Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-504/2021 20.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Əlzadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «istifadə hüququnun itirilmiş hesab edilməsi və qeydiyyatdan çıxarılma» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «istifadə hüququnun itirilmiş hesab edilməsi və qeydiyyatdan çıxarılma» tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, Yevlax şəhəri, Q.Quliyev küçəsi ev 24 mənzil 5 saylı evin mülkiyyətçisidir. Bu barədə adına müvafiq çıxarış da işlənmişdir. Cavabdehlər ona məlum olmayan səbəblərdən onun evində qeydiyyatda qalmışlar. Bu səbəbdən də onun ciddi problemləri yaranmışdır. Həmin şəxslər onun nəvələridir. Onun evində cavabdehlər bir ay belə yaşamamışlar. Cavabdehlərin həmin evdə hansı əsasla qeydiyyata düşməsi barədə hər hansı məlumatı yoxdur. Hazırkı tələbi ilə Maraqlı şəxsnə müraciət etsə də, tələbi təmin edilməmiş və ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Cavabdeh1 məhkəmə iclasında izah etdi ki, iddiaçı onun nənəsidir. Hazırda nənəsinə məxsus mənzildə qeydiyyatdadılar. Lakin 20 ildir ki, həmin ünvanda yaşamırlar. Faktiki olaraq Bakı şəhərində yaşayırlar. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdehlər 20 ildir sözügedən mənzildə yaşamırlar. Onların həmin mənzilə istifadə hüquqları yoxdur. Məhkəmə hesab edir ki, iş məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçı cavabdehlərin ona məxsus yaşayış evinə hər hansı əmlak hüququnun olmamasını, bir gün belə həmin yaşayış evində yaşamadığını həmin evə qeydiyyata düşdüyünü əsas gətirərək iddia tələbini əsaslandırmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər; - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırki tələbi ilə bağlı inzibati orqana - Maraqlı şəxsnə müraciət etməlidir. İnzibati orqan tərəfindən tələbi təmin edilmədiyi halda isə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALİDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «istifadə hüququnun itirilmiş hesab edilməsi və qeydiyyatdan çıxarılma» dair iddia ərizəsi üzrə mülki iş üzrə icraata xitam verilsin. İddiaçı izah olunur ki, iddia ərizəsində göstərilən tələblə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-504/2021
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-504/2021
20.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver