Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-56/2022 23.06.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «torpaqdan çıxarılma» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «torpaqdan çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mülkiyyətində olan Yevlax rayonu, Qaraməmmədli kəndində yerləşən 2.5183 hektar torpaq sahəsinin zəbt etdiyi 0.50 hektar hissəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mülkiyyətində olan Yevlax rayonu, Qaraməmmədli kəndində yerləşən 2.5183 hektar torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, onun Yevlax rayonu, Qaraməmmədli kəndində 2.5183 torpaq sahəsi vardır. Həmin torpaq sahəsindən halhazırda Cavabdeh2 və Cavabdeh1 qanunsuz olaraq istifadə edir. Dəfələrlə torpaqdan çıxmasını tələb etsə də, Cavabdeh2 və Cavabdeh1 torpaqdan çıxmaqdan imtina edir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 iddia tələbini qəbul etməyərək izah etdi ki, o heç kimin torpağını zəbt etməmişdir. Həmin torpaqdan qanuni istifadə edir. İddia əsassızdır. Cavabdeh1 iddia tələbini qəbul etməyərək izah etdi ki, o, həmin torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında almışdır. İddiaçı da torpağı alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Belə ki, hər ikisi eyni şəxsə məxsus torpaq sahələrini almışlar. Lakin notariusda alqı satqı zamanı sənədlər qarışıq düşüb və rəsmiyyətdə onun torpağı Xaliqin adına rəsmiləşdirilibdir. Həmin torpaqdan qanuni istifadə edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış 11 yanvar 2013cü il tarixli **********96 reyestr nömrəli çıxarışından məlum olur ki, İddiaçı Yevlax rayonu, Qaraməmmədli kəndi ərazisində mülkiyyətində 2.5183 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq 27 dekabr 2019-cu il tarixli **********38 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündən məlum olur ki, Cavabdeh2 Yevlax rayonu, Qaraməmmədli kəndi ərazisində mülkiyyətində 3.9946 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq 27 dekabr 2019-cu il tarixli **********76 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündən məlum olur ki, Cavabdeh2 Yevlax rayonu, Qaraməmmədli kəndi ərazisində mülkiyyətində 3.3995 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin 03 iyun 2022-ci il tarixli **********47 saylı mütəxəssis rəyindən görünür ki, Yevlax rayonu, Qaraməmmədli kəndində **********96 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 2.5183 ha pay torpaq sahəsinin 2.17 ha hissəsi naturada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən istifadə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 110-cu maddəsinə əsasən, torpaq sahələrini özbaşına tutmuş şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmş 11 yanvar 2013cü il tarixli **********96 reyestr nömrəli çıxarışa əsasən Yevlax rayonu, Qaraməmmədli kəndi ərazisində mülkiyyətində 2.5183 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin 2.17 ha hissəsini cavabdehlər Cavabdeh2 və Cavabdeh1 faktiki olaraq qanuni əsas olmadan istifadə edirlər və bununla da iddiaçının mülkiyyət hüquqları kobud şəkildə pozulur. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olan 2.5183 ha torpaq sahəsinin 2.17 ha hissəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Torpaq sahəsi ilə bağlı müqaisəli tədqiqat mövcud deyil. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rusumu tutularaq iddiaçıya qaytarılmalıdır. İnsan hüquqlarinin və əsas azadlıqlarinin müdafiəsi haqqinda Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus olan Yevlax rayonu, Qaraməmmədli kəndində yerləşən 2.5183 ha torpaq sahəsinin 2.17 ha hissəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılsınlar. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-56/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-56/2022
23.06.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver