Məhkəmə qərarları › İş №2(039)-48/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-48/2025

23.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-48/2025 23.10.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Yevlax rayon Xaldan Bələdiyyəsinin nümayəndəsi (vəkil) Vəkil, Üçüncü şəxs Cavabdeh Nərian oğlunun iştirakı ilə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Yevlax rayon Xaldan Bələdiyyəsinin cavabdeh İddiaçı qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair idia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yeni elektron xəritə ilə ona (iddiaçıya) məxsus Yevlax rayonu Yuxarı Salamabad kəndində yerləşən 1.26 ha və 0.42 ha torpaq sahələrindən çıxarılmasına dir qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Yevlax rayon Xaldan Bələdiyyəsi cavabdeh İddiaçı qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia verərək, Yevlx Rayon Məhkəməsinin icraatında olan 2(039)-1981/2024 saylı mülki iş üzrə iddianın predmetini təşkil edən Yevlax rayon Xaldan Bələdiyyəsinin mülkiyyətində olan Yevlax rayon Xaldan kəndində yerləşən 2.0 ha torpaq sahəsindən cavabdeh İddiaçı çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında İddiaçı vəsatət verərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(039)-48/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Yevlax rayon Xaldan Bələdiyyəsinin cavabdeh İddiaçı qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Yevlax rayon Xaldan Bələdiyyəsinin cavabdeh İddiaçı qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdeh İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Yevlax rayon Xaldan Bələdiyyəsi tələbini onunla əsaslandırmışdır ki, Yevlax rayonu Yuxarı Salamabad kənd sakini İddiaçı Yevlax rayon Xaldan Bələdiyyəsinə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt etmişdir. İddiaçı zəbt etdiyi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi icarə hüquq münasibətləri üzrə Yevlax rayon Xaldan kənd sakini Cavabdeh icarəsi altında olmuşdur, o cümlədən İddiaçı tərəfindən zəbt edilmiş torpaq sahəsi **********81 reyestr nömrəli çıxarışla Cavabdeh icarəsinə verilmiş torpaq sahəsidir. Yevlax rayonu Yuxarı Salamabad kənd sakini İddiaçı, Yevlax rayon Xaldan Bələdiyyəsinin mülkiyyətinə daxil olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qəsdən, eyni zamanda qərəzli olaraq zəbt etmişdir ki, bununla da onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3cü maddəsinin təsiri altına düşür. Belə ki, İddiaçı Yevlax rayon Xaldan Bələdiyyəsinə məxsus 2.0 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan vahid niyyətlə özbaşına tutmuşdur. İddiaçı qeyd edilən cinayət əməlləri barəsində aidiyyəti üzrə Yevlax Rayon Polis Şöbəsinə və Yevlax Rayon Prokurorluğuna şikayətlər edilmişdir. Hazırkı iddia ərizəsi irəli sürməkdə hüquqi marağı cavabdeh İddiaçı Yevlax rayon Xaldan Bələdiyyəsinin mülkiyyətinə daxil olan 2.0 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin Yevlax rayon Xaldan Bələdiyyəsinə qaytarılması ilə bağlıdır. Yevlax Rayon Məhkəməsinin icraatında olan 2(039)-1981/2024 saylı mülki iş üzrə, mübahisə predmeti olan daşınmaz əmlak- kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Yevlax rayon Xaldan Bələdiyyəsinin mülkiyyətinə daxildir. Bu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024- cü il tarixli (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yevlax Rayon Polis Şöbəsinin İB-nin müstəntiqi polis baş leytenantı Sübhan Tağıyevə göndərilmiş məktub nəzərdə tutulur) məktubla təstiq olunur. Yevlax rayonu Yuxarı Salamabad kənd sakini İddiaçı zəbt etdiyi Yevlax rayon Xaldan Bələdiyyəsinə məxsus 2.0 ha torpaq sahəsinin ona məxsus olmadığını bilir, lakin özünü müdafiə məqsədilə bildirir ki, həmin torpaq sahəsi Dövlət aktı əsasında onun mülkiyyətinə verilmişdir. Lakin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən dəfələrlə yerində ölçmə işləri aparılmış və müəyyən edilmişdir ki, İddiaçı məxsus torpaq sahəsi (xüsusi mülkiyyətində olan torpaq sahəsi) DWJ- (torpaq islahatının nəticələrini özündə əks etdirən kompeks yerquruluşu layihəsi) məlumatlarına əsasən mübahisəli torpaq sahəsindən (Xaldan Bələdiyyəsinə məxsus) 20 metr qərb tərəfdə yerləşir. İddiaçı Yevlax rayon Xaldan Bələdiyyəsinə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qəsdən zəbt edərək istifadə edir (torpaq sahəsinin ona məxsus olmadığını bildiyi halda). Qeyd olunanlara əsasən Yevlax Rayon Məhkəməsinin icraatında olan 2(039)-1981/2024 saylı mülki iş üzrə, iddianın predmetini təşkil edən, o cümlədən Yevlax rayon Xaldan Bələdiyyəsinin mülkiyyətinə daxil olmaqla Yevlax rayonu Xaldan kəndində yerləşən 2.0 ha torpaq sahəsindən cavabdeh İddiaçı çıxarılmasına dair qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Yevlax rayon Xaldan Bələdiyyəsinin nümayəndəsi (vəkil) Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmn edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs Cavabdeh iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, mübahisəli torpaq sahəsi 15-20 ildir ki, bələdiyyədən icarəyə götürüb istifadə edir. Həmin torpaq sahəsinə yonca bitkisi səpmişdir. Lakin cavabdeh yonca əkdiyi torpaq sahəsinin çıxarış əsasında ona (cavabdehə) aid olduğunu bildirir. Həmin torpaq sahəsi ilə əlaqədar cavabdehin müraciəti əsasında Polis Şöbəsində araşdırma aparılmış və məlum olmuşdur ki, həmin torpaq sahəsi bələdiyyə mülkiyyətidir. Həmin torpaq sahəsi də onun (üçüncü şəxsin) icarəsinə verilmiş torpaq sahəsidir. Cavabdeh həmin hərəkətləri ilə ona maddi ziyan vurmuşvə hazırda da torpaq sahəsi cavabdehin zəbtindədir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmn edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışın surətindən görünür ki, Yevlax rayonu Yuxarı Salamabad kəndində yerləşən 0.4207 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli çıxarışın surətindən görünür ki, Yevlax rayonu Yuxarı Salamabad kəndində yerləşən 1.2621 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Yevlax RPŞ-nin İB-nin müstəntiqi Sübhan Tağıyevə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3- 21-3-35/2-2905/2024 saylı məktubundan görünür ki, mübahisəli torpaq sahəsi kameral şəraitdə torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə (DWJ- torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) materiallarına və baza məlumatlarına əsasən mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmışdır. Araşdırmanın nəticəsi olaraq aşağıda müəyyən edilmişdir ki, tərəflərin naturada göstərdiyi mübahisəli torpaq sahəsi Yevlax rayonu Xaldan Bələdiyyəsinin xəritə (DWJ- torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) materiallarına əsasən Yevlax rayon Xaldan Bələdiyyəsinin mülkiyyətinə aid, kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsi ilə üst-üstə düşür. Vətəndaş İddiaçı alqı-satqı qaydasında əldə etdiyi 1.26 ha torpaq sahəsi JN-239 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında əldə etmişdir. JN-239 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında mülkiyyətə verilmiş 1.26 ha torpaq sahəsi DWJ (torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) məlumatlarına əsasən mübahisəli torpaq sahəsindən 20 metr qərb tərəfdə yerləşir. Mübahisəli torpaq sahəsi Yevlax rayon Xaldan Bələdiyyəsinin mülkiyyətinə aid olmaqla, **********81 reyestr nömrəli çıxarışla Cavabdeh əvvəllər icarəsinə verilmiş torpaq sahəsinin daxilində yerləşir. İşdə olan Yevlax rayon Xaldan Bələdiyyəsinin 15 noyabr 2007-ci il tarixli sahə seçmə aktının surətindən görünür ki, Yevlax rayon Xaldan Bələdiyyəsinin mülkiyyətində olan əkinə yararlı 5 (beş) ha torpaq sahəsinin Bakı şəhər sakini Cavabdeh icarə qaydasında istifadəyə verilməsi nəzərdə tutulmuşdur. İşdə olan Yevlax rayon Xaldan Bələdiyyəsinin 20 noyabr 2007-ci il tarixli, 102 saylı qərarının surətindən görünür ki, Yevlax rayon Xaldan Bələdiyyəsinin mülkiyyətində olan 5 (beş) ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 25 il müddətinə Bakı şəhər sakini Cavabdeh icarəyə verilməsi qərara alınmışdır. İşdə olan Yevlax rayon Xaldan Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2007-ci il tarixli müqavilənin surətindən görünür ki, Yevlax rayon Xaldan Bələdiyyəsinin mülkiyyətində olan 5 (beş) ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 25 il müddətinə Bakı şəhər sakini Cavabdeh icarəyə verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 8 iyul 2025-ci il tarixli, 3-21 - 3-35/2-2429/2025 saylı mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli (********** qeydiyyat nömrəli) çıxarışa əsasən Yevlax rayonu Yuxan Salamabad kəndində yerləşən 1.2621 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və xx.xx.2023-cü il tarixli (********** qeydiyyat nömrəli) çıxarışa əsasən Yevlax rayonu Yuxarı Salamabad kəndində yerləşən 0.4207 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Yevlax rayonu Xaldan kəndi “Sabir” adına təsərrüfatın xəritə (DWJtorpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) materiallarına və elektron məlumat bazasında mövcud olan “Torpaqların elektron kadastr uçotu informasiya sistemindəki xəritəsinə əsasən Cavabdeh tərəfindən naturada istifadə edilmir. İddiaçı mülkiyyətində olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli (********** qeydiyyat nömrəli) çıxarışa əsasən Yevlax rayonu Yuxan Salamabad kəndində yerləşən 1.2621 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və xx.xx.2023-cü il tarixli (********** qeydiyyat nömrəli) çıxarışa əsasən Yevlax rayonu Yuxarı Salamabad kəndində yerləşən 0.4207 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Yevlax rayon Xaldan Bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsi ilə üst-üstə düşmür. Yevlax rayonu Xaldan kəndi “Sabir” adına təsərrüfatın xəritə (DWJ-torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) materiallarına və elektron məlumat bazasında mövcud olan “Torpaqların elektron kadastr uçotu informasiya sistemi”nə əsasən. İddiaçı mülkiyyətində olan Yevlax rayonu Yuxarı Salamabad kəndində yerləşən 1.2621 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN-239 nömrəli "Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı (X2 və ailə üzvlərinin mülkiyyətinə verilmiş pay torpaq sahəsi) əsasında İddiaçı mülkiyyətində olan Yevlax rayonu Yuxan Salamabad kəndində yerləşən 0,4207 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN-238 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı (X3 və ailə üzvlərinin mülkiyyətinə verilmiş pay torpaq sahəsi) əsasında əldə edilmişdir. Mübahisəli torpaq sahələri (hər bir torpaq sahəsi) Yevlax rayon Xaldan Bələdiyyəsi tərəfindən Cavabdeh 30 il müddətinə icarəyə verilmiş torpaq sahəsi ilə üstüstə düşmür. Yevlax rayonu Xaldan kəndi "Sabir" adına təsərrüfatın xəritə materiallarına (DWJ- torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) əsasən mübahisəli torpaq sahələri Yevlax rayon Xaldan Bələdiyyəsi tərəfindən Cavabdeha 30 il müddətinə icarəyə verilmiş torpaq sahəsinin daxilində yerləşir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Yevlax rayon Xaldan Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən Yevlax rayon Xaldan Bələdiyyəsinin mülkiyyətində olan 5 (beş) ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh icarəyə verilmiş, lakin cavabdeh İddiaçı həmin torpaq sahəsinin DƏDRX-i tərəfindən verilmiş çıxarışlara əsasən onun (cavabdehin) mülkiyyətində olduğunu iddia edərək, Yevlax rayon Xaldan Bələdiyyəsinin mülkiyyətində olmaqla Cavabdeh icarəsinə verilmiş 5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2 ha hissəsindən istifadə edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışa əsasən və xx.xx.2023-cü il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Yevlax rayonu Yuxarı Salamabad kəndində yerləşən 0,4207 ha və 1.2621 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri Yevlax rayon Xaldan Bələdiyyəsinin mülkiyyətində olmaqla Cavabdeh icarəsinə verilmiş 5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşmür. Buna baxmayaraq, cavabdeh İddiaçı mübahisəli torpaq sahəsinin onun (cavabdehin) mülkiyyətində olduğunu iddia edərək, həmin torpaq sahəsindən çıxmaqdan imtina edir. Buna görə də, Yevlax rayon Xaldan Bələdiyyəsi hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. İnsan Hüquqları və X1 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğuna görə iş üzrə ödənilməli olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Yevlax rayon Xaldan Bələdiyyəsinin cavabdeh İddiaçı qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilsin. Cavabdeh İddiaçı Yevlax rayon Xaldan Bələdiyyəsinin mülkiyyətində olmaqla Cavabdeh icarəsinə verilmiş Yevlax rayonunun Yuxarı Salamad kəndində yerləşən 5 (beş) ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2 (iki) ha hissəsindən çıxarılsın. Cavabdeh İddiaçı 100 (bir yüz) manat dövlət rüsümü tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar