Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-49/2025 14.01.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı xüsusi mülkiyyətndə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması və tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən mülkiyyət hüququnun təstiq edildiyi Yevlax rayonu Əkşəm kəndində yerləşən 0.27 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması və tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş etmiş, sonradan məhkəmə hazırlıq iclası zamanı iddia həcminin artırılması barədə ərizə təqdim edərək, Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024cü il tarixli, ********** qeydiyyat nömrəsi olan mülkiyyət hüququnun təstiq edən Dövlət reyestrindən çıxarış əsasən Yevlax rayonu, Əkşəm kəndində yerləşən 0.81 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Yevlax rayonu, Əkşəm kəndində onun xüsusi mülkiyyətinə daxil olan 0.27 ha və 0.81 ha ölçüdə kənd təsərrüfatı torpaq sahələrindən cavabdeh qanunsuz və əsassız olaraq istifadə edir. Eyni zamanda, cavabdeh həmin torpaq sahələrini ona təhvil verilməsi ilə bağlı tələblərini rədd edir. Bu hal onun mənafeyinə toxunur və ona mühüm ziyan vurur. Yevlax rayonu, Əkşəm kəndində yerləşən 0.27 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair mülkiyyət hüququ Hüququların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəsi olan və Yevlax rayonu, Əkşəm kəndində yerləşən 0.81 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair mülkiyyət hüququ Hüququların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəsi olan çıxarışlara əsasən təsbiq edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir, Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini və məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** №-li çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu, Əkşəm kəndində yerləşən 0.27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına tam mülkiyyət kimi qeydə alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** №-li çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu, Əkşəm kəndində yerləşən 0.81 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına tam mülkiyyət kimi qeydə alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Yevlax rayonu, Əkşəm kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0.27 və 0.81 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Yevlax rayonu, Əkşəm kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0.27 və 0.81 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahələrinin naturada ölçüləri müəyyən edilmişdir. Qeyd edilən torpaq sahələri naturada Cavabdeh tərəfindən istifadə edilir. İddiaaçıya məxsus olan və cavadeh tərəfindən istifadə edilən torpaq sahəsinin koordinatları və sahəsi tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Tərəflərin mülkiyyətlərində olan sahələr sənəd üzrə və naturada ölçüləri üstüstə düşmür. Beləliklə, qeyd olunanlardan müəyyən olunur ki, iddiaçıya məxsus 0.27 və 0.81 ha ölçüdə olan torpaq sahələri hər hansı qanuni əsas olmadan cavabdehin istifadə və sahibliyindədir. Buna görə də iddiaçı həmin torpaq sahəsi ilə bağlı hüquqlarını həyata keçirə bilmir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının Ümumi Bəyannaməsinin” 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.3-ci maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. 76-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, cavabdeh, iddiaçın mülkiyyətində olan 0.27 ha və 0.81 ha torpaq sahələri hər hansı qanuni əsas olmadan istifadə etdiyindən iddiaçın tələbi haqlıdır və cavabdeh iddiaçının mülkiyyətində olan Yevlax rayonu Əkşəm kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.27 ha ölçüdə və 0.81 ha ölçüdə olan torpaq sahələrindən çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat, hazırki iş üzrə mütəxəssis rəyinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 95 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh oğlu İddiaçı mülkiyyətində olan Yevlax rayonu Əkşəm kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.27 ha ölçüdə və 0.81 ha ölçüdə olan torpaq sahələrindən çıxarılsın. Mütəxəssis rəyinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 95 (doxsan beş) manat məhkəmə xərci və iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh oğlundan İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-49/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-49/2025
14.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver