Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-491/2022 25.05.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «cavabdehin qeyr-yaşayış obyektindən (mağaza) çıxarılması» tələbi haqqında işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «cavabdehin qeyri-yaşayış obyektindən (mağaza) çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı ərazi İdarəsi tərəfindən verilmiş 11 iyun 2020-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən İddiaçı ASC-nin xüsusi mülkiyyətində olan, ümumi sahəsi 292.60 kv.metr olan qeyri-yaşayış sahəsinin şimal hissəsinin (həm iki ədəd tikilinin, həm də onun ətrafındakı yer səthinin) Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı ASC-nin istifadəsinə qaytarılması, həmçinin Cavabdeh 3 aylıq icarə haqqı olan 600 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 manat, cəmi 700 manat məbləğində pulun alınaraq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materialların iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq, səhətimlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və verilən qərarla razı olduğunu bildirmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizəsinin dəlillərini, cavabdehin isə işə mahiyyəti üzrə baxılmasını tələb etməməsini nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Hesab edirəm ki, İddiaçı ASC-nin Cavabdeh qarşı «cavabdehin qeyr-yaşayış obyektindən (mağaza) çıxarılması» tələbi haqqında iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı «cavabdehin qeyr-yaşayış obyektindən (mağaza) çıxarılması» tələbi haqqında iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı ASC-nin nümayəndəsi X2 qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-491/2022
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-491/2022
25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver