Məhkəmə qərarları › İş №2(039)-497/2025

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-497/2025

24.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-497/2025 24.04.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 iştirakları ilə, İddiaçının İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Sadıq oğluna, Cavabdeh3 Sadıq qızına və Cavabdeh4 Sadıq oğluna qarşı “cavabdehlərin mülkiyyətlərində olan yaşayış məntəqələrinin təyinatlı torpaq sahələrindən çıxarılmaları və məhkəmə məsrəflərinin cavabdehlərdən iddiaçıların xeyrinə tutulması” tələbinə dair işə açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçının İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Sadıq oğluna, Cavabdeh3 Sadıq qızına və Cavabdeh4 Sadıq oğluna qarşı “cavabdehlərin mülkiyyətlərində olan yaşayış məntəqələrinin təyinatlı torpaq sahələrindən çıxarılmaları və məhkəmə məsrəflərinin cavabdehlərdən iddiaçıların xeyrinə tutulması” haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 vəkili (İddiaçı1 həmçinin etibarnamə üzrə nümayəndəsi) Vəkil məhkəməyə ərizə təqdim edərək, mülki iş üzrə iddia tələbini geri götürdüyünü qeyd edərək, iddia tələbinin baxılmamış saxlanmasına dair qərarardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 işə baxılmamış saxlanmasına etiraz etmədi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 işə baxılmamış saxlanılmasına etiraz etmədi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 işə baxılmamış saxlanılmasına etiraz etmədi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh3 Sadıq qızına məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər. MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, iddiaçı işin baxılmamış saxlanılmasını və sənədlərin ona qaytarılmasını xahiş etdiyi və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyi, işin baxılmasını tələb etməsi barədə məhkəməyə məlumat vermədiyi üçün iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Belə ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 vəkili (İddiaçı1 həmçinin etibarnamə üzrə nümayəndəsi) Vəkil məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İddia ərizəsini iddiaçılar İddiaçı2 və İddiaçı1 vəkili (İddiaçı1 həmçinin etibarnamə üzrə nümayəndəsi) Vəkil iddia ərizəsinin geri qaytarılması barədə ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ilkin iddiaçı (həmçinin dövlət büdcəsinə ödəniş etmiş) İddiaçı1 qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 114.1.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçının İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Sadıq oğluna, Cavabdeh3 Sadıq qızına və Cavabdeh4 Sadıq oğluna qarşı “cavabdehlərin mülkiyyətlərində olan yaşayış məntəqələrinin təyinatlı torpaq sahələrindən çıxarılmaları və məhkəmə məsrəflərinin cavabdehlərdən iddiaçıların xeyrinə tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı1 geri qaytarılsın. 27 dekabr 2024-cü il tarixli ********** saylı qəbzlə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı1 qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində yazılı şəkildə Yevlax Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verə bilər. Hakim: Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar