Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-50/2023 05.06.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən zəbt olunmuş Yevlax rayonu, Balçılı kəndində yerləşən 0,9949 hektar torpaq sahəsindən sonuncunun çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüququların Dövlət Qeydiyyat haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Yevlax rayon, Balçılı kəndində yerləşən 0,9949 hektar torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Lakin, həmin torpaq sahəsi onun xüsusi mülkiyyətində olmasına baxmayaraq, cavabdeh qanunsuz olaraq həmin torpaq sahəsini zəbt etmişdir. O, dəfələrlə bu barədə ona xəbardarlıq etməyinə baxmayaraq, cavabdeh zəbt etdiyi ona məxsus olan torpaq sahəsindən çıxmaq istəmir və bundan imtina edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin X7 iddia tələbini qəbul etmədiyini, həmin torpaq sahəsinin onun mülkiyyətində və istifadəsində olan Yevlax rayonu, Balçılı kəndində yerləşən 3,94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin daxilində olduğunu bildirmiş və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüququların Dövlət Qeydiyyat haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ******* №-li çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu, Balçılı kəndində yerləşən 0,9949 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. JN-0073 KOD 90104028 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Cavabdeh, X6, X2 və X3 Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 31 saylı qərarı ilə Yevlax rayonu Balçılı kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün 3,94 ha torpaq sahəsi verilmişdir. Yevlax Şəhəri İcra Hakimiyyəti Başçısının Balçılı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 115 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X1 rayonu, Balçılı kəndində yaşayır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Yevlax rayonu Balçılı kəndi ərazisində yerləşən İddiaçı mülkiyyətində verilmiş 0.9949 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Qeyd edilən torpaq sahəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. İddiaçıya məxsus olan və cavabdeh tərəfindən naturada istifadə edilən torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi və yerləşmə vəziyyəti tərtib edilmiş yerququluşu planında göstərmişdir. Beləliklə, qeyd olunanlardan müəyyən olunur ki, iddiaçıya məxsus torpaq sahəsinin 0,9949 ha hissəsi hər hansı qanuni əsas olmadan cavabdehin istifadə və sahibliyindədir. Buna görə də iddiaçı həmin torpaq sahəsi ilə bağlı hüquqlarını həyata keçirə bilmir. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, təqdim edilmiş sübutlarla müəyyən olunur ki, Yevlax rayonu, Balçılı kəndində yerləşən 0,9949 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına ümumi birgə mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı, cavabdeh tərəfindən onlara məxsus 0,9949 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini qeyd etmiş, mütəxəssis rəyində həmin torpaq sahəsinin koordinatları müəyyən edilmiş, qeyd edilən torpaq sahəsinin naturada Cavabdeh tərəfindən istifadə edildiyi qeyd edilmişdir. İddia ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyi və bununla da iddiaçın mülkiyyət hüququnun pozulduğu təsdiqini tapır. İddiaçıya məxsus daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahəsi ilə bağlı məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya məxsus torpaq sahəsindən tam olaraq çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Yevlax rayonu Balçılı kəndində yerləşən torpaq sahəsinin 0.9949 hektar hissəsindən çıxarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-50/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-50/2023
05.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver