Məhkəmə qərarları › İş №2(039)-45/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-45/2022

23.05.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-45/2022 23.05.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 qarşı «əmlakın naturada ayrılması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 qarşı «əmlakın naturada ayrılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6 və onun mülkiyyətində olan Yevlax rayonu, Nurallar kəndində yerləşən, kənd təsərrüfatı üçün nəzərdə tutular 24 dekabr 2019-cu il qeydiyyat tarixli, Hüquqların Dövlət qeydiyyatı haqqında çıxarışla verilmiş 4.33 ha torpaq sahəsindən onun mülkiyyətində olan torpağın 2.53 ha hissəsinin naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan 2.53 ha torpaq sahəsinin naturada ayrılması və tərəfindən ödənilən 430 manat məbləğin cavabdehlərdən tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, hüquqların Dövlət qeydiyyatı haqqında daınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyt nömrəli 24 dekabr 2019-cu il tarixli çıxarışa əsasən onun cavabdehlərlə 4.3359 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsində onun 2.532 hissədə payı müəyyən edilmişdir. Hazırda öz payının naturada ayrılmasını istəyir. Lakin cavabdehlər payın ayrılması üçün Azərbaycan Respublikası DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə gəlmədiyindən məhkəmədən kənar məsələnin həll edilməsi mümkün olmamışdır. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh4 məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, İddiaçı 2.532 hissədə həmin torpaqda payı olsa da, həmin çıxarış əsassızdır. O çıxarışı düzgün əldə etməmişdir. Torpaq sahəsi ona və ailə üzvlərinə məxsusdur. Cavabdeh4 məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər X5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 05 aprel 2021-ci il tarixli 154 saylı arayışından məlum olur ki, İddiaçı Yevlax rayonu, Hacımahmudlu kəndində yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 25 fevral 2019-cu il tarixli 019523 saylı vəsiqədən məlum olur ki, İddiaçı 2-ci qrup əlildir. Azərbaycan Respublikası bütövlüyünün müdafiəsində iştirak edib. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 24 dekabr 2019-cu il tarixli çıxarışın surətindən məlum olur ki, Yevlax rayonu, Nurallar kənd ərazisində tərəflərə 4.3359 ha torpaq sahəsi verilmişdir. Torpaqda tərəflərin payları müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 28 aprel 2022-ci il tarixli 48917 saylı qəbzdən məlum olur ki, İddiaçı 430 manat rüsum ödəmidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin **********98 qeydiyyat nömrəli 10 may 2022-ci il tarixli rəyindən məlum olur ki, Yevlax rayonu, Nurallar kəndində yerləşən torpaq sahəsində iddiaçının payının naturada ayrılması mümkündür. Ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi coğrafi yerləşmə mövqeyinə əsasən şərq və ya qərb hissədən bölünməsi mümkündür. Beləliklə, məhkəmədə aydın oldu ki, tərəflərin Yevlax rayonu, Nurallar kəndi ərazisində 4.3359 ha torpaq sahəsi vardır. İddiaçının həmin torpaq sahəsində 2.532 ha hissədə payı müəyyən edilmişdir. İddiaçı torpaq payının naturada ayrılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Mütəxəssis rəyi ilə müəyyən edilmişir ki, əmlakın natura şəkilində bölünməsi mümkündür. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 24 dekabr 2019-cu il tarixli çıxarışa əsasən Yevlax rayonu, Nurallar kəndində tərəflərə məxsus 4.3359 ha torpaq sahəsindən İddiaçı 2.532 hissədə payı mütəxəssis tərəfindən tərtib edilmiş bölgü sxemi üzrə ayrılmalıdır. Cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 430 manat alnaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində qeydə alındığı tarixdən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.2-ci maddəsinə əsasən Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair 04 aprel 2014-cü il tarixli Qərarında da göstərmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci mad. əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 24 dekabr 2019-cu il tarixli çıxarışa əsasən Yevlax rayonu, Nurallar kəndində tərəflərə məxsus 4.3359 ha torpaq sahəsindən İddiaçı 2.532 hissədə payı mütəxəssis tərəfindən tərtib edilmiş bölgü sxemi üzrə naturada ayrılsın. Cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 430 manat alnaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar