Məhkəmə qərarları › İş №2(039)-534/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-534/2020

04.03.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-534/2020 04.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, ərizəçinın “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi, maraqlışəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinəərizə ilə müraciət edərək, xx xxxxxx 2008-ci il təvəllüdlü bir qız, xx xxxx 2010-cu il təvəllüdlü bir oğlan, xx xxxxxxxx 2013-cü il təvəllüdlü bir qız və xx xxxxx 2016ci il təvəllüdlü bir oğlan uşağının Yevlax şəhərində anadan olmalarını, ataları X3 və analarının Ərizəçi olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi X3 ilə 2007-ci ildə ailə həyatı qurmuşlar. Birgə yaşadıqlar müddətdəxx xxxxxx 2008-ci il təvəllüdlü bir qız, xx xxxx 2010-cu il təvəllüdlü bir oğlan, xx xxxxxxxx 2013-cü il təvəllüdlü bir qız və xx xxxxx 2016-cı il təvəllüdlü bir oğlan uşaqları anadan olmuşlar. Hüququ savadsızlıq ucbatından onların doğum haqında şəhadətnamə ala bilməmişdir.Ərizəçi həmin sənədin alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat şöbəsi tərəfindən sənədlərin verilməsindən imtina edildiyinə görə, ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə baxışı zamanıərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlışəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinəəsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işüzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, işdə olan Yevlax şəhəri İcra Hakimiyyəti yanında 50 nömrəli Evlər Komitəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışlardan görünür ki, ərizəçinin uşaqları olan Sakit, Ömər, Lamiyyə və Məleykə ünvan 1 ünvanında yaşayırlar. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş X1 və X2 ifadəsində göstərmişdir ki, onlar ərizəçinin anası və xalasıdır. Ərizəçi xx xxxxxx 2008-ci il təvəllüdlü bir qız , xx xxxx 2010-cu il təvəllüdlü bir oğlan, xx xxxxxxxx 2013-cü il təvəllüdlü bir qız və xx xxxxx 2016cı il təvəllüdlü bir oğlan uşaqlarını ünvan 2 doğmuşdur. Maraqlı şəxs ərizəçiyə ünvanladığı 4182 №-li, xx.xx.2018-cu il tarixli məktubdan görünür ki, doğum haqqında tibbi şəhadətnamənin təqdim edilməməsi əsası ilə Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2008-ciil tarixdə anadan olmuş qız, xx.xx.2010-cu il tarixdə anadan olmuş oğlan, xx.xx.2013-cü il tarixdə anadan olmuş qız və xx.xx.2016-cı il tarixdə anadan olmuş oğlan övladına doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Beləliklə də, işin araşdırılmış hallarından müəyyən edilir ki, ərizəçinin X3 ilə faktiki nikah münasibətlərindən Yevlax şəhərində xx xxxxxx 2008-ci il tarixdə bir qız, xx xxxx 2010-cu il tarixdə bir oğlan, xx xxxxxxxx 2013-cüil tarixdə bir qız vəxx xxxxx 2016-cıil tarixdə bir oğlan övladları anadan olmuşdur. Lakin doğulmaları ilə bağlı tibbi şəhadətnamə olmadığından ərizəçi uşaqların adına “doğum haqqında şəhadətnamə” əldə edə bilmir və onun həmin sənədi başqa qaydada əldə etmək imkanı yoxdur. Ərizəçinin uşaqlarının yuxarıda qeyd olunan tarixdə Yevlax şəhərində doğulması faktı iş materialları vəşahid ifadələri ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, ərizəçinin tələbinin başqa sənədlərlə sübuta yetirilməsi ərizəçinin iradəsindən asılı olmayan səbəblərdən mümkün olmadığından hüquqi faktın müəyyən edilməsi üçün şahid ifadələri kifayətdir. MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə qiymət verən Məhkəmə hesab edir ki, ərizəçinin tələbi qismən, yəni xx xxxxxx 2008-ci il tarixdə bir qız, xx xxxx 2010-cu il tarixdə bir oğlan, xx xxxxxxxx 2013-cü il tarixdə bir qız vəxx xxxxx 2016-cıil tarixdə bir oğlan uşağını Yevlax şəhərində doğması faktının müəyyən edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə, eyni zamanda qeyd edir ki, uşaqların anasının Ərizəçi, atasının isə X3 olması faktının müəyyən edilməsi hissəsində ərizə əsassızdır və təmin edilməməlidir. Çünki, yuxarıda qeyd edildiyi kimi, məhkəmə qaydasında hüquqi əhəmiyyəti olan faktlar yalnız o zaman müəyyən edilə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi xx xxxxxx 2008-ci il tarixdə bir qız, xx xxxx 2010-cu il tarixdə bir oğlan, xx xxxxxxxx 2013-cü il tarixdə bir qız və xx xxxxx 2016-ci il tarixdə bir oğlan uşağını Yevlax şəhərində doğması faktı müəyyən edilsin. Bu qətnamə müvafiq doğum akt qeydinin müvafiq icra orqanı tərəfindən aparılması üçün əsasdır. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar