Məhkəmə qərarları › İş №2(039)-556/2023

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-556/2023

04.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-556/2023 04.07.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək xüsusi mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 azyaşlı uşaqları X1 ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək cavabdehlə razılığa gəldiklərini, təqdim edilmiş barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Cavabdeh1 və Cavabdeh2 iclas zamanı iddiaçı ilə razılığa gəldiklərini bildirmiş və təqdim etdikləri barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə: Maddə 191.1. tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Maddə 191.2. hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Maddə 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə təqdim edilmiş barışıq sazişinin şərtlərini tərəflərlə müzakirə edərək belə nəticəyə gəlir ki, barışıq sazişi təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, barışıq sazişinin şərtlərinə görə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3,000 manat ödəyir və bunun müqabilində cavabdehlər üç gün müddətində iddiaçıya məxsus Yevlax şəhəri, Hüsü Hacıyev küçəsi, 22 nömrəli evin 7 saylı mənzilini tərk edirlər. Məhkəmə iclası zamanı İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3,000 manat pul ödənilmiş və sonuncular həmin pulu qəbul etmişlər. İş üzrə tərəflər barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 191.1, 191.2, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən təqdim edilmiş barışıq sazişi təsdiq edilsin. İddiaçı tərəfindən 3,000 (üç min) manat ödənildiyindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üç gündən sonra Yevlax şəhəri, Hüsü Hacıyev küçəsi, 22 saylı evin 7 saylı mənzilindən çıxarılsınlar. Hazırkı iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar