Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-513/2022 30.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 nümayəndəsi və vəkili X2 İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh qarşı «özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahəsindən məcburi çıxarılma» və Cavabdeh iddiaçılar İddiaçı4, İddiaçı3 və İddiaçı1 qarşı «pul» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı «özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahəsindən məcburi çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Yevlax rayonu, Rüstəmli kəndində yaşayan Cavabdeh hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən adlarına verilmiş RX seriyalı ******* saylı 28 mart 2019-cu il qeydiyyat tarixli çıxarışla mülkiyyətlərində olan, Yevlax rayonu, Rüstəmli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 4.2083 hektar torpaq sahəsindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh iddiaçılar İddiaçı4, İddiaçı3 və İddiaçı1 qarşı «pul» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı4, İddiaçı3 və İddiaçı1 10650 (on min altı yüz əlli) manat məbləğində pulun və 122 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi icraata götürülmüşdür. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlayaraq, iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər. İddiaçı1 məhkəməyə ərizə ünvanlayaraq izah etdi ki, ailələrinə Dövlət aktı ilə 4.2 hektar torpaq sahəsi verilmişdir. Hazırda Cavabdeh oradan çıxmasını tələb edirlər. O da onlardan 2013-cü ildə tərtib edilmiş akt əsasında 10650 manat pul tələb edir. Həmin aktı o və yoldaşı Məhəmməd imza etmişlər. Lakin uşaqları həmin aktın imzalanmasında işritak etməyiblər. Onların əvəzinə imzaları kim çəkibsə məlumatı yoxdur. Torpağı satmaq niyyətləri olmayıb. Pöhrüzdən aldıqları pulun məbləği 7500 manatdır. Həmin məbləğ icarə puludur. 7 il üçün icarə pulu üçün nəzərdə tutulmuşdur. Bu pulu 2013-cü ildə almışlar. Bu barədə yazılan aktı oxumamışlar. Aktı qanunsuz olaraq tərtib ediblər. İddiaçı2 iddia tələbini müdafiə edərək izah etdi ki, Dövlət tərəfindən ona və ailə üzvlərinə torpaq verilmişdir. Həmin torpaq valideyinləri tərəfindən Cavabdeh icarəyə verilmişdir. Aktdan onun xəbəri olmamışdır. Hazırda cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılmasını tələb edir. İddiaçı3 iddia tələbini müdafiə edərək izah etdi ki, Dövlət tərəfindən ona və ailə üzvlərinə torpaq verilmişdir. Həmin torpaq sahəsini Cavabdeh 2013-cü ildə 7 il müddətinə icarəyə vermişlər. Valideyinlərinə 7500 manat icarə haqqı verilmişdir. Hazırda Cavabdeh onlardan 10650 manat tələb etsə də və bunun əsası kimi Bələdiyyə işçiləri tərəfindən tərtib edilmiş aktın olmasını bildirmişdir. Həmin aktdan onun xəbəri yoxdur. Belə ki, o həmin aktı heç vaxt imzalamamışdır. Akt saxtadır və bu səbəbdən də sübut kimi nəzərə alınmamalıdır. İddiaçı4 nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edərək izah etdi ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı 28 mart 2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən iddiaçılara Yevlax rayonu, Rüstəmli kəndində kənd təsərrüfatı təyinatlı 4.2083 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini iddiaçlar cavabdehə 7 il müddətinə icarəyə vermişlər. Bunun müqabilində iddiaçılara 7500 manat pul verilmişdir. Lakin icarə müddəti başa çatdıqdan sonra cavabdeh iddiaçıların torpağından çıxmaqdan imtina etmişdir. Bu səbəbdən də iddiaçılar torpaqdan çıxarılma tələbi ilə bağlı məhkəməyə müraciət etmişlər. Hazırda cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılardan 10650 manat pul tələb edir. Bu da əsassızdır. Belə ki, aktı İddiaçı1 və İddiaçı4 oxumadan imzalamışlar. İddiaçı3 və İddiaçı2 ümumiyyətlə həmin aktı imzalamamışlar. Akt tərtib olunarkən Bələdiyyə işçiləri vəzifə səlahiyyətlərini aşmışlar. Akt qanun pozuntusu ilə tərtib edilmişdir və sübut kimi nəzərə alına bilməz. Həmçinin akt sübut kimi nəzərə alınsa belə, iddia müddəti keçmişdir. Bundan başqa iddiaçılar heç vaxt torpaqlarını satmaq niyyətində olmamışlar. Onların torpaq satmaq niyyəti olsaydı, onlar torpağın satılması üçün Notariusa gedərdilər. Qarşılıqlı iddia əsassızdır və rədd edilməmlidir. Cavabdeh məhkəmə iclasında iddia tələbini müdafiə edərək izah etdi ki, 2013-cü ildə cavabdehlərə 10650 manat pul verməklə onlara məxsus 4.2083 ha torpaq sahəsini almışdır. İddiaçıların sənədləri qaydasında olmadığından notariusa gedə bilməmişlər. Belə ki, İddiaçı1 həmin vaxt keçmiş sovet pasportu istifadə edirdi. Torpağın alqı-satqısı barədə onun və İddiaçı4 xahişi ilə Bələdiyyə və İcra Nümayəndəliyinin işçiləri akt tərtib etmişlər. Onlar da həmin aktı imzalamışlar. Həmin aktda Əhmədovların torpağı ona satmaları və onun torpağa görə 10650 manat pul ödəməsi əks edilmişdir. Hazırda onun həmin torpaqdan çıxarılması tələb olunur. O da torpaqdan çıxmaqdan imtina etmir. Lakin torpaq üçün ödədiyi 10650 manat pulu geri istəyir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək göstərdi ki, həmin dövürdə Bələdiyyə sədri işləyirdi. Tərəflər onlara yaxınlaşaraq alqı-satqı barədə akt tərtib edilməsini xahiş etdilər. Tərəflərindən onlara izah edildi ki, alqı-satqı Notariusda həyata keçirilir. Lakin İddiaçı1 həmin vaxt keçmiş sovet pasportu olduğundan Notariusa getməkləri mümkün olmamışdır. Aktı Bələdiyyənin işçisi Mənsur tərtib etmişdir. Alqı-satqı aktını o da imza etmişdir. Həmin vaxt İddiaçı3 və İddiaçı2 orada olmamışlar. Lakin Məhəmməd və Sahilə onların yanında aktı imza etmişlər. Orada icarə söbpəti olmamışdır. Hətta Cavabdeh həmin torpağı almaq üçün kənddən kənarda olan özünə məxsus torpağın satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək göstərdi ki, Bələdiyyə işçisidir. 2013-cü ildə işdə olduqları vaxt Məhəmməd və Pöhrüz gəldilər ki, onlara alqı-satqı barədə akt tərtib edilməsində köməklik etsinlər. Tərəflərindən onlara izah edildi ki, alqı-satqı Notariusda həyata keçirilir. Lakin tərəflər sənədlər qaydasında olmadığından Notariusa gedə bilmədiklərini bildirmişlər. Aktı o tərtib etmişdir. Sahilə, Məhəmməd, Pöhrüz, Bələdiyyə və icra nümayəndəsi onun yanında aktı imza etmişlər. Lakin İddiaçı3 və İddiaçı2 aktı onun yanında imza etməmişlər. Məhəmməd bildirdi ki, Pöhrüz ona pulu veribdir və aktı imzaladılar. Məhkəmə tərəflərin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia təmin, qarşılıqlı iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 28 mart 2019-cu il qeydiyyat tarixli ********** saylı qeydiyyat nömrəli çıxarışın surətindən məlum olur ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Yevlax rayonu, Rüstəmli kəndi ərazisində mülkiyyətində 4.2083 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 12 noyabr 2021-ci il tarxli qəbzdən məlum olur ki, Cavabdeh 122 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 110-cu maddəsinə əsasən, torpaq sahələrini özbaşına tutmuş şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14.02.2003-cü il tarixli 2 saylı Plenumunun Qərarının 3-cü bəndində göstərilir ki, torpaq sahələri ilə bağlı mübahisələrə baxıldıqda, hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Azərbaycan Respublikası MM-nin 372.1-ci maddəsinə əsasən, Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası MM-nin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası MM-nin 373.1-ci maddəsinə əsasən, Ümumi iddia müddəti on il təşkil edir. Azərbaycan Respublikası MM-nin 373.3-cü maddəsinə əsasən, Vaxt aşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası MM-nin 374.1-ci maddəsinə əsasən, Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası MM-nin 374.2-ci maddəsinə əsasən, İddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası MM-nin 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinə əsasən, Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası MM-nin 377.1-ci maddəsinə əsasən, İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəmə iclasında müəyyən edildi ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 28 mart 2019-cu il qeydiyyat tarixli ********** saylı qeydiyyat nömrəli çıxarış əsasında İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Yevlax rayonu, Rüstəmli kəndi ərazisində mülkiyyətində 4.2083 hektar torpaq sahəsi vardır. 22 oktyabr 2013-cü il tarixdə iddiaçılar Bələdiyyə və icra nümayəndəsinin iştirakı ilə Cavabdeh 10650 manat pul alaraq torpağı torpağın alqı-satqısı barədə akt imzalamışlar. İddiaçı1, İddiaçı4, Cavabdeh, Bələdiyyə və icra nümayəndəliyinin işçilər həmin aktı imzalasalar da, İddiaçı2 və İddiaçı3 həmin aktı imzalamamışlar. İddiaçılar həmin torpağın cavabdehə icarəyə verildiyini və bunun müqabilində 7500 manat pul alındığını bildirərək, cavabdehin «özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahəsindən məcburi çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Cavabdeh həmin torpağı 22 oktyabr 2013-cü il tarixli akt əsasında aldığını bildirərək, iddiaçılara qarşı pul tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1, İddiaçı4 və İddiaçı3 10650 manat pulun tutularaq ona verilməsini xahiş etmişdir. İddiaçılar qarşılıqlı iddia üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət, qarşılıqlı iddia üzrə iddia müddətinin tətbiq edilməsini və qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişlər. Cavabdeh torpaqdan çıxmaqdan imtina etmir. Lakin akt əsasında verdiyi 10650 manat pulu verildikdən sonra çıxacağını bildirmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh torpaqdan istifadə etməsini məhkəmə iclasında etiraf etmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçılar qarşılıqlı iddia üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etsələr də, cavabdehə qarşı torpaqdan çıxarılma tələbi ilə məhkəməyə ilk dəfə 2021-ci il tarixdə müraciət etdiklərindən və cavabdeh torpağı akt əsasında aldığını bildiyindən iddia müddəti tətbiq edilə bilməz. Belə ki, cavabdehin hüququnun pozulmasını 2021-ci ildə bilmiş yəni onun iddiaçılardan pul tələb etmək hüququ MM-nin 377.1-ci maddəsinin tələbinə uyğun olaraq 2021-ci ildə yaranmışdır. Lakin 22 oktyabr 2013-cü il tarixli aktı İddiaçı3 imzalamadığından qarşılıqlı iddia ona aid hissədə təmin edilə bilməz. İddiaçılar məhkəmə iclasında torpağın icarəyə verildiyini və onlara 7500 manat pul verildiyini bildirsələr də, buna dair məhkəməyə sübut təqdim etməmişlər. Cavabdeh tərəfindən təqdim edilmiş akrda pulun 10650 manat olması əks olunmuşdur. Həmçinin məhkəmə iclasında dindirilmiş şahidlərin ifadıri ilə pulun məbləğinin 10650 manat olması və iddiaçıların pulu alarkən torpağı icarəyə vermək yox, torpağı satmaq niyyətləri olması öz əksini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyətində olan 4.2083 ha torpaq sahəsindən Cavabdeh çıxarılmalıdır. Qarşılıqlı iddia qismən təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı4 10650 manat pul və 122 manat ödənilmiş dövlət rüsumu alınaraq Cavabdeh verilməlidir. Qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə əsasən Məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 223.3-cü maddəsinə əsasən Həmin hərəkətlər yalnız cavabdeh tərəfindən edilə bilərsə, məhkəmə qətnamənin icra edilmə müddətini qətnamədə göstərir. İnsan hüquqlarinin və əsas azadlıqlarinin müdafiəsi haqqinda Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlkin iddia təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyətində olan 4.2083 ha torpaq sahəsindən Cavabdeh çıxarılsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı4 10650 manat pul və 122 manat ödənilmiş dövlət rüsumu alınaraq Cavabdeh verilsin. Qarşılıqlı iddia qalan hissədə rədd edisin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-513/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-513/2022
30.03.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver