Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-498/2021 23.06.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «zəbt edilmiş torpaq sahəsindən cavabdehin çıxarılması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «zəbt edilmiş torpaq sahəsindən cavabdehin çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN 572 saylı 90100028 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Yevlax rayonu, Rüstəmli kəndində onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə daxil olan 1.8219 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1 ha hissəsindən Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Yevlax rayonu, Rüstəmli kəndində onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində 1.8219 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri daxildir. Mülkiyyət hüquqlarını hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 06 mart 2015-ci il tarixli 06133385 qeydiyyat nömrəsi olan çıxarışa əsasən təsbit edilmişdir. Cavabdeh 20 ildən artıq müddətdir ki, onları ailələrinin ümumi birgə mülkiyyətlərinə daxil olan torpaq sahəsini zəbt edərək oradan gəlir əldə edir. Ümumi birgə mülkiyyətçilər olaraq onlar hər biri dəfələrlə cavabdehı müraciət edərək zəbt altında olan torpaq sahəsini onlara təhvil verilməsini tələb etmişlər. Hər mövsüm cavabdeh müxtəlif bəhanələr gətirir və əkdiyi məhsulu götürdükdən sonra torpaq sahəsini təhvil verəcəyini bildirir. Lakin cavabdeh illəri illərə satır, bir mövsüm günəbaxan toxumu, o biri mövsüm taxıl və sairə əkərək məhsulunu götürdükdən sonra, torpaq sahələrini onlara təhvil vermək əvəzinə yenidən məhsul əkir. Onlar ümumi birgə mülkiyyətçiləri olaraq daha cavabdehə güzəşt etmək fikirləri yoxdur. Baxmayaraq ki, bu il də həmin ərazidə məhsul əkmişdir, məhkəməyə müraciət etməli olmuşlar. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, iddia əsassızdır. Belə ki, onun və ailə üzvlərinin həmin ərazidə 7.39 ha torpaq sahələri vardır. Hazırda da, öz torpağından istifadə edir. İddiaçının torpağını zəbt etməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etdiyindən hazırkı iş üzrə iddiaçının iştirakı olmadan baxılması mümkündür. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən ********** saylı 06 mart 2015-ci il tarixli çıxarışının surətindən məlum olur ki, İddiaçı, X2, X4, X3, X5, X1 və X7 Yevlax rayonu, Rüstəmli kəndi ərazisində 1.8219 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 06 may 2021-ci il tarixli **********75 saylı məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə göndərilmiş mütəxəssiz rəyindən görünür ki, torpağa mülkiyyət hüququna dair JN-78/1.82 ha nömrəli Dövlət aktı əsasında İddiaçı mülkiyyətinə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********6 reyestr nömrəli çıxarışla verilmiş 1.82 ha torpaq sahəsinin məkan göstəriciləri ilə onun faktiki istifadə etdiyi torpaq sahəsinin məkan göstəriciləri arasında uyğunsuzluq olduğu, həmçinin onun tələb etdiyi, cavabdehin və digər qonşu mülkiyyətçilərin faktiki istifadə etdikləri torpaq sahələri Rüstəmli kəndi Rüstəmli təsərrüfatında aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində bölgü planına uyğun istifadə deyil, başqa istiqamətdə (yəni suvarma istiqamətində) mülkiyyətçilər arasında bölünüb istifadə olunduğu müəyyən edildi. Bu səbəbdən mütəxəssis qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.1-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14.02.2003-cü il tarixli 2 saylı Plenumunun Qərarının 3-cü bəndində göstərilir ki, torpaq sahələri ilə bağlı mübahisələrə baxıldıqda, hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı və ailə üzvlərinə Yevlax rayonu, Rüstəmli kəndi ərazisində 1.8219 hektar torpaq sahəsi verilmişdir. İddiaçı cavabdehə qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Mütəxəssis torpağa mülkiyyət hüququna dair JN-78/1.82 ha nömrəli Dövlət aktı əsasında İddiaçı mülkiyyətinə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********6 reyestr nömrəli çıxarışla verilmiş 1.82 ha torpaq sahəsinin məkan göstəriciləri ilə onun faktiki istifadə etdiyi torpaq sahəsinin məkan göstəriciləri arasında uyğunsuzluq olduğu, həmçinin onun tələb etdiyi, cavabdehin və digər qonşu mülkiyyətçilərin faktiki istifadə etdikləri torpaq sahələri Rüstəmli kəndi Rüstəmli təsərrüfatında aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində bölgü planına uyğun istifadə deyil, başqa istiqamətdə (yəni suvarma istiqamətində) mülkiyyətçilər arasında bölünüb istifadə olunduğu müəyyən edildi. Bu səbəbdən mütəxəssis qarşısında qoyulmuş sualların cavablandırılmasının mümkün olmadığı bildirilmişdir. Eyni zamanda iddiaçı torpağının cavabdeh tərəfindən zəbt olunmasına dair məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin torpaq sahəsində çıxarılmasını tələb etsə də, iddiaçı 1.82 ha torpaq sahəsinin məkan göstəriciləri ilə faktiki istifadə etdiyi torpaq sahələri arasında uyğunsuzluqlar vardır. Həmçinin torpaqlar islahat zamanı aparılmış bölgü planına uyğun istifadə olunmur. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «zəbt edilmiş torpaq sahəsindən cavabdehin çıxarılması» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «zəbt edilmiş torpaq sahəsindən cavabdehin çıxarılması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-498/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-498/2021
23.06.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver