəsinin zəbt olunmuş hissəsindən cavabdehin çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, RX Seriyalı ******* saylı **********15 reyestr nömrəli Yevlax rayonu Salahlı kəndində yerləşən 0.10 ha torpaq sahəsinə dair çıxarışı xx.xx.2017-ci il tarixdə almışdır. Bu barədə ona torpaq sahəsinin plan və ölçüsü tərtib edilmiş konkret olaraq torpağa dair kadastr cizgiləri müəyyən edilmişdir. Həmin torpaq sahəsi xx.xx.20007-ci il tarixində 42 saylı Yevlax Rayonu Salahlı Bələdiyyəsinin qərarı əsasında onun mülkiyyətinə verilmişdir. Qeyd olunan torpaq sahəsi onun əmlakıdır. Yuxarıda qeyd edildiyi kimi onun əmlakı qanuni əsaslarla Daşınmaz Əmlakın Dövlət Reystrində qeydiyyata alınmışdır. O, müəlikiyyətində olan torpaq sahəsindən bütöv şəkildə istifadə edə bilmir. Torpaq sahəsinin bir hissəsi cavabdehə məxsus olan torpaq sahəsinin tərkibindədir. Kifayət qədər yaxşı münüasibətlər pozulmadan adiyyəti orqanlar tərəfindən torpaq sahəsinin bir hissəsinin konkret zəbt dairəsinə aid edilmiş hissəsi müəyyən edilərək əmlakının təmin ediləcəkdir. Ona görə də məhkəmə prosesində konkret olaraq mütəxəsis tərəfindən torpağının bütövlüyü müəyyən edilməli onun torpaq sahəsi zəbt lahiyəsi konkretləşdirilərək zəbt olunmuş torpaq sahəsinin ona qaytarılması və mülkiyyətinin bütövlüyü təmin edilməlidir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddia ərizəsində qeyd edilən Yevlax rayonu, Salahlı kəndində yerləşən torpaq sahəsini zəbt etməmişdir. Belə ki, həmin kənddə onun xüsusi mülkiyyətində 1,9690 ha sahəsi olan torpaq sahəsi vardır və həmin sahəsindən uzun müddətdir ki, onun ailə üzvləri istifadə edir, həmin torpaq sahəsi onlara məxsusdur. Bu səbəbdən iddianın təmin edilməməsini xahiş etmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışının surətindən görünür ki, Yevlax rayonu Salahlı kəndində yerləşən 0.10 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışının surətindən görünür ki, Yevlax rayonu Salahlı kəndində yerləşən 1.9690 ha torpaq sahəsi Cavabdehxan oğlunun və onun ailə üzvlərinin xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestir Xidmətinin xx xxxxxxx 2018-ci il tarixli, **********73 №-li mütəxəssis rəyində və Məhkəmə Ekspertizası Mərkəzininxx xxxxxx 2018-ci il tarixli ekspertiza rəyində qeyd olunur ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli xx xxxxxxxx 2017-ci il tarixli çıxarış əsasında X1 mülkiyyətinə verilmiş Yevlax rayon Salahlı kəndində yerləşən 0.10 ha torpaq sahəsinin sərhəd nöqtələri və koordinatları müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən RX seriyalı 05661668 nömrəli xx xxxxxx 2015-ci il tarixli çıxarış əsasında Cavabdehxan oğlunun və ailə üzvlərinin mülkiyyətinə verilmiş Yevlax rayon Salahlı kəndində yerləşən 1.96 ha torpaq sahəsinin qonşuluq sərhədləri və döngə nöqtələri müəyyən edilmişdir. X1 mülkiyyətinə RX seriyalı ******* nömrəli çıxarışla verilmiş Yevlax rayon Salahlı kəndində yerləşən 0.10 ha torpaq sahəsi bütövlükdə Cavabdehxan tərəfindən istifadə olunur. Cavabdehxan oğluna RX seriyalı 05661668 nömrəli çıxarışla verilmiş 1.96 ha torpaq sahəsi bütövlükdə cənub-qərb tərəfdə yerləşən qonşusu X3 tərəfindən istifadə olunmuşdur. Torpaq Məcəlləsi: Maddə 47:

1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.

6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Maddə 51:

1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Mülki Məcəllə: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Beləliklə, təqdim edilmiş sübutlarla təsdiq olunur ki, X1 mülkiyyətində olan Yevlax rayon Salahlı kəndində yerləşən 0.10 ha torpaq sahəsi bütövlükdə Cavabdehxan tərəfindən istifadə olunur. Cavabdehxan oğluna RX seriyalı 05661668 nömrəli çıxarışla verilmiş 1.96 ha torpaq sahəsi isə bütövlükdə cənub-qərb tərəfdə yerləşən qonşusu X3 tərəfindən istifadə olunması müəyyən olunmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin eidlməli cavabdeh, iddiaçının mülkiyyətində olan, Yevlax rayonu Salahlı kəndində yerləşən 0.10 ha torpaq sahəsindən çıxarılmalıdır. Məhkəmə xərci cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i:

İddia təmin edilsin. İddiaçı X2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin RX Seriyalı ******* saylı xx.xx.2017-ci il tarixli çıxarışı əsasında **********15 reyestr nömrəsi ilə mülkiyyətinə verilmiş Yevlax rayonu Salahlı kəndində yerləşən 0.10 ha torpaq sahəsindən Cavabdehxan oğlu çıxarılsın. Cavabdehxan oğlundan 100 (bir yüz) manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN ********** ABB mərkəzi filialı VÖEN ********** kod 805250 m/h **********944 H/h COR 3285xx xxx 3201-01 S.W.İ.F.T. Bik: İBAZAR 2X hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar