Məhkəmə qərarları › İş №2(039)-522/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-522/2020

18.03.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-522/2020 18.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, ərizəçinın “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, xx xxxx 2011-ci il tarixdə bir qız və xx xxxxxx 2017-ci il tarixdə bir qız uşağını Yevlax şəhərində anadan olmalarının, atalarının X5 və analarının Ərizəçi olması faktının müyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi X5 ilə 2010-cu ildə ailə həyatı qurmuşlar. Birgə yaşadıqlar müddətdə xx xxxx 2011-ci il tarixdə bir qız və xx xxxxxx 2017-ci il tarixdə qız uşaqları anadan olmuşlar. Hüququ savadsızlıq ucbatından onların doğum haqında şəhadətnamə ala bilməmişdir. Ərizəçi həmin sənədin alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat şöbəsi tərəfindən sənədlərin verilməsindən imtina edildiyinə görə, ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, Yevlax rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 1369 və 1370 №-li, xx xxxx 2020-cu il tarixli arayışdan görünür ki, xx xxxx 2011-ci il təvəllüdlü X3 və xx xxxxxx 2017-ci il təvəllüdlü X1 həmin xəstəxanada müayinədən keçmişdir və sağlamdırlar. Maraqlı şəxs ərizəçiyə ünvanladığı 13 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, doğum haqqında tibbi şəhadətnamələrin təqdim edilməməsi əsası ilə Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci ildə və xx.xx.2017-ci ildə anadan olmuş qız uşaqlarına doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, ərizəçi onun arvadıdır; onlar rəsmi nikaha daxil olmadan ailə qurmuş, onların faktiki nikah münasibətlərindən xx.xx.2011-cü il təvəllüdlü Aysel və xx.xx.2017-ci il təvəllüdlü Gülmirə adlı övladları anadan olmuşdur; uşaqları ev şəraitində doğulmuşdur. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş X2 və X4 ifadəsində göstərmişdir ki, onlar ərizəçinin qohumlarıdır. Ərizəçi xx.xx.2011-ci il tarixdə bir qız və xx.xx.2017-ci il tarixdə bir qız uşağını ev şəraitində doğmuşdur. Beləliklə də, işin araşdırılmış hallarından müəyyən edilir ki, ərizəçinin X5 ilə faktiki nikah münasibətlərindən Yevlax şəhərində xx xxxx 2011-ci il tarixdə bir qız və xx xxxxxx 2017-ci il tarixdə bir qız övladları anadan olmuşdur. Lakin doğulmaları ilə bağlı tibbi şəhadətnamə olmadığından ərizəçi uşaqların adına “doğum haqqında şəhadətnamə” əldə edə bilmir və onun həmin sənədi başqa qaydada əldə etmək imkanı yoxdur. Ərizəçinin uşaqlarının yuxarıda qeyd olunan tarixdə Yevlax şəhərində doğulması faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, ərizəçinin tələbinin başqa sənədlərlə sübuta yetirilməsi ərizəçinin iradəsindən asılı olmayan səbəblərdən mümkün olmadığından hüquqi faktın müəyyən edilməsi üçün şahid ifadələri kifayətdir. MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə qiymət verən Məhkəmə hesab edir ki, ərizəçinin tələbi qismən, yəni xx xxxx 2011-ci il tarixdə bir qız və xx xxxxxx 2017-ci il tarixdə bir qız uşağını Yevlax şəhərində doğması faktının müəyyən edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə, eyni zamanda qeyd edir ki, uşaqların anasının Ərizəçi, atasının isə X5 olması faktının müəyyən edilməsi hissəsində ərizə əsassızdır və təmin edilməməlidir. Çünki, yuxarıda qeyd edildiyi kimi, məhkəmə qaydasında hüquqi əhəmiyyəti olan faktlar yalnız o zaman müəyyən edilə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi xx xxxx 2011-ci il tarixdə bir qız və xx xxxxxx 2017-ci il tarixdə bir qız uşağını Yevlax şəhərində doğması faktı müəyyən edilsin. Bu qətnamə müvafiq doğum akt qeydinin müvafiq icra orqanı tərəfindən aparılması üçün əsasdır. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar