Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-47/2024 31.01.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Sadıqov Mehman Əlixan oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili X2 iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs olaraq Yevlax 1 saylı Notariat ofisini qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, faktik olaraq mirası qəbul etdiyi üçün bu barədə notariat ofisinə qanunla müəyyən olunmuş müddətdə müraciət etmədiyini üzürlü sayaraq və eyni zamanda həmin mirasın açıldığı gündən idarə etdiyini nəzərə alaraq mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni belə əsaslandırmışdır ki, o, xx.xx.1961-ci ildə vəfat etmiş və Yevlax şəhəri, Ə.Cavad (keçmiş Tolstoy) küçəsində qeydiyyatda olmuş mərhum atası X3 miras qalmış əmlaka dair vərəsəlik işinin açılması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün xx.xx.2023-cü il tarixdə ərizə ilə Yevlax rayon 1 saylı Notariat ofisinə müraciət etmiş, həmin ərizəyə cavab olaraq ona bildirmişdir ki, onun mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürülmüşdür. Həmin mirasın qəbul edilməsi müddətinin uzadılması üçün Yevlax rayon məhkəməsinə müraciət etməyi tövsiyyə edilmiş, atası vəfat etdikdən sonra bu əmlakı faktiki olaraq qəbul edərək bu işlərlə bağlı qanunla müəyyən olunmuş hüquqlarından istifadə etməklə əmlakı idarə etmiş, lakin hüquqi savadsızlığı səbəbindən xx.xx.1961-ci ildə vəfat etmiş mərhum atası X3 miras qalmış əmlaka dair vərəsəlik işinin açılması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün notariat orqanına vaxtında müraciət etməmişdir. Ərizəçinin nümayəndəsi X5 məhkəmə baxışı zamanı ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs, Yevlax rayon 1 saylı Notariat ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, notariat kontorunun nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12, X8 və X13 ifadələrində Ərizəçi onların qohumu və qonşusu olduğunu, Yevlax şəhəri, Ə.Cavad (keçmiş Tolstoy) küçəsində qalmış fərdi yaşayış evinin ərizəçinin mərhum atası Ələkbər Tapdıqovdan miras qaldığını, sonuncunun vəfatından sonra isə qızı Ərizəçi istifadəsində olduğunu, habelə mərhum Ələkbərin bircə övladı Ərizəçi olduğunu bildirmişlər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Notariat kontorunun xüsusi notariusu Elxan Hüseynov tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 249 saylı məktubda qeyd edilir ki, ərizəçinin xx.xx.1961-ci il tarixdə vəfat etmiş atası X3 qalmış miras Yevlax şəhərində yerləşən fərdi yaşayış evinə dair vərəsəlik vərəsəlik haqqında şəhadətnamə verməyi xahiş etməyi barədə ərizəsinə baxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mirasın qəbul edilməsini təsdiq edən hər hansı fakt təqdim edilməmişdir. Mirasın qəbul müddətinin uzadılması üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İV 863411 №-li doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1960-ci il təvəllüdlü Ərizəçi atası X9 anası X6r. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İİ 362054 №-li, ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.1961-ci il tarixdə vəfat etmişdir. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İ 449189 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1960-ci il təvəllüdlü Ərizəçi atası X9 anası X7r. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İİ 362056 №-li, ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.1961-ci il tarixdə vəfat etmişdir. Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixli, 3074 saylı arayışdan görünür ki, mərhum X9 vəfat edərkən ünvan 1 ünvanında qeydiyyatda olub və yaşamışdır. Ölümündən sonra həyat yoldaşı X11 (vəfat edib) və qızı Ərizəçi adlı vərəsələri qalmışdır. X22 tərəfindən verilmiş 14 saylı Ev dəftərinin sürətindən görünür ki, ünvan 2 ünvandakı ev Ələkbərov Hilalın adına verilmişdir. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı:
10. Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. 10.1.Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. Məhkəmənin hüquqi mövqeyi: Mövcud sübutlarla təsdiq olunur ki, Ələkbər Tapdıqov və onun arvadı Stara Tapdıqova xx.xx.1961-ci il tarixdə ölmüşlər. Ərizəçinin atası X4 yeganə varisi olmuş qızı Ərizəçi birinci növbə vərəsə kimi Yevlax şəhəri, Ə.Cavad (keçmiş Tolstoy) küçəsində yerləşən fərdi yaşayış evindən istifadə etməklə həmin miras əmlakı qəbul etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş üzrə sübutları nəzərdən keçirərək belə qənaətə gəlir ki, şahidlərin ifadəsini və digər sübutları təkzib edən, onların mötəbərliyini sübut növü kimi şübhə altına alan hallar müəyyən edilmədiyindən həmin ifadələr mötəbər sübut kimi qəbul edilməlidir. Ərizədə qeyd edilən faktın təsdiq edilməsi ərizəçiyə vərəsəlik haqqında şəhadətnamənin alınması üçün gərəkdir, miras əmlakın qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət də keçdiyindən və bu müddətin uzadılması imkanı da itirildiyindən ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməz və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutara, məhkəmə
QƏT ETDİ: Ərizə təmin edilsin. X1 miras qalmış Yevlax şəhəri, Ə.Cavad (keçmiş Tolstoy) küçəsində yerləşən fərdi yaşayış evinin ərizəçi - Ərizəçi tərəfindən qəbul edilməsi faktı təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Kamil Əliyev